Cavab: Müsəlmanların səmavi kitabı olan Qurani- məcidin çoxlu ad və sifətləri var ki, onların bəzisi Quran elmləri alimləri vasitəsi ilə araşdırılıb və açıqlanmışdır. Çoxlu ad və ssifətləri qeyd etmək, bəzi alimlərin bu kitabın sifətlərini onun adları ilə qarışdırmalarına səbəb olubdur. Amma hər bir sifətin isim formasında işlədilə bilməsini nəzərə alsaq, bəlkə də sifətləri adların sırasında qeyd etnəyi demək olar. Necə ki, Əbul- Futuh Razi kimi böyük təfsirçilər bu ad və sifətlərin amısını Quranın adları sırasında gətiriblər. O Quran üçün 43 ad qeyd etmişdir ki, onların bəzisi sifətdir. Mərhum Təbərisi məcməül- bəyan təfsirində 4 ad qeyd edib və yalnız 1. Quran 2 Furqan, 3 kitab, 4 zikr, adlarını Quranın adları olaraq qeyd etmişdir. Amma Bədruddin Zərkəşi yazır ki, Həraliy bu barədə bir kitab yazıb və Quran üçün 90- dan çox ad və sifət qeyd edir. Ət- təmhidin müəllifi Qazi Uzəyzidən 55 ad Quran üçün qeyd edir ki, onun 43 adı, mərhum Əbul Futuh Razinin qeyd etdiyi adlarla eynidir. Bu 55 ad (yaxud sifət) Quranın özündən görürülmüşdür. Biz burada həmin adlara və bu ayələrin qeyd olunduğu ayələrə işarə edirik: Quran (Taha 2,- Nisa 82…) Furqan (Ənfal 29- Ali- imran 3- 4- Furqan 1 və.. ) Kitab (Fatir 29- ,Nisa 105). Zikr (Ali- imran 58- Hicr 9) Tənzil (Şuəra 192- İnsan 23) Hədis (Zümər 23- Kəhf 6) Moizə (Yunus 57) Təzkirə (Haqqə 48) Zikra (Hud 120) Bəyan (Ali- imran 138) Huda (Bəqərə 2) Şufəa (Fussilət 44) Hökm (Rəd 37) Hikmət (Əhzab 34) Həkim (Ali- imran 58) Muhəymin (Maidə 48). Hadi (Cin 1- 2) Nur (Əraf 157) Rəhmət (Nəml 77) İsmət (Ali- imran 3- 10) Nemət (Zuha 11) Həqq (Haqqə 51) Tibyan (Nəhl 89) Bəsair (Qəsəs 43) Mübarək (Ənbiya 50) Məcid (Qaf 1) Əziz (Fussilət 41) Əzim (Hicr 87) Kərim (Vaqiə 77) Sirac (Əhzab 46) Munir (Əhzab 46) Bəsir (Fussilət 3- 4). Nəzir (Fussilət 4) Sirat (Həmd 6) Həbl (Ali- imran 102) Ruh (Şura 52) Qəsəs (Yusif 3) Fəsl (Tariq 13) Nucum (Vaqiə 75) Əcəb (Cin 1) Qəyyim (Kəhf 1- 2) Mubin (Yusif 1) Əli (Zuxruf 4) Kəlam (Tövbə 6) Qovl (Qəsəs 51) Bəlağ (İbrahim 52) Mütəşabih (Zümər 23) Ərəbi (Zümər 28) Buşra (Nəml 2) Ədl (Ənam 115) Əmr (Təlaq 5) İman (Ali- imran 193) Nəbə (Nəbə 1- 2) Vəhy (Ənbiya 45) Elm (Rəd 37) Əlbəttə bu adların bəzisinə irad tutmaq olar. Yəni o kəlmənin bir sübut və təfsirə əsasən Qurana deyilməsi doğrudur və çox qəti təfsirlərə əsasən, o kəlmənin təfsirinin Quran olmaması mümkündür. Ona görə də alimlərin bir dəstəsi adların saını məsələn daha az deyiblər. Məsələn əgər sirati- mustəqimi Quran məna etsək, bu ad Quran üçün doğrudur. Bunlar Qurandan əldə edilən adlardır. Rəvayətlərin bəzisində Qurana Mushəf deyilmişdir. Mərhum Molla Möhsin Feyz Kaşani, kafi kitabından bir hədis nəql edir ki, həzrət Sadiq (ə) bu sualın cavabında buyurdu: Quran oxuyan zaman mushəfə bax. Çünki mushəfə baxmaq ibadətdir. ________________________________________


more post like this