Quran baxımından körpənin nübuvvət və vilayəti nəinki mümkündür, hətta ilahi kitabda bu mövzuda xəbərlər var.

a) Allah-tәala həzrət Yəhyaya (ə) xitabən buyurur:

“Ey Yəhya! Sən bizim səmavi kitabdan möhkəm yapış. Biz ona uşaq yaşlarında nübuvvət məqamı verdik.” (“Məryəm”, 12.)

Fəxr Razi Allah-tәalanın həzrət Yəhyaya (ə) buyuruğu haq-qında deyir: “Şərif ayədə həqiqətən nübuvvət məqamı nəzərdə tutulmuşdur. Çünki Allah-tәala Yəhyanın əqlini uşaq yaşlarında kamilləşdirdi və ona vəhy göndərdi. Allah-tәala orta yaşlarında peyğəmbərliyə çatmış həzrət Musa (ə) və Muhəmməddən (s) fərqli olaraq, həzrət Yəhya (ə) və İsanı (ə) uşaq yaşlarında peyğəmbər-liyə seçdi.”

b) Həzrət İsa (ə) haqqında isə belə buyurulur: “Məryəm körpəyə işarə etdi. Onlar dedilər: “Beşik uşağı ilə necə danışaq? O uşaq dedi: “Həqiqətən, mən Allahın bəndəsiyəm, O, mənə səmavi kitab və nübuvvət şərəfi əta buyurdu…” (“Məryəm”, 29, 30.)

Qunduzi Hənəfi İmam Mehdinin (ə) dünyaya gəlişini qeyd etdikdən sonra yazır: “Deyirlər ki, Allah-tәala ona uşaq yaşlarında hikmət əta etdi və aləmlərdəkilər üçün nişanə buyurdu. Necə ki, həzrət Yəhya (ə) və həzrət İsaya (ə) belə lütf etmişdi. Allah həzrət Mehdinin (ə) ömrünü həzrət Xızrın (ə) ömrü kimi uzatdı.”

Qütb Ravəndi və başqaları Yezid Kənasidən belə nəql edirlər: Həzrət Əbu-Cəfərdən (ə) soruşdum: “Həzrət İsa (ə) beşikdə danışdığı vaxt Allahın yer əhlinə höccəti idimi?” Həzrət buyurdu: “İsa həmin gün Allahın peyğəmbəri və mürsəl höccəti idi. Məgər belə bir buyuruğu eşitməmisən: “Mən Allahın bəndəsiyəm, O mənə kitab verib, məni peyğəmbər seçib, harada olsam vücudumu bərəkətli edib; nə qədər ki, diriyəm, mənə namaz və zəkatı tapşırıb.” Ərz etdim ki, onda İsa beşikdə ikən Zəkəriyya (ə) Allahın höccəti idi? Həzrət buyurdu: “İsa (ə) həmin halda xalq üçün nişanə, həzrət Məryəm (ə) üçün Allah tərəfindən bir rəhmət idi. Danışıb təbir etdiyi halda onu eşidənlərə peyğəmbər və höccət idi. Sonra İsa (ə) susdu və iki il danışmadı. Həmin arada xalqa höccət Zəkəriyya (ə) oldu. Onun vəfatından sonra Yəhya (ə) körpə yaşında kitab və hikmətə varis oldu. Allahın Yəhyaya (ə) müraciətini eşitməmisənmi?! İsa (ə) yeddi yaşına çatdıqda ilk nazil olan vəhy peyğəmbərlikdən xəbər verdi. Həmin vaxtdan İsa (ə) Yəhyaya (ə) və bütün xalqa höccət oldu. Ey Әba Xalid! Adəm (ə) yaranan gündən bir gün olsun belə, yer üzü ilahi höccətsiz olmayıb…” (“Kafi”, c. 1, s. 382.)

İrad tutulmasın ki, həzrət İsa (ə) ilə bağlı bəyanatlar qrammatik baxımdan keçmiş zamana aiddir, amma əslində gələcək zaman nəzərdə tutulur. Əvvəla, bu ehtimal keçmiş zaman formasına zahirən xilafdır və belə bir ehtimal üçün dəlil lazımdır. İkincisi, “nəbi” ilə “rəsul” arasında fərq var. Həzrət İsa (ə) ilə bağlı “rəsul” yox, “nəbi” təbiri işlədilmişdir. Belə bir nəticə çıxarmaq olar ki, azyaşlı olduğu üçün risalət məqamına çatmamış İsa (ə) öncə nəbi məqamına çatmışdı.

 

http://sualcavab.ge

 

 

 

 


more post like this