Bəli. Quranda bir çox ayələrdə buna işarə edilmişdir. Məsum İmamlardan bizə yetişən çoxsaylı rəvayətlərə əsasən, o ayələrin təvili, yəni batini mənası İmamın (əc.) hökumətinə işarə edir.

Qəsəs surəsinin 5-6-cı, Nur surəsinin 56- cı və Ənbiya surəsinin 9-cu ayələrini buna misal göstərmək olar.

Nümunə üçün, Qəsəs surəsinin 5-ci ayəsində oxuyuruq:

“Biz zəiflədilmiş kəslərə nemət bəxş etməyi və onları yer üzünün sahibi etməyi iradə etdik”.

Bu ayənin zahiri mənası həzrət Musanın (ə) qövmü ilə əlaqədar olsa da, batini mənası Həzrətin (əc.) hökumətinə işarədir.

Həzrət Əli (ə) buyurmuşdur:

“Bu ayədə Allahın xalqa rəhbər edəcəyi zəiflədilmişlərdən məqsəd biz Əhli-beytik. Allah bu nəslin Mehdisini (əc.) göndərərək, onlara izzət, düşmənlərinə isə zillət bəxş edəcək”.

Nəhcül-bəlağə kitabında da bu mətləbə işarə olunmuşdur. Həzrət Əli (ə) bu kitabda buyurmuşdur:

“Dünya fitnə-fəsadlardan sonra dəvənin öz sağıcısına süd vermədiyi və onu öz balasına saxladığı kimi, bizə tərəf meyl göstərəcək”.

Sonra isə qeyd olunan ayəni oxudu.

 

Nə üçün Quranda həzrət Mehdinin (ə) dünyaya gəlişi və varlığı məsələsi aşkar bəyan olunmur?

Əvvəla, Quranda bir çox əqidə və əməllə bağlı məsələlərə işarə olunmamışdır. Bu iş peyğəmbərin öhdəsinə düşmüşdür. Bununla belə, bütün əqidə və əməllərin qaynağı Qurandır.

İkincisi, Quranın bəzi ayələrindən məlum olur ki, hər bir dövrdə Allahın kamil və məsum bir höccəti mövcuddur. Bu ayələr haqqında növbəti söhbətlərimizdə danışacağıq.

 

http://sualcavab.ge

 


more post like this