Cavab: Quran terminologiyasinda, Quranın “Bismillahla” başlayan hər bir hissəsinə surə deyilir. Yəni bir hissə “Bismillahla” başlayır ve o qurtardıqdan sonra yeni bir hissə” Bismillahla” başlayır.
Hərfi mənada isə surə “sur” sözündən götürülmüşdür və ərəb dilində evin və ya şəhəri öz əhatəsinə almış hasara deyilir.
“Surə” sozu “Quranda bir çox yerlərdə müxtəlif formalarda gəlməsinə baxmayaraq həmən Quran terminologiyasinda işlənən mənasında işlədilmişdir. Məaələn Tövbə surəsi ayə 64-də ” Münafiqlər (istehza məqsədi ilə) özlərini onların barəsində qəlblərində olanı (küfrü və İslam hökümətini devirmək niyyətlərini) onların özlərinə və camaata xəbər verən bir surə nazil olmasından qorxan kimi göstərirlər. De: “(Bu rəftarınızla İslama) istehza edin, şübhəsiz, Allah qorxduğunuz şeyi aşkar edəcəkdir”. Ya yene hemen sure aye 124: “Bir surə nazil olan zaman, onlardan (münafiqlərdən) bəzisi (istehza ilə) deyərlər: “Bu surə sizdən hansınızın imanını artırdı?”. (De:) “İman gətirənlərə gəlincə, onların imanını artırdı və onlar (yeni səmavi töhfə aldıqlarına görə) sevinirlər”. Ya Nur surəsi ayə 1: “(Bu,) Bizim bəlkə ibrət götürəsiniz deyə nazil etdiyimiz, (məzmununa əməl etməyi) vacib buyurduğumuz və içində (tovhid və dini maarif barəsində) aydın ayə və dəlillər nazil etdiyimiz bir surədir”.


more post like this