Cavab: Müxtəlif təfsirlərə əsasən, bu ayənin mənası və məfhumu haqqında beş nəzəriyyə var. Ən səhih nəzəriyyə budur ki, ayə ümumi məna kəsb edib, bütün bəşərə və insaniyyətə aiddir. O da budur ki; din, bir sıra qəlbi etiqad və qaydalardan ibarətdir ki, onda məcburiyyət qeyri-mümkündür. İnsan həmişə muxtar və ixtiyar sahibidir. Bu sözün özü bəzi məcburiyyət nəzəriyyəsini irəli sürənlərə cavabdır ki, yazırlar; “insan, islam və ya küfrün, ibadət və ya günahın və sair əməllərin qəbulunda məcburdur”. Həmçinin, ayənin ardında gələn mənanı nəzər almaqla “müfəvvizə”(sırf azad) nəzəriyyə sahiblərinə də qəti şəkildə möhkəm dəlillə cavab verilir. Onlar deyirlər: “Allah-taala insanı xəlq etdikdən sonra bütün işləri onun özünün öhdəsinə qoymuş və özü Qiyamət gününə kimi kənara çəkilmişdir.” Çünki, ayənin ardında və mənasından belə bir nəticə aydın şəkildə, ələ gəlir ki, Allah qanununa görə, hər bir şey Onun malikiyyət və qüdrətində olub, bu qüdrətdən xaric deyildir.
Başqa sözlə desək, insanların Allaha iman gətirməsi məcburiyyyət və zorla olmadığı kimi, heç bir şey Allah-taalanın qüdrət və vilayətindən kənarda qala bilməz. Əksinə, ilahi qanuna əsasən, əgər insan tağut və zalimdən üz döndərib, Allah-taalaya iman gətirsə, səbəb və nəticə qanununa görə ən möhkəm bir dayağa əl atmış, sonrakı mərhələlərdə hidayət yolunda möhkəm dayaqa söykənməklə qaranlıqlardan nura tərəf nicat tapar. Digər tərəfdən, ilahi qanuna əsasən, hər kəs Allahın varlığına dəlalət edən bütün bu aydın dəlilərdən sonra yenə də Ona qarşı küfr etsə, o zaman insan nurdan çıxıb qaranlığa tərəf hərəkətdə olar. Beləliklə, insanın seçim ixtiyarı olmasına baxmayaraq, nəticə və hasil ələ gətirməkdə heç bir qüdrətə malik deyil, yalnız Allahın qanununa tabedir. Nəticə etibarı ilə belə demək olar ki, qeyd olunan iki ayə məsum İmamlarımızın (əleyhimussalam) qeyd etdiyi kimi bu məsələri açıqlayır ki, insan “nə məcburdur və nə də sırf azad”. Bəlkə də bu iki işin arasında qərar tutmuşdur”
Daha geniş cavab
Ayənin sona kimi mənası belədir: “Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Tağutu inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!” [4005]
Ayənin mənasını bəyan etməzdən əvvəl iki məsələni qeyd etmək lazımdır:
1. Sözləri mənası:
“İkrah” sözü, bir nəfəri zorla bir işə məcbur etdikdə işlənir. “Roşd” sözü, hidayət, nicat, məsləhət və kamal mənasında işlənir. [4006] Bu sözün müqabili “ğəyy” sözü olub, həlakətə tərəf getmək mənasındadır. [4007] Əllamə Təbatəbai yazır: “roşd” sözü ərəbcə əsl həqiqətə yetişmək, həqiqətə çatmaq və yolun ortasında olmağa deyilir. Bunun müqabilində isə “ğəyy” sözü durur. Beləliklə, “roşd” və “ğəyy” sözləri hidayət və zəlalət mənalarında bir-birlərinə zidd mənada işlənir. [4008]
2. Müfəssirlərin nəzəri:
Ümumi şəkildə, “dində məcburiyyət (zorakılıq) yoxdur.” –cümləsinin mənasında müfəssirlər arasında beş nəzəriyyə var və tərtiblə bunlardan ibarətdir: 1) Əgər bir nəfər döyüşdən sonra islama gəlsə deməyin ki, islamı məcbur qəbul etdi. [4009] 2) Ayə, Əhli-Kitabın haqqında nazil olub. Belə ki, onlardan cizyə aldıqdan sonra islamı qəbul etməyə məcbur etməyin. [4010] 3) Ayədən məqsəd bütün kafirlər nəzərdə tutulur. Sonradan döyüş [4011] və cihad [4012] ayələri ilə nəsx (ləğv) olunur. 4) Ayədən məqsəd ənsardan müəyyən bir dəstədir. [4013] Ayənin nazil olma səbəbi haqqında bir neçə əhvalat nəql olunur. Onlardan biri budur ki, müsəlman ənsarlardan birinin qara dərili bir qulu var idi. O, bu qula islamı qəbul etdirməkdən ötrü çox sıxıntıya salırdı. 5) Bir dəstə müfəssirlər isə belə nəzər verirlər ki, bu ayə ümumi şəkildə bütün insanlar haqqında nazil olub. Yazırlar: Din, qəlbi və etiqadı bir məsələ olub, onda məcburiyyət və zorakılıq qeyri-mümkündür. İnsan isə muxtar və ixtiyar sahibidir. Bu nəzəriyyə, xüsusilə müasir zamanda, müfəssirlər tərəfindən qəbul edilir. [4014] Belə nəzərə gəlir ki, bu nəzəriyyələrin sonuncusu daha səhih və məntiqidir. Beləliklə, Quranda bu ayədən zahirdə belə məna ələ gəlir ki, islamda məcburiyyət və iradəsiz əqidə yoxdur. Ona görə ki ayədə qeyd olunduğu kimi həqiqət və zəlalət yolu aydındır. İnsan imanı qəbul etməklə küfr etməkdə azaddır. Hər kim istəsə bu yolu, istəməsə digərini qəbul edə bilər. Həçinin, ayənin əvvəlindən və sonundan belə bir əsl qanun ələ gəlir ki, məsum İmamların (əleyhimussalam) yolu, “nə sırf icbar və nə də sırf azad” yolu olmuşdur. Bu məntiq dünya siyasətində, iqtisadiyyatında və siyasət elmlərində də istifadə olunur. [4015] Çünki, əvvəlki ayədə tövhiddən tam aydınlıq verilmişdir. Fitrəti sağlam olan hər bir kəs azca diqqat və təfəkkürlə asanlıqla başa düşər ki, həqiqət nədir. Amma, bəzi qərəzli şəxslərin ayədən başqa məna çıxarmaq istəmələrini nəzər alaraq, bu və sonrakı ayə vasitəsilə ümumi və əsas bir qanun vasitəsilə onların bu yolunu bağlamışdır. Başqa sözlə desək, ayə, bəzilərinin islamı ya küfrü qəbul etməkdə, yaxud ibadət və günah əməldə məcbur olduğuna iddia etməsinə möhkəm bir rədd cavabıdır. Ayə nişan verir ki, məsələ heç də belə deyildir. [4016] Allah-taala heç bir əməldə kiməsə məcbur və zor etmir. Digər tərfdən, müfəvvizə əhlinin belə bir iddiası ki, “Allah-taala insanı xəlq etdikdən sonra bütün işləri onun özünün öhdəsinə qoymuş və özü Qiyamət gününə kimi kənara çəkilmişdir.” – Allah-taala tövhid dəlili ilə məsələni elə bəyan etmişdir ki, bu məsələdə heç kimin zərrə qədər şəkki və şübhəsi olmasın. Bu əqidə sahiblərindən, mötəzili Əbi Müslüm və Qəfali ayənin mənasında deyirlər: “Allah-taala, iman məsələsində işi nə məcburiyyət və nə də zora təyin etmişdir. Əksinə, iman gətirmək yalnız insanın öz imkan və ixtiyarına qoymuşdur. Bununla da kafirin öz küfründa qalmasında heç bir dəlili olmur. Əgər o, öz küfründə qalsa bu onun özünün zor və icbarla nəfsini bu halətdə saxlamasının nəticəsidir. Amma ayədə buyurur: “dində məcburiyyət yoxdur” – bunu necə izah edək? Bu barədə deyirlər: Ayə demək istəyir ki, onları iman gətirməyə məcbur etməyin və zor işlətməyin çünki, dünya imtahan dünyasıdır. Məcburiyyət və zor isə imtahan ilə fərq edir.” [4017] Amma ayə onların bu təfəkkürünün ziddinə möhkəm dəlildir. Ona görə ki, ayədə əvvəlcə məcburən küfrə düşmək məsələsini səhv hesab etdikdən sonra bəyan olunur: “Hər kəs Tağutu inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!” Həmçinin, sonrakı ayənin vilayət və ilahi qanuna işarə olduğunu nəzərə alsaq belə nəticə alırıq ki, Allahın qanununa görə, hər bir şeyin Onun malikiyyət və qüdrətində olub bu qüdrətdən xaricdə olmamasıdır. Başqa sözlə desək, insanların Allaha iman gətirməsi məcburiyyyət və zorla olmadığı kimi, heç bir şey Allah-taalanın qüdrət və vilayətindən kənarda qala bilməz. Əksinə, ilahi qanuna əsasən, əgər insan tağut və zalımdən üz döndərib, Allah-taalaya imana tərəf üz gətirsə, səbəb və nəticə qanununa görə ən möhkəm bir dayağa əl atmış, sonrakı mərhələlərdə hidayət yolunda möhkəm dayaqa söykənməklə qaranlıqlardan nura tərəf nicat tapar. Digər tərəfdən, ilahi qanunua əsasən, hər kəs Allahın varlığına dəlalət edən bütün bu aydın dəlilərdən sonra yenə də Ona qarşı küfr etsə, o zaman nurdan çıxıb qaranlığa tərəf hərəkətdə olar. Beləliklə, insanın seçim ixtiyarı olmasına baxmayaraq, nəticə və hasil ələ gətirməkdə heç bir qüdrətə malik deyil, yalnız Allahın qanununa tabedir.
Söylənilənlərdən belə nəticə alınır: Bu qanun ələ gəlir ki, ayənin əvvəlində gələn “dində məcburiyyət yoxdur” ifadəsi, məsum İmamlarımızın (əleyhimussalam) buyurduğu “nə sırf icbar” sözünə, ayənin davamındakı “Hər kəs Tağutu inkar edib….” ifadəsi isə “nə sırf azad” qanununa işarə edir və bizdən ötrü həqiqət yolunun bəyan edir.
[4005] Bəqərə surəsi-256
[4006] Qurşi,Seyyid Əli Əkbər, Qamus Quran, 3-cü cild, səh-100.
[4007] Qurşi,Seyyid Əli Əkbər, Qamus Quran, 5-ci cild, səh-131
[4008] Əllamə Təbatəbai, Təfsir Əl-Mizan, 2-ci cild, səh-342.
[4009] Əllamə Təbərsi, Təfsir Məcməul-Bəyan, 2-ci cild, səh-126, Şeyx Əbul-Fəth
azı, Təfsir Razı, 2-ci cild, səh-330.
[4010] Amili İbrahim, Təfsir Amili, 1-ci cild, səh-515-516. Təfsir Məcəmul-Bəyan; Təfsir Kəşşaf, Zeməxşəri, 1-ci cild, səh-487.
[4011] Tövbə surəsi-5 “Lakin əgər (kafirlər) tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”
[4012] Tövbə surəsi-73. “ Ya Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! Onlarla sərt davran! Onların məskəni Cəhənnəmdir. Ora nə pis yerdir!”
[4013] Təfsir Məcməul-Bəyan, Təfsir Kəşşaf, Təfsir Nümunə. Məkarim Şirazi, 2-ci cild, səh-279-280.
[4014] Təfsir Məcməul-Bəyan, Təfsir Kəşşaf, Təfsir Nümunə.
[4015] Kafi, 1-ci cild, səh-160, bab cəbr və qədər.
[4016] Təyyib, Seyyid Əbdül-Hüseyn, Ətyəbul-bəyan dər təfsir Quran, 3-cü cild, səh-18.
[4017] Fəxr Razi, Təfsir Kəbir, 11 cildlik, 3-cü cild, səh-18.

NUR-AZ.COM


more post like this