Cavab: Qurani-Məcid və müqəddəs kitab (Tövrat və İncil) asiman və yerin 6 gündə xəlq olunduğunu bəyan edir. Bu fərqlə ki, əvvəla, Quranda Allahın hər gündə əncam verdiyi işlərin incəlikləri bəyan olunmur. Lakin müqəddəs kitabda həmin işlərin incəlikləri qeyd olunur.
İkincisi, Quranda Adəmin 6-cı günün axırında yaradıldığı qeyd olunmur. Amma bəşərin yer üzündə xəlq edildiyi dövrdən indiyə qədər neçə il keçməsinə gəldikdə isə, bu barədə Quranda aşkar bəyan yoxdur.
Mərhum Əllamə Təbatəbai “Əl-mizan” təfsirində buyurur: “Yəhudilərin tarixində deyilir ki, yer üzündə yaradılan bəşərin xəlq edildiyi dövrdən indiyə qədər təqribən 7 min ildən artıq keçmir ki, əqli etibar da bu tarixə kömək edir.” Sonra bu nəzəriyyəni gücləndirir və buyurur: “Bu zaman müddəti Adəmin xilqəti və yeni bəşər nəslinin yaranması ilə əlaqədardır. Lakin mümkündür, Adəmdən qabaq və hazırkı insan nəslindən əvvəl yer üzündə digər insanlar, başqa aləmlər olmuş və başqa bəşər növləri yaşamışdır. Amma sonralar onların nəsli kəsilmişdir. Milyonlar il qabaq yaşamış insanların skeletləri və çürüntüləri isə on beş min il ömrə malik olan insanlardan qabaqkı nəsildir. Əlbəttə, bu yozum Quran və İslam rəvayətləri ilə uyğun gəlir.”
NUR-AZ.COM


more post like this