.Cavab: Şübhəsiz ki, dünyada elə bir şey yoxdur ki, Allah Taala məchul olsun və Allahın o şeydən xəbəri olmasın. Belə ki, bu anlamı Allaha Taalaya nisbət vermək mümkün deyil. Təbii ki, öz bəndələrinə də naməhrəm deyil. Amma insan ibadət zamanı özünü Allahın hüzurunda hiss etməli və onunla söhbət etməlidir. Bu zaman o, (insan) bu iş üçün ən münasib paltarı geyinməlidir. Bu yerdə qadın üçün ən münasib geyimin kamil geyim olması artıq aydınlaşır. Yəni qadının iffətinin həyasının nişanəsi olaraq onun ən gözəl simasını əks etdirən paltarı gryinməlidir. Belə ki, yalnız Allaha ibadət üçün bu geyim münasibdir. Həmçinin bu məsələ kişilərə dəaiddir. Kişilərin də açıq bədənlə namaz qılmaları batildir və bu ibadətdə qəlbin iştirakı da mühümdür. Belə ki, kişilər də namaz qılarkən bədənlərini örtməli və tam diqqətlə ibadət etməlidirlər.
Bunlardan əlavə namaz qılarkən hicabda olmağın bəzi fəlsəfəsi vardır ki, aşağıda onlardan bir neçəsini qəbul edirik:
1). Bütün hallarda qadına (naməhrəm qarşısında) hicab bağlamaq vacib oduğu üçün qadın gündə beş dəfə bunu təkrar etməklə hicaba adət etməlidir.
2). Ümumi yerdə qadın namaz qılarsa ona hicab vacibdir. Bu qadının iffətinin qorunmasına şamil olan haldır.
Əlbəttə bu saydıqlarımız əsas mətləbi çatdırmır. Çünki, əsas fəlsəfə qadının ibadət halında iffətli və kamil geyimdə olmasıdır.NUR-AZ.COM


more post like this