Quranın ən əzəmətli ayəsi hansıdır?

1- Quranın ən əzəmətli ayəsi “Bismillahir-Rəhmanir-Rəhim”dir.

Quranın neçə surəsində vacib səcdə var?

2- Quranda dörd surənin vacib səcdəsi var: Nəcm, Fussilət, Ələq, Səcdə.

Hansı surə Quranın anası kimi məşhurdur?

3- Quranın anası kimi məşhur olan surə Fatihə surəsidir.

Quranın ən uca ayəsi hansıdır?

4- Quranın ən uca ayəsi, “Ayətəl-Kürsi” dir.

Peyğəmbərimizin (s) buyurduğuna əsasən o surələr məni qocaltdı, hansı surələrdir?

5- Məhəmməd Peyğəmbəri (s) (buyurduğuna əsasən) qocaldan surələr, “Hud”, “Vaqiəh”, “Mürsəlat”, Nəbə”dir.

Quranın neçə surəsi “Müqəttəə” hərfləri ilə başlayır?

6-Quranın 25 surəsi, “Müqəttəə” hərfləri ilə başlayır.

Qurani-kərimin neçə surəsi “Əlhəmdulillah”la başlayır?

7- Quranda 5 surə “Əlhəmdulillah” cümləsi ilə başlayır: 1. “Həmd”, 2. “Ənam”, 3. “Kəhf”, 4. “Səbə”, 5. “Fatir”.

Qurani-məcidin ən uzun ayəsi hansıdır?

8- Quranın ən uzun ayəsi, Bəqərə surəsinin 282-ci ayəsidir.

Quranın zinəti nədir?

9- Məhəmməd Peyğəmbərin (s) buyuruğuna əsasən gözəl səslə tilavət, Quranın zinətidir.

Quran oxumamışdan öncə kimin şərrindən Allaha pənah aparmaq lazımdır?

10- Allah Quranda buyurur: Quran oxumaq istədiyin zaman qovulmuş şeytanın şərrindən Allaha pənah apar.

Qurani-kərimin neçə surəsi “İnna” kəlməsi ilə başlayır?

11- Dörd surə: 1. “Fəth”, 2. “Nuh”, 3. “Qədr”, 4. “Kövsər”.

Qurani-kərimdə neçə nöqtə var?

12- Quranda 1015030 nöqtə vardır.

Alllahın gözə adlarından hansı 114 dəfə, Quran surələrinin sayı qədər, Allahın Kitabında gəlmişdir?

13- “Rəhim” kəlməsi, 114 dəfə Quranda gəlmişdir.

Quranın neçə surəsi “İza” kəlməsi ilə başlayır?

14- Yeddi surə “iza” kəlməsi ilə başlayır: 1. “Vaqiəh”, 2. “İnfitar”, 3. “Münafiqun”, 4. “Təkvir”, 5. “İnşiqaq”, 6. “Zilzal”, 7. “Nəsr”.

Quran neçə hərfdən ibarətdir?

15- Quranda 323671 hərf var.

Qeydlər:

1- “1000 sual” Şəhid Dəstğeyb

2- “Danestəhaye Quran” Seyyid Mehdi Şəmsəddin

3- “Danestəhaye Quran” Seyyid Mehdi Şəmsəddin

4- “1000 sual” Şəhid Dəstğeyb

5- “Nəsayeh” Ayətullah Meşkini

6- “Danestəhaye Quran” Seyyid Mehdi Şəmsəddin

7- “Danestəhaye Quran” Seyyid Mehdi Şəmsəddin

8- “Danestəhaye Quran” Seyyid Mehdi Şəmsəddin

9- “Danestəhaye Quran” Seyyid Mehdi Şəmsəddin

10- Qurani-kərim

11- “Nəsayeh” Ayətullah Meşkini

12- “Danestəhaye Quran” Seyyid Mehdi Şəmsəddin

13- “Danestəhaye Quran” Seyyid Mehdi Şəmsəddin

14- “Danestəhaye Quran” Seyyid Mehdi Şəmsəddin

15- “Danestəhaye Quran” Seyyid Mehdi Şəmsəddin

Mənbə: “176 müəmma” kitabı

Müəllif: Məhəmməd Hüseyn Qasimi

Çevirən: Xəyal Tofiqoğlu

ehlibeyt.clan.su


more post like this