Cavab: Quran oxuyanda aşağıdakı şərtlərə riayət etmək lazımdır: 1- Paklıq və təharət (dəstəmazlı olmaq); Əgər Quran oxuyanda əllərin onun yazılarına dəyməsi ehtimalı verilsə, onda hökmən gərək dəstəmaz alınmalıdır. 2- Ağzın paklığı (dişləri fırçalamaq); 3- İxlas üzündən və Allaha görə oxumaq; 4- Qurandan qabaq məxsus duaları oxumaq; 5- “Nəhl” surəsinin 98-ci ayəsində buyurulan “əuzu billahi minəş-şeytanirrəcim” sözünü deyək. 6- Quranı üzündən oxumaq; hətta əzbərdən bilsə belə; bu iş günahların bağışlanmasına səbəb olur. 7- Gözəl səs ilə oxumaq; 8- Ərəb ləhcəsi ilə oxumaq; 9-Quran hər bir müsəlmanın səadətə çatmağı üçün bir proqramdır. Bu səbəbdən hər gün ən azı on ayə oxuması yaxşıdır. 10- Mənasına diqqət etmək; 11- Ahəstə və yavaş-yavaş oxumaq; 12- Quran oxunan zaman qulaq asmaq və sükut etmək; 13- Səcdə ayələrinə çatanda səcdə etmək; 14- Quranı xətm etmək (qurtarmaq); 15- Quranı əzbərləmək; 16- Quranı münasib yerdə saxlamaq; 17- Quranın qarşısında ədəb qaydalarına riayət etmək; 18- Quran oxunduğundan sonra “sədəqəllahül-əliyyul-əzim” demək 19- Quran oxunduqdan sonra dua oxumaq. NUR-AZ.COM


more post like this