Cavab: 1.Ayənin tərcüməsi belədir: (Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur). Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir.
2.Ərrəhman surəsinin digər ayələri və bəzi rəvayətlərdən tam şəkildə aydın olur ki, mərhəmətli və rəhimli Allah bu surədə əql və şürur sahiblərinə bəxş etdiyi nemətləri açıqlamaq məqamındadır.
3.Ər-Rəhman surəsinin 31-ci ayəsindəki siqlan (iki ağır yük, insan və cinlər) ifadəsi, həmin surənin 26-cı ayəsində ma (şey) sözünün əvəzinə mən (kəs) əvəzliyininin işlənməsi, həmçinin digər ayələrdə xüsusilə, surəsinin 14, 15, 33, 35 və s… ayələrində Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! – kəlməsinin təkrarı ayənin dinləyicisinin kimlər və ya olduğunu, xüsusilə (Yer) üzündə olan hər kəsdən hədəfin kimlər olduğunu açıqlayır; çünki, Quranda siqlan sözü cin və insan mənasında işlənib. Mən sözü isə əql və fikr sahibi mənasında gəlib.
4.Rəvayətlərdən birində Cabir ibn Əbdullah İslam Peyğəmbərindən (s) nəql edir ki, ayədə müxatəb insan və cinlərdir və İslam Peyğəmbəri (s) camaata buyurdu: Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! -ayəsinin cavabını cinlər sizdən daha yaxşı verir.
5.Cinlərin yer üzündə yaşaması haqqında çox dəlil və şahidlər mövcuddur. Məsələn, müxtəlif fərdlərin cinlərlə əlaqə və müşahidələri, həzrət Süleyman (ə) vasitəsi ilə cinlərin ram edilməsi və yer üzündə onlardan işçi kimi istifadə etməsi və s….qeyd etmək olar; həmçinin, bir çox rəvayətlərdə onların yaşayış yerlərinin səhralar və insanların az olduğu yerlərdə olması isbat olunur və cin və nəsnas əhlinin yer üzündə yaşamaları aşkarcasına deyilir. Əlbəttə, qeyd olunmuş ayə yer üzündə və digər planetlərdə yalnız insan və cinlərin yaşamalarına dəlalət etmir, digər varlıqların olmamasını da demir və bu haqda xüsusi bəhsə ehtiyac var.
6. Ayənin təfsir və məqsədi haqqınıda müxtəlif nəzəriyyələr var ki, sualın son qismətinə cavab veriləndə bu haqda məlumatlardan istifadə ediləcək.
7. İmkan aləminin mütləq şəkildə məhv olması, maddə və cismlər aləminin ölüm və həlakı, dünyanın və dünya həyatının məhv olması, əsərlərinin aradan getməsi, yaxud varlıq aləmindəki mövcudatların zatən məhv olması mövzusu alimlər arasında müxtəlif nəzəriyyələrlə araşdırılan məsələlərdəndir. Baxmayaraq ki, əqli və nəqli dəlillərə əsasən varlıqların, xüsusilə mücərrəd varlıqların mütləq şəkildə aradan getməsi və fani olması qeyri-mümkün olan bir işdir.
8. Fəna söüzünün məna və məfhumuna diqqət etməklə (yoxluq, dəyişiklik, məhv olmaq, sonluq və qurtarmaq, həll olmaq və məhv olmaq, köhnəlmək, surətin dəyişməsi və faydalanmaqdan xaric olmaq və sair..), ayələrə, rəvayətlərə, irfani müşahidələr və əqli dəlillərə əsasən demək olar ki, bu söz ən çox yeniləşmək, dəyişmək, mücərrəd olmaq və s.. mənalarında işlənir və belə olan halda kulli aləmdə hər an fanilik, təvəllüd, hərəkət və seyr, başlanğıc, qürub, doğum və s.. var və hər göz qırpımında yoxluqa çevrilir və yenilik icad olur.
9. Əşyanın məhvi və faniliyi, imkan aləminin varlıqlarının fərqliyi və məhvi Allah-taalanın sonsuz feyz, ehsan və vücudu, kəramət və cəlaləti olmadan mümkün deyildir. Fəni edən və öldürən, yaradan və dirildən adları, varlıq aləmində ölüm və dirilməyin təhəqqüq tapmasından başqa bir şeylə açıqlanmaz.
Bu havanın suyu bir neçə dəfə dəyişildi,
Ayın və ulduzların əksi düşdü.
10. Ər-Rəhman surəsinin digər ayəsində gələn – Göylərdə və yerdə kim varsa, (hamısı) Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. O, hər gün (hər an) bir işdədir (birini öldürər, birini dirildər; acizə kömək, zalımıa cəza verər; birinin duasını qəbul edər; birinə mərhəmət əta edib digərinə cəza verər. Bir işlə məşğul olmaq Onu digərindən yayındırmaz). Və başqa bir ayədə gələn – Məgər Biz ilk yaradılışdan acizmi qaldıq?! Xeyr! (Eləcə də Qiyamət günü ölüləri diriltməkdən aciz qalmayacağıq!) Onlar yeni yaradılış (təkrar dirilmə) barəsində şəkk-şübhə içindədirlər!, həmçinin, digər bir ayədə gələn –(O gün) dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla (yerli-yerində) edən Allahın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz (bütün) əməllərdən xəbərdardır! – kimi ayələrin mənalarını əvvəldə qeyd olunmuş sualdan ələ gələn mətləbə şahid və sənəd kimi gətirə bilərik.

NUR-AZ.COM


more post like this