Allah-taala Peyğəmbərə (s) xitab edərək həsədin Şeytani vəsvəsələrlə eyni olduğunu bildirir:

 

1. «[Ya Peyğəmbər!] De ki: Pənah aparıram sübhün Rəbbinə!

2. Yaratdıqlarının [insanların, cinlərin, vəhşi heyvanların] şərindən;

3. Zülmətə bürünməkdə olan gecənin [və ya batan ayın, ziyası sönən ulduzların] şərindən;

4. [Ovsun oxuyub] düyünlərə üfürən [yaxud cadu edib iplərə düyün vuran] qadınların şərindən;

5. Və bir də paxılın şərindən!» (Fələq sürəsi)

Başqa bir ayədə Allah-taala möminlərə, başqalarına verilənləri arzu etmələrini tövsiyə edir. Çünki, hər bir insanın nəsibi vardır:

«Allahın [maddi, yaxud mənəvi cəhətdən] birinizi digərinizdən üstün tutduğu [birinizə digərinizdən artıq vediyi] şeyi [özünüzə] arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. [Dilədiyiniz şeyi] Allahın lütf və mərhəmətindən istəyin! Şübhəsiz ki, Allah hər şeyi olduğu kimi biləndir». [Nisa-32]

Digər iki ayədə Allah-taala Peyğəmbərə (s) başqalarına verdiyi nemətləri istəməsini əmr edir:

«Mən səni [peyğəmbər] seçdim. Sənə vəhy olunanı dinlə!» [Taha-13]

Başqa bir ayədə kitab əhlinin müsəlmanların küfr etmələri üçün göstərdikləri səylərə və islamı qəbul etdikləri üçün onlara həsəd etmələrinə işarə olunur:

«[Ey möminlər!] Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd [paxıllıq] üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər…»

QURANIN YALANA OLAN BAXIŞI NECƏDİR?

Bir qədər əvvəl qeyd etdik ki, Quranın bir çox ayələrində yalan və onun müxtəlif yönləri haqda söhbət açılmış və insanın bu mənfi xüsusiyyəti tərk etməsinə təkid olunmuşdur. Biz onlardan bir neçəsinə işarə edirik:

 

1. Həcc surəsinin 30-cu ayəsində Allah-taala insanları bütlərə pərəstiş etməkdən çəkinmələrini əmr etməklə yanaşı, yalandan da çəkinmələrini əmr edir:

«…Bütlərdən qaçının, yalan sözlərdən də [Allaha şərik qoşmaqdan da] çəkinin.»

2. Nəhl surəsinin 105-ci ayəsində yalan danışmağın imansızlıqla bərabər olduğu göstərilir:

«Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsil yalançıdırlar!»

3. Zumər surəsinin 3-cü ayəsindən belə qənaətə gəlmək olur ki, yalançılar Allahın hidayətindən məhrum və aqibətləri acınacaqlı olan şəxslərdir:

«…Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz».

Başqa bir ayədə buyurur:

«…Şübhəsiz ki, Allah [Ona şərik qoşmaqla, böhtan atmaqla] həddi aşanı və yalançını doğru yola müvəffəq etməz». [Mumin-28]

4. Allahın hidayətindən məhrum olan kəslər Onun qəzəb və lənətinə düçar olarlar. Ali-İmran surəsinin 61-ci ayəsində Peyğəmbərlə (s) məsihilər arasında yaranmış qarşıdurma haqda söhbət açılarkən Nəcran keşişlərinə xitab edilərək buyurulur:

«…Sonra [Allaha] yalvarıb yalançılara Allahın lənət etməsini diləyək!»

Başqa bir ayədə deyilir:

«…Әgər yalan deyirəmsə, Allah mənə lənət eləsin!…» [Nur-7]

http://sualcavab.ge

 


more post like this