Qur’ani-Məcid bütün insanları Allah qarşısında təvazökarlıqa çağırmaqla bərabər, mö’minlər qarşısında da təvazökar olmağı tapşırır. Hətta mələklərdən üstün olan İslam Peyğəmbəri (s) də təvazökarlığa də’vət edilir. «Hicr» surəsinin 88-ci ayəsində oxuyuruq: «Bütün mö’minlərə qarşı təvazökar ol». «Qəsəs» surəsinin 83-cü ayəsində oxuyuruq: «Biz axirət evini yer üzündə üstünlük və fəsad istəyində olmayanlar üçün qərar vermişik».
Qur’ani-Kərimdə açıq-aşkar bəyan olunur ki, Allah təkəbbürlüləri sevmir və bu sifətdə olanlar cəhənnəm əhlidirlər. «Nəhl» surəsinin 23-cü ayəsində buyurulur: «Şübhəsiz ki, Allah təkəbbürlüləri sevmir». «Zumər» surəsinin 60-cı ayəsində isə belə bəyan olunur: «Məgər təkəbbürlülər üçün cəhənnəmdə yer yoxdurmu?

HƏZRƏT PEYĞƏMBƏR (S) VƏ HƏZRƏT ƏLİNİN (Ə) TƏVAZÖKARLIĞI

Həzrət Peyğəmbər (s) kasıblar, məzlumlar, fəqirlərlə oturub-durardı. Hətta kiçik uşağa da salam verər, torpaq üstündə oturar, ən zəif imkanlılarla ünsiyyətdə olar, ən adi at minər, qoyunlarını özü sağar, paltarını özü yuyar, xidmətçilərlə bir süfrədə oturar, cəmiyyətdə ən adi fərd kimi keçinərdi.
Həzrət Əli (ə) də çox təvazökar halda yaşayardı. İbn Abbas nəql edir ki, bir gün onun öz ayaqqabılarını yamadığını gördüm. Dedim ki, bu ayaqqabını yamamağa dəyməz. Buyurdu: «And olsun Allaha, bu ayaqqabı mənim üçün sizin dünyanızdan daha əzizdir… Ayaqqabını yamamaqdan xoşum gəlir və bu işi eyib saymıram. Əgər əlimdə hakimiyyət olsa, istəyərəm ki, haqqı bərpa edib batini aradan qaldırım».

http://sualcavab.ge/


more post like this