Cavab: Salam olsun haqq yolda olanlara!
Quranı başa düşməsəkdə ərəbcəsin üzündən oxumağ sifariş olunub və bunun çoxlu savab, xeyr və bərəkəti hədislərdə qeyd olunub. Hətta üzündən oxumağın savabı əzbərdən oxumaqdan daha çoxdur və eləcədə Quranın yazılarına baxmaqlıq belə savab və ibadətdir. Əlbətdə Quranın məna və məfhumunuda gərək bilək onun üçün tərcümə və təfsirlərə baxaq. Bu bəhanə ilə ki, mənasını başa düşmürəm bəs ərəbcəsinidə oxumayım düzgün deyil, Quran Allah kəlamıdır Quran oxuyanda Allah bizimlə danışır namaz qılanda biz Allahla danışırıq.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.
xahis ederdim receb ayinin emelleri baresinde yazasiniz/
Cavab: Salam olsun haqq yolda olanlara!
Rəcəb ayının əməlləri
Rəcəb ay hicri-qəməri aylarının yeddincisi və haram ayların dördüncüsüdür. Bu ay İlahi rəhmətin yağan ayı və həzrət Əlinin (ə) ayıdır. Bu ayda həzrət Peyğəmbər (s) Allah-Taala tərəfindən peyğəmbərliyə seçilmişdir. İmam Baqir (ə) bu ayda anadan olmuşdur. Bu ayda Peyğəmbərimizin (s) oğlu İbrahim vəfat etmişdir. Bu ayda həzrət Nuh (ə) ona iman gətirənlərlə birlikdə gəmiyə minmişdir. Buna görə də bu ay bərəkətli və müqəddəs aydır. Hətta cahiliyyət dövrünün ərəbləri də bu aya ehtiram edib, bu ayda müharibə etməz və qan tökməzmişlər. Bu ayda oruc tutmaq savabdır. Bu ayda Allah-taala bəndələrini öz rəhmətinə qərq edir. Möminlərin ağası həzrət İmam Əli (ə) bu ayı oruc tutardı. O Həzrət (s) bu ayın barəsində buyurur: “Rəcəb mənim ayım, Şəban Peyğəmbərin (s) ayı və Ramazan Allah-Taalanın ayıdır”. İbn Əbbas deyir: “Hər il Rəcəb ayı çatdığı zaman Peyğəmbər (s) müsəlmanları bir yerə toplayır və bu ayın əzəmət və fəzilətindən danışırdı”.
Bu ayın əməlləri
1. Oruc tutmaq:
Səmaə bin Mehran İmam Sadiqdən (s) və O həzrət də atalarından rəvayət edərək buyurur: “Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs Rəcəb ayında üç gün oruc tutarsa, Allah-taala onun tutduğu hər gün üçün bir il oruc tutmaqın savabın yazar. Və hər kəs bu ayda yeddi gün oruc tutarsa cəhənnəmin yeddi qapısı onun üzünə bağlanar. Hər kəs bu ayda səkkiz gün oruc tutarsa, səkkiz cənnətin qapısı onun üzünə açılar. Hər kəs bu ayda onbeş gün oruc tutarsa Allah-taala qiyamət günü onun hesab verməyini asan edər. Və hər kəs bu ayın hamsını oruc tutarsa, Allah-taala onun əməl kitabına özünün ondan razı olduğunu yazdırar və hər kəsin əməl kitabına Allah-Taalanın razılığı yazılarsa, Allah-Taala onu əzab etməz”.İmam Cəfər Sadiqdən (ə) rəvayətdir ki, Həzrət Nuh (ə) Rəcəb ayının birinci günü gəmiyə minmiş və öz qövminə bu günü oruc tutmağı əmr etmişdir. Bəs hər kəs bu günü oruc tutarsa od ondan bir illik yol məsafəsində uzaqlaşacaqdır…..”
2. Ömrə həccinə getmək:
Bu ayda həcci-ömrəyə getmək savabdır. İmam Baqir (s) və Sadiqdən (ə) rəvayətdir ki, bu ayın ömrəsi savabda Həccin savabı ilə bərabərdir.
3. Hər gün aşagıdakı duaları oxumaq:
İmam Səccad (ə) (bu ay hər gün) Kəbənin kənarında səcdəyə gedər və bu duanı oxuyardı:
«عَظُمَ الذَّنْبُ مِنْ عَبْدِكَ فَلْيَحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِكَ»
“Əzuməz-zənbu min əbdikə, fəl-yəhsunul əffə min indik”.
“(İlahi) bəndənin günahları çox və böyükdür, əfvini (mənim üçün) yaxşı et”. (Şeyx Tusi, Misbahul-mutəhəccid, 2/801).
İmam Sadiq (ə) Müəlla bin Xənisə buyurdu ki, bu ay hər gün bu duanı oxu:
«اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ صَبْرَ الشَّاكِرِينَ لَكَ وَ عَمَلَ الْخَائِفِينَ مِنْكَ وَ يَقِينَ الْعَابِدِينَ لَكَ اللَّهُمَّ أَنْتَ الْعَلِيُّ الْعَظِيمُ وَ أَنَا عَبْدُكَ الْبَائِسُ الْفَقِيرُ أَنْتَ الْغَنِيُّ الْحَمِيدُ وَ أَنَا الْعَبْدُ الذَّلِيلُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ امْنُنْ بِغِنَاكَ عَلَى فَقْرِي وَ بِحِلْمِكَ عَلَى جَهْلِي وَ بِقُوَّتِكَ عَلَى ضَعْفِي يَا قَوِيُّ يَا عَزِيزُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الْأَوْصِيَاءِ الْمَرْضِيِّينَ وَ اكْفِنِي مَا أَهَمَّنِي مِنْ أَمْرِ الدُّنْيَا وَ الْآخِرَةِ يَا أَرْحَمَ الرَّاحِمِينَ»؛
“Əllahummə inni əsəlukə səbrəş-şakirinə ləkə və əmələl xaifinə minkə və yəqinəl abidinə ləkə. Əllahummə əntəl-əliyyul-əzim və ənə əbdukəl-baisul-fəqir, əntəl ğəniyyul-həmid və ənəl-əbduz-zəlil. Əllahummə səlli əla Muhəmmədin və alihi. Vəmnun bi-ğinakə əla fəqri və bi-hilmukə əla cəhli, və bi quvvətikə əla zə`fi, ya qəviyyu ya əziz! Əllahummə səlli əla Muhəmmədin və alihil əvsiyail-mərziyyin.Vəkfini ma əhəmməni min əmrid-dünya vəl-axirəti ya ərhəmər-rahimin!” (Şeyx Tusi, Misbahul-mutəhəccid, 2/802; Seyid Tavus, Əl-İqbal, 3/210, fəsl:23; Əllamə Məclisi, Zadul-məad, s.17).
4. Hər vacib namazdan sonra bu duanı oxumaq:
«يا مَنْ أَرْجُوهُ لِكُلِّ خَيْرٍ، وَ آمَنُ سَخَطَهُ عِنْدَ كُلِّ شَرٍّ، يا مَنْ يُعْطِي الْكَثِيرَ بِالْقَلِيلِ، يا مَنْ يُعْطِي مَنْ سَأَلَهُ، يا مَنْ يُعْطِي مَنْ لَمْ يَسْأَلْهُ وَ مَنْ لَمْ يَعْرِفْهُ تَحَنُّناً مِنْهُ وَ رَحْمَةً، أَعْطِنِي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ خَيْرِ الدُّنْيا وَ جَمِيعَ خَيْرِ الٰاخِرَةِ، وَ اصْرِفْ عَنِّي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ شَرِّ الدُّنْيا وَ شَرِّ الٰاخِرَةِ، فَإِنَّهُ غَيْرُ مَنْقُوصٍ ما أَعْطَيْتَ، وَ زِدْنِي مِنْ فَضْلِكَ يا كَرِيمُ. يا ذَا الْجَلٰالِ وَ الإِكْرامِ يا ذَا النَّعْماءِ وَ الْجُودِ، يا ذَا الْمَنِّ وَ الطَّوْلِ، حَرِّمْ شَيْبَتِي عَلَى النّارِ»؛
“Ya mən ərcuhu likulli xəyrin və amənu səxətəhu ində kulli şərrin, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu, ya mən yu`ti mən ləm yəsəlhu və mən ləm yərifhu təhənnunən minhu və rəhmətən. Ə`tini biməsələti iyyakə cəmiə xəyrid-dünya və cəmiə xəyril axirəti, vəsrif ənni biməsələti iyyakə cəmiə şərrid-dünya və şərril axirəti, fə-innəhu ğəyru mənqusin ma əətəytə və zidni min fəzlikə ya kərimu, ya zəl-cəlali vəl ikram, ya zənnəəmai vəl cudi ya zəlmənni vət-təvli, hərrim şəybəti ələn-nar”. (Əl-İqbal, Seyid Tavus, 3/211; Zadul-məad, Əllamə Məclisi, s.17;).
Hər namazdan sonra bu duanı oxumaq:
“La ilahə illəllah, vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmdu, yuhyi və yumit və huvə həyyun la yəmut, bi-yədihil xəyru və huvə əla kulli şəyin qədir və iləyhil məsir və la həvla və la qüvvətə illa billahil əliyyil əzim. Əllahummə səlli əla Muhəmmədin ən-nəbiyyil ummiyyi və alihi”. (Məfatihul cinan, s.138)
5. İmam Rzanın (ə) ziyarətnaməsini oxumaq.
(Məfatihul-cinan, s.139).
6. Aşağıdakı zikirləri hər gün demək:
a) La ilahə illəllah” (min dəfə).b) “Əstəğfirullahəlləzi la ilahə illa huvə vəhdəhu la şərikə ləhu və ətubu iləyhi” (yüz dəfə).c) “Əstəğfirullahə zəl-cəlali vəl ikram min cəmiiz-zunubi vəl-asam” (min dəfə).
7. “Ləylətur-rağib” gecəsinin əməlləri:
Bu ayın birinci cümə gecəsinə (adına axşamı) “Ləytur-rağib” deyilir. Bu gün oruc tutmaqın misilsiz savabı vardır. Bu günün savabını qazanmaq üçün müsəlman şəxs həftənin dördüncü günü oruc tutmalı, cümə gecəsi Şam və Xüftən namazlarının arasında on iki rəkət iki rəkətli namaz qılmalıdır. Hər rəkətdə “Fatihə (həmd)” surəsindən sonra üç dəfə “Qədr” və on iki dəfə “İxlas” surəsini (Qul hu vəllahu əhəd) oxumalıdır. Hər namazdan sonra bu zikri oxumalıdır: “Əllahummə səlli əla Muhəmmədin ən-nəbiyyil ummiyyi və alihi”.Sonra səcdə etməli və səcdədə yetmiş dəfə bu zikri deməlidir:”Subbuhun Quddus rəbbul məlaikəti vər-ruh”.Sonra başını səcdədən qaldırmalı və yenidən səcdəyə gedərək bu zikri deməlidir:”Rəbbi iğfir vərhəm və təcavəz əmma tə`ləm (minni), innəkə əntəl əliyyul əzim”.Bu dəfə də başını səcdədən götürməli və yenidən səcdəyə gedərək bu zikri deməlidir:”Subbuhun Quddus rəbbul məlaikəti vər-ruh”.
8. Rəcəbiyyə ziyarəti:
İmam Zamanın (əc) naibi Hüseyn bin Ruh deyir: “Rəcəb ayı hər müqəddəs məkanda olsan bu ziyarətnaməni oxu:
«الْحَمْدُ لِلَّهِ الَّذِي أَشْهَدَنَا مَشْهَدَ أَوْلِيَائِهِ فِي رَجَبٍ، وَ أَوْجَبَ عَلَيْنَا مِنْ حَقِّهِمْ مَا قَدْ وَجَبَ، وَ صَلَّى اللَّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ الْمُنْتَجَبِ، وَ عَلَى أَوْصِيَائِهِ الْحُجُبِ، اللَّهُمَّ فَكَمَا أَشْهَدْتَنَا مَشْهَدَهُمْ فَأَنْجِزْ لَنَا مَوْعِدَهُمْ وَ أَوْرِدْنَا مَوْرِدَهُمْ، غَيْرَ مُحَلَّئِينَ عَنْ وُرْدٍ فِي دَارِ الْمُقَامَةِ وَ الْخُلْدِ وَ السَّلَامُ عَلَيْكُمْ إِنِّي قَدْ قَصَدْتُكُمْ وَ اعْتَمَدْتُكُمْ بِمَسْأَلَتِي وَ حَاجَتِي وَ هِيَ فَكَاكُ رَقَبَتِي مِنَ النَّارِ وَ الْمَقَرُّ مَعَكُمْ فِي دَارِ الْقَرَارِ، مَعَ شِيعَتِكُمُ الْأَبْرَارُ، وَ السَّلَامُ عَلَيْكُمْ بِمَا صَبَرْتُمْ فَنِعْمَ عُقْبَى الدَّارِ، أَنَا سَائِلُكُمْ وَ آمِلُكُمْ فِيمَا إِلَيْكُمُ التَّفْوِيضُ وَ عَلَيْكُمْ التَّعْوِيضُ، فَبِكُمْ يُجْبَرُ الْمَهِيضُ وَ يُشْفَى الْمَرِيضُ، وَ عِنْدَكُمْ مَا تَزْدَادُ الْأَرْحَامُ وَ مَا تَغِيضُ، إِنِّي بِسِرِّكُمْ مُؤْمِنٌ مُوقِنٌ وَ لِقَوْلِكُمْ مُسَلِّمٌ، وَ عَلَى اللَّهِ بِكُمْ مُقْسِمٌ فِي رَجْعَتِي بِحَوَائِجِي وَ قَضَائِهَا وَ إِمْضَائِهَا وَ إِنْجَاحِهَا وَ إِبْرَاحِهَا وَ بِشُئُونِي لَدَيْكُمْ وَ صَلَاحِهَا، وَ السَّلَامُ عَلَيْكُمْ سَلَامَ مُوَدِّعٍ وَ لَكُمْ حَوَائِجُهُ مُودِعٌ يَسْأَلُ اللَّهَ إِلَيْكُمُ الْمَرْجِعَ وَ سَعْيُهُ إِلَيْكُمْ غَيْرُ مُنْقَطِعٍ، وَ أَنْ يُرْجِعَنِي مِنْ حَضْرَتِكُمْ خَيْرَ مَرْجِعٍ إِلَى جَنَابٍ مُمْرِعٍ وَ خَفْضٍ مُوَسَّعٍ وَ دَعَةٍ وَ مَهَلٍ إِلَى حِينِ الْأَجَلِ وَ خَيْرِ مَصِيرٍ وَ مَحَلٍّ فِي النَّعِيمِ الْأَزَلِ، وَ الْعَيْشِ الْمُقْتَبَلِ وَ دَوَامِ الْأُكُلِ وَ شُرْبِ الرَّحِيقِ وَ السَّلْسَلِ، وَ عَلٍّ وَ نَهَلٍ لَا سَأَمَ مِنْهُ وَ لَا مَلَلَ، وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ وَ تَحِيَّاتُهُ عَلَيْكُمْ حَتَّى الْعَوْدِ إِلَى حَضْرَتِكُمْ وَ الْفَوْزِ فِي كَرَّتِكُمْ وَ الْحَشْرِ فِي زُمْرَتِكُمْ وَ السَّلَامُ عَلَيْكُمْ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ وَ صَلَوَاتُهُ وَ تَحِيَّاتُهُ وَ هُوَ حَسْبُنَا وَ نِعْمَ الْوَكِيلُ»
“Əl-həmdu lillahil-ləzi əşhədəna məşhədə əvliyaihi fi rəcəb, və əvcəbə ələyna min həqqihim ma qəd vəcəb və səlləllahu əla səyyidina Muhəmmədinil muntəcəb və əla əvsiyaihil hucub. Əllahummə fəkəma əşhədtəna məşhədəhum, fənciz ləna məv`idəhum və əvridna məvridəhum, ğəyrə muhəlləinə ən vurdin fi daril muqaməti vəl-xuldi. Vəssəlamu ələykum inni qəd qəsədtəkum və`təmədtəkum biməsələti və hacəti və hiyə fəkaku rəqəbəti minən-nar vəl məqərrə məəkum fi daril qərar məə şiətukumul əbrar, vəs-səlamu ələykum bima səbərtum fəni`mə uqbəd-dar. Ənə sailəkum və amiləkum fima iləykumul təvfizu və əlykumut-tə`viz, fəbikum yucbərul məhiz və yuşfəl məriz. Və indəkum ma təzdadul ərham və qəzaiha və imzaiha və incahiha və ibrahiha və bi şuuni lədəykum və səlahiha. Vəs-səlmau ələykum səlamun muvəddii və kəkum həvaicuhu muvəddiun, yəsəlullahə iləykumul mərciə və sə`yuhu iləykum ğəyru munqəti, və ən yurciəni min həzrətikum xəyrə mərcii ila canibin mumrii və xəfzin muvəssəi və dəətin və məhəlin ila hinil əcəl və xəyrə məsirin və məhəllin fin nəimi əzəl vəl əyşil muqtəbəl və dəvamil əkuli və şurbir rəhiqi vəs-səlsəli və əllin və nəhəlin la sə`mə minhu və la mələl. Və rəhmətullahi və bərəkatuh. Və təhiyyatuhu ələykum həttəl əvdi ila həzrətikum vəl fəvzi fi kərrətikum vəl həşri fi zumrətikum. Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh və sələvatuhu və təhiyyatuhu və huvə həsbuna və niməl vəkil” (Əllamə Məclisi, Zadul-məad, s.523).
9. Rəcəb ayında müstəhəb qüsl:
Peyğəmbər (s) buyurur: Hər kəs Rəcəb ayının əvvəlində, ortasında və axırında qüsl edərsə, anadan olduğu gün kimi günahlarından paklanacaqdır.(Məhəmmədhəsən Nəcəfi, Cəvahirul-kəlam, 5/36);
10. Rəcəb ayının 27- ci gününün qüslü:
Rəcəb ayının 27-ci günü həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi gündür və bu gün qüsl etmək müstəhəbdir.Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Bu günü (məbəs gününü) Allah-Taala müsəlmanlara bayram elan etmişdir. Bu gün qüsl edin”. (Məhəmmədhəsən Nəcəfi, Cəvahirul-kəlam, 5/36);
11. Rəcəb ayında İmam Hüseynin ziyarəti:
İmam Rza (ə) buyurur: “İmam Hüseyni (ə) Rəcəb və Şəban ayının ortası (15-ci günü) ziyarət etmək daha gözəl və üstündür”. (Şeyx Mufid, əl-Məzar, s.40, bab:16, hədis:2; İbn Quləvəyh, Kamiluz-ziyarat, s.182, bab:73, hədis:1).İmam Sadiq (ə) buyurur: “Hər kəs İmam Hüseyni (ə) Rəcəb ayında ziyarət edərsə Allah-Taala onun günahlarını bağışlayar. (Şeyx Mufid, əl-Məzar, s.39, bab:16, hədis:1; İbn Quləvəyh, Kamiluz-ziyarat, s.182, bab:73, hədis:2).
12. “Əyyamul-beyz” adlanan günləri ourc tutmaq:
Hər qəməri ayın 13, 14 və 15-ci günləri “əyyamul-beyz” (ağ günlər) adlanır. İmam Sadiq (ə) buyurur: “Hər kəs Rəcəb ayında “əyyamul-beyzi” oruc tutarsa, Allah-Taala ona hər bir gün üçün bir il orucun və namazın savabını yazacaqdır” (Şeyx Tusi, Misbahul mutəhəccid, 2/820).
Rəcəb ayının fəzilət və əməlləri bu yazıda dediklərimizdən dəfələrlə çoxdur. Amma biz bu qədərinə kifayət edir və bütün möminlərə bu ayın əmələrini yerinə yetirməkdə müvəffəqiyyət arzulayırıq. http://islammektebi.org

haqyolu.com


more post like this