Cavab: “Hikmət” sözü lüğətdə haqq və həqiqətlə uyğun danışıq və əməl, elm və əql vasitəsilə haqqa yetişmək, ya insanı haqqa çatdıran şeyə deyilir. “Elm” isə bilmək, bir şeyin həqiqətini dərk etmək, bilik və agahlıq mənalarındadır.
Quranda “hikmət” və “elm” kəlmələri; “hikmət” sözü Quranda çox işlənmişdir. Bu kəlmədən məna və məqsəd haqqında təfsirçilər arasında müxtəlif nəzəriyyələr var. Bəziləri məqsədin peyğəmbərlik olduğunu bildirirlər. Bəziləri deyirlər ki, məqsəd, şəriət, halal və harama olan elmdir. Bir dəstə, hikmətdən məqsəd Quran elmləri, digərləri isə Allahın buyurduqlarının həqiqətinə yetişmək mənasında olduğunu qeyd edirlər. Amma, Əllamə Təbatəbainin nəzəriyyəsi bütün bu nəzəriyyələri öz kölgəsi altına alır və o da budur ki, hikmət, elmin möhkəm və yəqingətirən olması mənasındadır. Çünki, hikmət, bir şeyin möhkəm və aradan getməsinin qeyri-mümkün olmasıdır. Allah-taala Quranı “Kitabi-həkim” adlandırırsa, bu o deməkdir ki, Quran vaxtında söz deyir, yaxşı söz deyir, etdiyi bəyanın yanında dəlil və bürhan gətirir.
“Elm” kəlməsi də Quranda çox təkrar olunmuş və lüğətdə bilmək, aydınlıq gətirmək, dəlil və höccət mənasında işlənmişdir. Elm kəlməsinin və ondan ayrılan sözlərin dəqiq araşdırılmasından sonra məlum olur ki, bütün varlıqlar elmə malikdir. Necə ki Əllamə Təbatəbai bu ayənin – “Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükr etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız.”[4018] – təfsirində yazır: ayədəki, “lakin siz onların təqdisini anlamazsınız.” – cümləsi, mövcudatların təqdisindən məqsədin elm üzündən olmasına ən yaxşı dəlildir. Çünki, əgər varlıqların təsdiqindən məqsədin yalnız Allaha nisbət verilməsi olsaydı, onda onların dillərini anlamamağın bəyan olunmasının heç bir mənası olmazdı. Quranda bu mənaya (varlıqların elmi olmasına) dəlalət edən mənalar çoxdur.
Hikmətlə elmin fərqi; Quran ayələrində bəzən, varlıqların yaradılışı əbəs və hədəfsiz olmaması cəhətindən hikmət Alllah-taalaya nisbət verilmiş və bu da Allah-taalanın sonsuz elminə işarə edir. Nəticədə, hikmət və elm Allahın zati sifətlərindəndir. Amma, əgər hər hansı işi n hikmət, haqq və batildən uzaq olması ilə vəsf olunursa, bu halda hikmət Allah-taalanın feli sifətindən sayılacaq. Hər halda, Allah-taalanın bütün sifətləri Onun zati sifətləri olduğuna görə bu iki vəsf arasında heç bir fərq yoxdur. Yalnız bu etibarla ki, Allah-taalanın həkim və əlim sifətləri Onun biliyinə, “hikmət” isə elmi cəhətlərinə işarədir. Başqa sözə desək, “elm” sifəti Allah-taalanın sonsuz biliyinə, “hikmət” sifəti isə Quranın nazil olma səbəblərinə və aləmlərin yaradılma hədəfinə işarə edir. Bəzən bu iki sifət insana da nisbət verilir. O da insanda hikmət, mövcudatların tanınması, yaxşı və xeyir işlərin görülməsi mənasındadır. Həkim o kəsdir ki, mərifət əhli olub, dərin düşüncəsi və əqli olmuş olsun. İmam Kazim (əleyhissalam) buyurur: “Hikmətdən məqsəd düşüncə və əqldir.” Beləliklə, demək olar ki, hikmət elə bir dərk və düşüncə tərzidir ki, elmə əsaslanır, onun da həqiqəti Allah-taalaya məxsusdur. Bundan əlavə, imam Sadiq (əleyhissalam) buyurur: “Allah-taala özü elmdir və cəhlin Ona yolu yoxdur.” Başqa mətləb isə bundan ibarətdir ki, elmin də öz mərtəbələri var. Elmin ən ali mərtəbəsi Allah-taalaya məxsus olub, onun sayəsində isə digər mövcudatlara insana və hətta qeyri-əql sahiblərinə də elmdən bəhrə verilib. Bütün varlıqların özlərinə nisbət aralarında elmi məqamları vardır. Amma, hikmət özünün xüsusiyyətləri ilə yalnız ağıl sahiblərinin sifət və xüsusiyyətlərindəndir.
Daha geniş cavab
Lüğətdə məna:
“Hikmət” əslində, elm və əqlin vasitəsi ilə haqqa, həqiqətə çatmaqdır. [4019] Sözün əsli isə “hökm” kökündən olub, həbs etmək və qadağan mənasındadır. Bu sözün ilk mənası, zülmün qarşısı almaqdan ötrü hökm verməyə deyilir. Hikmətin xassələrindən biri insanda cəhl və nadanlığı qarşısını almaqdır. [4020] Amma, “elm” bilmək, bilik, [4021] həqiqəti dərk etmək və başa düşmək, bir şeyin əsasına deyilir. [4022] Həmçinin, əşyada olan o nişanələrə dəlalət edir ki, onun vasitəsilə ondan qeyrisini ayırmaq olur. [4023]
Quranda elm və hikmət;
Hikmət sözü Quranda iyirmi dəfə təkrar olunmuşdur. Hikmət sözünün mənası haqqında Quranda təfsirçilər müxtəlif izahlar veriblər ki, onların xülasəsi bunlardan ibarətdir:
1.Hikmətdən məqsəd peyğəmbərlikdir. [4024] Necə ki, Quranda oxuyuruq: “Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət (peyğəmbərlik) verdi.” [4025]
2. Hikmətdən məqsəd, şəriətdə halal və harama elm tapmaqdır. [4026] Quran ayəsində oxuyuruq: “(Allah) ona (İsaya) yazmağı, hikməti (halal və haramı), Tövratı və İncili öyrədəcək.” [4027]
3.Təfsirçilərdən bəziləri hikmətdən məqsədin Quran elmləri, Quranın nəsx edən (ləğv edən) və nəsx olunan ayələrinə, möhkəm və mütəşabeh, müqəddəm və müəxxər və sair …ayələrinə aid olan elmin olduğunu deyirlər. [4028] Quranda oxuyuruq: “Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!” [4029]
4. Bəzi təfsirçilərin nəzərinə görə isə hikmət, əməl və söz meydanında Allah-taalanın kəlamının əslinə və həqiqətinə yetişməkdir. [4030]
5. Bəziləri hikməti dinin geniş mənada anlamı kimi təfsir edirlər. [4031]
6. Digər təfsirçilər isə hikmətə dindən düzgün və səhih dərk kimi məna vermişlər. [4032]
7. Bir dəstə isə bu əqidədirlər ki, “hikmət” elə bir elmdir ki, başdan başa insanın islah olub kamala yetməsinə səbəb olur. [4033]
8. Nəhayət, Əllamə Təbatəbai bütün bu mənaları özündə cəmləşdirən bir nəzəriyyə vermşdir. O da bundan ibarətdir ki, hikmət, məsələnin elmi şəklinin möhkəm və tam yəqinliklə olmasına deyilir. [4034] Əslində, bütün qeyd olunan mənalar bu mənanın daxilində qərar tutmuşdur. Çünki, “hikmət”, “möhkəm”, “hökm” və sair kimi kəlmələrin mənasında bir növ möhkəmlik və aradan getməmək mənası yatmışdır. [4035] Allah-taalanın Quranı “Kitabun-həkim” adlandırması ondan ötrüdür ki, Quran vaxtında söz deyir, yaxşı söz deyir, bəyan etdiyi şeyin yanında dəlil və bürhanı var. Dəlil və bürhanı olmayan söz möhkəm olmaz. [4036] İslam Peyğəmbərindən (s) nəql olunan hədisdə oxuyuruq: “Allah-taala ən qiymətli Quran nemətini mənə əta etmiş və onunun yanında lazımı qədər hikmət də vermişdir. Hikmətdən bəhrəsi olmayan ev viranədir. Beləliklə, elm və bilik öyrənin, elə olmasın ki, nadan və savadsız halda öləsiniz!” [4037]
Amma, “elm” kəlməsi, Qurani-kərimdə 105 dəfə təkrar olunmuşdur. Əlbəttə, elm kəlməsindən alınmış kəlmələri də nəzərə alsaq, belə kəlmələrin sayı çoxdur. Bu söz, bəzən Quranda “bilik” mənasında işlənib. Məsələn ayədə var, “Hər qəbilə özünün su içəcəyi yeri bildi.” [4038] Bəzən izhar və aydınlaşdırmaq mənasında olur, məsələn, “Sonra iki tayfadan (möminlərdən və kafirlərdən) hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq.” [4039] Əllamə Təbatəbai bu ayənin mənasında yazır; məqsəd, hazırda olan elmdir. O da, Allah-taala yanında bir şeyin hüzuru və xüsusi vücudu mənasındadır. Elm bu mənada Quranda çox işlənmişdir. Bəzən də elm, dəlil və höccət mənasında işlənib. [4040]
Beləliklə, elm haqqında qeyd olunmuş bütün mənalardan belə nəticə almaq olur ki, bütün mövcudatların özünə məxsus elmləri vardır. Necə ki, Əllamə Təbatəbai bu ayənin – “Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız.” [4041] – təfsirində yazır ki, ayədəki “lakin, siz onların təqdisini anlamazsınız.” – cümləsi mövcudatların təqdisinin elm üzündən olmasına ən yaxşı dəlildir. Çünki, əgər mövcudların təsdiqindən məqsəd yalnız, varlıqlarının Allaha nisbət verilməsi olsaydı, onda onların dillərini anlamamağın bəyan olunmasının heç bir mənası olmazdı. [4042] Quranda bu mənaya (varlıqların elmi olmasına) dəlalət edən mənalar çoxdur. Məsələn, “məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir. Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!” [4043] Bu qəbildən olan ayələr dəlalət edir ki, insanın əzalarının şəhadət verməsi və Allah-taala ilə dilə gəlib söz danışmaları, Haqq-taalanın suallarına cavab vermələri hər bir varlığın özünəməxsus elmi əsasında olar. Əlbəttə, diqqət etmək lazımdır ki, elmin özünəməxsus dərəcələri vardır.
Hikmətlə elmin fərqi;
Bu iki kəlmənin fərqlərini bəyan etməzdən əvvəl qeyd etmək lazımdır ki, bəzən elm və hikmət Allah-taalaya nisbət verilir. [4044] Qurani-Kərimdə həkim kəlməsi 92 dəfə, əlim kəlməsi isə 156 dəfə Allah-taalaya nisbət verilmişdir. Həkim və əlim vəsfləri Allah-taalanın zati sifətlərindəndir. Çünki, Allahın hikməti dedikdə nəzərdə tutulur ki, yaratdıqlarını ən möhkəm şəkildə və qüdrətlə yaradıb, yaradılış hər bir mənasızlıqdan uzaq olub, Onun zatından sayılan sonsuz elminə əsaslanır. Hikmətin feli sifətlərindən də olmasına baxmayaraq, bu cəhətdən də Allah-taalanın Öz işlərində möhkəm, qüdrətli və hər cür batil işdən pak və münəzzəh olmasına dəlalət edir. Hər halda, Allahın zatı sifətləri Onun zatı ilə eyni olduğu üçünbu iki sifət (həkim və əlim) arasında elə bir fərq yoxdur. Ona görə ki, həkim və əlim sifətlərinin hər ikisi Allah-taalanın bilik və elminə işarədir. Fərq bundadır ki, hikmət adətən Allah-taalanın elmi cəhətlərinə, elm isə nəzəri cəhətlərinə işarə edir. Başqa sözlə desək, elm Allah-taalının sonsuz biliyindən xəbər verir, hikmət isə Onun yaratdığı aləmlərin və Qurani-Kərimdə nazil etdiyinin hədəfindən xəbər verir. [4045]
Bəzən bu iki sifət insana və digər ağıl sahibləri olan mövcudlara da nisbət verilir. İnsanda hikmətin olması, onun varlıqlara elmi, bəyənilmiş və xeyir işlərin görülməsi mənasındadır. [4046] Başqa sözlə desək, həkim insan o kəsdir ki, mərifət meyarlarını özündə cəm etməklə onun vasitəsilə haqqı tanıya bilsin, batili isə hansı libasda olmasına baxmayaraq haqdan ayıra bilsin. Bu həmin mövzudur ki, fəlsəfəçilər onu öz dillərində “nəzəriyəə qüvvəsinin kamal həddi” adlandırırlar. [4047] Deməli, həkim o kəsdir ki, dərin dərk qüvvəsindən bəhrələnib və mərifət əhli və sağlam ağla malik olsun. İmam Kazım (əleyhissalam) Hişam ibni Həkəmə buyurur: “Həkmətdən məqsəd əql və dərkdir.” [4048] Bəs, demək olar ki, hikmət elə bir dərk və düşüncə tərzidir ki, elmə əsaslanır, onun da həqiqəti Allah-taalaya məxsusdur. Bundan əlavə, imam Sadiq (əlyehissalam) buyurur: “Allah-taala özü elmdir və cəhlin Ona yolu yoxdur.” [4049] Həmin həqiqət ki, Loğman Allah-taala tərəfindən almışdır. [4050] Bəzi fəlsəfəçilər inanırlar ki, ancaq fikirləşmək, mütaliə etmək elm və bilik vücuda gətirmir. Bəlkə də bunlar insanda ruhu əqli bilikləri qəbul etməyə hazırlaşdırır. Elə ki, insanın ruhu bu işə hazır olur, Allah-taala öz elm feyzi və rəhmətindən insanın ruhuna səpir. [4051] O zaman əməl mərhələsində, insanda dərk və mərifət halı vücuda gəlir. Başqa sözlə desək, insanın əməli onun ruhunu elmi və mərifəti qəbul etməyə hazırlaşdırır. Elmin də olması insanda bir müqəddimə olaraq insanın ruhunu haqla batili ayırmağa, həqiqəti dərk etməyə, maneə və fəsadları ayırmağa hazır edir.
Son mətləb:
Başqa mətləb isə bundan ibarətdir ki, elmin də öz mərtəbələri var. Elmin ən ali mərtəbəsi Allah-taalaya məxsus olub, onun sayəsində isə digər mövcudatlara, insana və hətta, qeyri-əql sahiblərinə də elmdən bəhrə verilib. Bütün varlıqların özlərinə nisbət aralarında elmi məqamları vardır. Amma, hikmət özünün xüsusiyyətləri ilə yalnız ağıl sahiblərinin sifət və xüsusiyyətlərindəndir.
[4018] İsra surəsi, 44-cü ayə.
[4019] Müfrədat Rağib, “hökm” sözü.
[4020] Möcəmi məqayisul-lüğət, “hökm” sözü.
[4021] Qurşi, Qamus Quran, 5-ci cild, səh-32, “hökm” sözü.
[4022] Müfrədat Rağib, “hökm” sözü.
[4023] Möcəmi məqayisul-lüğət, “elm” sözü.
[4024] Məcməul-Bəyan, 10-cu cild, İntişarat Muəssiseyi Əl-ələmi lil mətbuat, tarix-1415 hic.qəməri, 2-ci cild, səh-151.
[4025] Bəqərə surəsi, 251-ci ayə.
[4026] Məcməul-Bəyan, 10-cu cild, İntişarat Muəssiseyi Əl-ələmi lil mətbuat, tarix-1415 hic.qəməri, 2-ci cild, səh-298.
[4027] Ali İmran surəsi, 48-ci ayə
[4028] Məcməul-Bəyan, 10-cu cild, İntişarat Muəssiseyi Əl-ələmi lil mətbuat, tarix-1415 hic.qəməri, 2-ci cild, səh-194.
[4029] Bəqərə surəsi, 269-cu ayə.
[4030] Məcməul-Bəyan, 10-cu cild, İntişarat Muəssiseyi Əl-ələmi lil mətbuat, tarix-1415 hic.qəməri, 2-ci cild, səh-194.
[4031] Həmən mənbə
[4032] Həmən mənbə;
[4033] Həmən mənbə;
[4034] Əllamə Təbatəbai, Məhəmməd Hüseyn, Təfsir Əl-Mizan, Müəsseyi Həmdanini tərcüməsi, naşir; Bünyad elmi və fikri Əllamə Təbatəbai, tarix-1363 hic.qəm; 2-ci cild, səh-351.
[4035] Cavad Amuli, Əbdullah, Quran dər Quran, (mövzui təfsir), intişarat Üsvə, 1-ci cild, səh-297.
[4036] Cavad Amuli, Əbdullah, Quran dər Quran, (mövzui təfsir), intişarat üsvə, 1-ci cild, səh-297.
[4037] Suyuti, Əd-durrul Mənsur, 1-ci cild, səh-335.
[4038] Əraf surəsi, 160.
[4039] Kəhf surəsi, 12-ci ayə.
[4040] Kəhf surəsi, 4-5-ci ayələr.
[4041] İsra surəsi, 44-cü ayə.
[4042] Əllamə Təbatəbai, Məhəmməd Hüseyn, Təfsir Əl-Mizan, 17-ci cild, səh-609.
[4043] Zilzal surəsi, 4-5-ci ayələr.
[4044] Bəqərə surəsi, 260-ci ayə.
[4045] Məkarim Şirazi, Təfsir Nümunə, 15-ci cild, səh-399.
[4046] Müfrədat Rağib, “hökm” kəlməsi.
[4047] Məkarim Şirazi, Təfsir Nümunə, 15-ci cild, səh-399.
[4048] Məkarim Şirazi, Təfsir Nümunə, 17-ci cild, səh-37
[4049] Amuli, Şeyx Hürr, Əl-Fusulul mühümmə fi üsulul əimmə, 1-ci cild, səh-228.
[4050] Loğman surəsi, 12-ci ayə.
[4051] Məkarim Şirazi, Təfsir Nümunə, 16-cı cild, səh-349.

NUR-AZ.COM


more post like this