Cavab: Günümüzdə məlum olmuşdur ki, bu görünməz hicab (keçilməz səd) şirin su ilə şor suyun qatılığıdır. Başqa ifadə ilə desək onların çəkilərinin fərqli olması həmin suların bir müddət bir-birilərinə qarışmamasına səbəb olur. Əlbətdə bir çox müfəssirlər yer üzündə belə bir dənizin tapmasından ötrü çox təlaş etmişlər. Lakin bu məsələ dövrümüzdə artıq öz həllini tapmışdır. Bildiyimiz kimi böyük çayların şirin suları dəniz sahilində şirin sulardan ibarət geniş bir dəniz yaradır və şor sulara təziq göstərərək geri itələyir və uzun bir zamana qədər bu hal davam edir və suların qatılığının fərqliliyi onların bir-birilərinə qarışmalarına mane olur. Habelə, bu ayənin küfr və iman ayələri sırasında yer alması bu nüansa da işarə edə bilər ki, bəzən bir cəmiyyətdə, bir şəhərdə hətta bəzən bir ailədə şirin su kimi imanı olan, şor su kimi küfr daşıyıcısı iki fərqli düşüncə tərzi, iki fərqli əqidə bir-birilərinin kanarında yaşamalarına baxmayaraq heç vaxt bir rəngə boyanmırlar.
NUR-AZ.COM


more post like this