“أبد” [əbəd] həmişə, daima, müntəzəm.

Bu söz Quranda 28 dəfə işlənmişdir. ﴾ مَاكِثِينَ فِيهِ أَبَداً ﴿ “Onlar orada (Cənnətdə) əbədi qalacaqlar!” (“Kəhf”, 3).
Rağib “Mufrədat”da yazır: “أبد” [əbəd] sözü ardı kəsilməyən, davamlı zaman deməkdir. “أمد” [əbəd] sözünü izah edərkən isə deyir: “أبد” [əbəd] qeyri-məhdud zamandır.
“Əqrəb əl-məvarid”də deyilir: “أبد” [əbəd] zaman zərfidir və gələcək zamanın davamlılığı, ardıcıllığı üçün yox, mənasini daha da artıqmaq, qüvvətləndirmək üçün (təkid üçün) işlənir. Necə ki, “قَطّ” [qəttu] və “ألبَتّة” [əlbəttə] sözləri keçmiş zamanın mənasını daha da artırır, gücləndirir. Misal üçün, و ما فعلت قَطّ و ألبَتّة ولا أفعل أبدا” ” (heç bir zaman etməmişəm və heç bir zaman etməyəcəm, yaxud etməyəcəm də). Deyilənlərdən aydın olur ki, “أبد” [əbəd] sözü daim cümlədə özündən öncə yerləşən sözün təsir gücünü qüvvətləndirən (qüvvətləndirici) ədatdır. Lakin Quran ayələrinə nəzər saldıqda bunun əksini görürük və aydın olur ki, “أبد” [əbəd] sözü yalnız sözün və ya cümlənin təsir gücünü qüvvətləndirmək funksiyasını daşımır. Bəzi ayələr “أبد” [əbəd] sözü vasitəsilə davamlılıq, ardıcıllıq mənasını daşıyır. Misal üçün, ﴾ مَاكِثِينَ فِيهِ أَبَداً ﴿ “Onlar orada (Cənnətdə) əbədi qalacaqlar!” (“Kəhf”, 3). ﴾ لاَ تَقُمْ فِيهِ أَبَدًا لَّمَسْجِدٌ ﴿ “Orada heç vaxt namaz qılma” (“Tövbə”, 108). ﴾ وَلَا أَن تَنكِحُوا أَزْوَاجَهُ مِن بَعْدِهِ أَبَدًا ﴿ “Sizə özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz” (“Əhzab”, 53) və s. Məlumdur ki, namaz qılmamaq, yaxud Peyğəmbərin (s) özündən sonra zövcələri ilə evlənməmək hökmünün davamlılığı, həmişəlik olması ayəyə “أبد” [əbəd] sözünün artırılmasından başa düşülür. “أبد” [əbəd] sözü artırılmadan hökmün həmişəlik olub-olmaması bəlli olmur. Belə olan halda “أبد” [əbəd] sözü ayədə özündən qabaqkı mənanı qüvvətləndirmək üçün yox, yeni bir məna artıqmaq üçün işlədilir.
“أبد” [əbəd] sözü “Qamus” və s. kitablarda dəhr (zaman, dövr) mənasında, “Nəhc əl-bəlağə”də isə sifət kimi işlənmişdir. أنت الأبد فلا أمد لک” ” “Sən həmişə varsan və sənin üçün son yoxdur” (Xütbə, 107). Burada da orijinal məna nəzərdə tutulmuşdur.
Seyid Qurəşi
Çevirən: M. Sayıl

islammektebi.org

 


more post like this