Bismillahir Rəhmanir Rəhim… Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə). Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə… 1. “Rabbənə zaləmnə ənfusənə və ən ləm təğfir lənə və tərhmnə lənəkunənnə minəl – xasirin” “Ey rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, biz şübhəsiz ki ziyana düşənlərdən olarıq” (əl-Əraf,23) ; 2. “Rabbi inni əuzu bikə ən əsələkə mə leysə li bihi elmun və illə təğfir li və tərhəmni əkun minəl-xasirin” “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram” ( Hud, 47) ; 3. “Rabbi-ğfirli va livalideyyə va limən dəxalə beytiyə muminən va li-l-mumininə val-muminət va lə təzidiz-zaliminə illə təbəra” “Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə mömin kəmə daxil olan kimsəni və (Qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalimlərin isə ancaq həlakını artır” (Nuh,28). 4. “Rabbənə təqabbəl minnə,innəkə əntə-səmiyul-alim ” “Ey Rəbbimiz! (Bu xeyirli işi) məndən qəbul et, sən doğrudan da, (hər şeyi) Eşidən və Bilənsən” (əl-Bəqərə , 127). 5. “Va tub aleynə, innəkə əntə-t-tavvəbu-r-rahim” “Tövbəmizi qəbul et! Həqiqətən Sən tövbələri qəbul Edən və Mərhəmətlisən” (əl-Bəqərə,128). 6. “Rabbi-c-alni muqayimə-s-saləti va min zurriyəti.Rabbənə va təqabbəl duai” “Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılanlardan et. Ey Rəbbim, duamı qəbul buyur!” (İbrahim,40). 7. “Rabbənə-ğ-firli va livalideyyə va lil-mumininə yəumə yəqumul-hisəb” “Ey Rəbbimiz! Haqq-hesab çəkilən gün məni, ata-anamı və möminləri bağışla” (İbrahim, 41). 8. “Rabbi həb li hukmən va əlhiqni bi-s-salihin vacəl li lisənə sidqin fil-axirin va-c-alni min varəsəti cənnətin-nəim” “Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur. Sonra gələnlərarasında mənə yaxşı ad qismət et! Məni Nəim cənnətlərinin varislərindən et!” (əş-Şuəra,83-85). 9. “Rabbi həb li minə- s- salihin” “Ey rəbim! Mənə salehlərdən olan bir övlad bəxş et!” (əs-Saffat, 100). 10. “Rabbənə aleykə təvəkkəlnə va ileykə ənəbnə vaileykə-l-masir”. “Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə qayıtdıq. Axır dönüş də ancaq sənin hüzurunadır” (əl-Mumtəhinə, 4). Islamadogru.biz


more post like this