Cavab: İki növ itaət: insan bəzən qorxu və tamahdan, bəzən isə iman və məhəbbətdən itaət edir. Məsələn, insanları Firon qarşısında müti edən qorxu idi.[4064] Amma İslam peyğəmbərinə itaətin arxasında iman və məhəbbət dururdu.[4065]
İslamda xalqla rəhbər arasındakı əlaqə “vilayət” kimi təbir olunur. “Vilayət”dedikdə sevərək bir şəxsin ardınca getmək nəzərdə tutulur.[4066] Vilayətə tabe olan şəxs özünü başqalarından üstün tutmur.[4067] Həzrət Əli (ə) buyurur: “Döyüşlərdə Peyğəmbər (s) düşmənə bizdən daha yaxın olardı.” Həzrət Peyğəmbər (s) xalqa salam göndərmək üçün məmur edilmişdir.[4068] Eləcə də, Peyğəmbərə salam göndərmək xalqa əmr olunmuşdur.[4069] Demək, rəhbərlə xalq arasındakı əlaqə qorxuya yox, eşq və məhəbbətə əsaslanır.
[4064] “Zuxruf”, 54.
[4065] “Ali-İmran”, 159.
[4066] “Sad”, 86.
[4067] ”Kəhf”, 110.
[4068] “Tövbə”, 103.
[4069] “Tövbə”, 56.

NUR-AZ.COM


more post like this