Başqa bir məqaləmizdə indiki dövrdə müsəlman qadınların özlərinə Hz. Məryəmi nümunə olaraq götürmələri lazım gəldiyindən bəhs etmiş, onun həyatı ilə bağlı Qurandan öyrəndiyimiz təfsilatları, davranış və düşüncə formasını, üslubunu anlatmağaçalışmışdıq. Bu yazımızda isə günümüzdə ideal müsəlman kişi xarakterinin necə olmağına dair yer verəcəyik.

İndiki vaxtda insanlar, xüsusilə də gənclər bir çox insanı özlərinə nümunə götürməkdə, onların rəftar və danışmalarına, üslublarına, geyim tərzlərinə etina etməkdə, onlar kimi olmağa çalışmaqdadırlar. Ancaq bu insanlar arasında gözəl əxlaq daşımayan kəslər olduğu üçün, onları təqlid edən gənclərdə də eyni rəftarlara rast gəlinir. Məsələn bu gənclərin bəziləri mafiya adamlarına meyl etməkdə, bəziləri insanları asanca öldürdüyü haldayaxşı adam rolundakı xarakterləri nümunə götürməkdə, kimiləri də özlərinə xarici bir mədəniyyətin mənfi istiqamətlərini tamamilə təqlid etməyə çalışmaqdadırlar.

Quran əxlaqının geniş şəkildə yaşanmadığı bir cəmiyyətdə insanların xarakterini təyin edən başqa faktorlar da vardır. Buna bir nümunə olaraq “kişi dediyin…” deyə başlayan anlayış verilə bilər. Bu məntiqə görə, kişi xarakterinin ilk prinsipi daim “üstün” olmaqdır. Bu anlayışa sahib cəmiyyətdəki digər faktorlar da kişinin bu üstünlük iddiasını dəstəkləyəcək xüsusiyyətdədir. Qısaca, bu və buna bənzər məntiqlərin nəticələri, gəncləri həqiqi mənada sevgi, hörmət, mərhəmət kimi üstün əxlaqi xüsusiyyətlərdən uzaqlaşdırır. Bütün bunlardan başqa gənclərə verilən təhsilin də əhəmiyyəti vardır. Bu da zamanla “haqlı olanın deyil, güclü olanın üstün olduğunu müdafiə edən, zəif və aciz insanların cəmiyyətdən silinməsini nəzərdə tutan, insanlara şəfqətsizlik, qəddarlıq, mənfəətçilik təlqini edən” darvinist təlimlərin gənclərə sistematik olaraq təbliğ edilməsidir.

Ən gözəl nümunə Peyğəmbərlərimizdir
Bir müsəlmanın, rəftarına və əxlaqına nümunə götürmək üçün ən ideal insanpeyğəmbərlərimizdir. Rəbbimiz, Hz. Məhəmməd (s.ə.v)in gözəl bir nümunə olduğunu bir ayədə belə bildirməkdədir:

Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl nümunədir! (Əhzab surəsi, 21)

Peyğəmbərimiz (s.ə.v)i görməmiş olsaq belə, Quran ayələrindən və hədisi şəriflərdən, gözəl rəftarlarını, danışmalarını, göstərdiyi gözəl əxlaqı tanıya bilər, ona bənzəmək, axirətdə onunla yaxın bir dost ola bilmək üçün əlimizdən gələni edə bilərik. Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v) kimi digər peyğəmbərlər də, Allahın möminlər üçün nümunə göstərdiyi, Allahın razı olduğu kəslərdir. Allah, Yusif surəsində belə bildirməkdədir:

Peyğəmbərlərin hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. Quran uydurma bir söz deyildir. Ancaq özündən əvvəlki (ilahi kitabların) təsdiqi, (Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökmlərin, halal-haramın) müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!… (Yusif surəsi, 111)

Hz. Məhəmməd (s.ə.v)in nümunəvi üslub və rəftarları

Peyğəmbərimiz (s.ə.v)in çox gözəl əxlaqa sahib olduğunu Allah Quranda bildirmiş və belə buyurmuşdur:

Və, həqiqətən səni minnətsiz, tükənmək bilməyən mükafat gözləyir! Doğrudan da, sən böyük bir əxlaq sahibisən! (Böyük bir din üzərindəsən!). (Qələm surəsi, 3-4)

Böyük İslam alimi İmam Qəzali, hədis alimlərindən yığdığı məlumatlar ilə Peyğəmbər Əfəndimiz (s.ə.v)in ətrafındakılara qarşı münasibətini belə yekunlaşdırmışdır:

“… Hüzurunda oturan hər kəsə mübarək üzündən nəsibini verər, iltifat buyurardı. rahatlıq və dincliyinə görə hər kəs onun nəzdində özündən daha qiymətlisi olmadığı düşüncəsinə sahib olardı. Bəli onun oturuşu, dinləyişi, sözləri, gözəl lətifələri və təvazökarlığı həmişə nəzdində oturanlar üçün idi. Bununla birlikdə onun məclisi həya, sadə və təhlükəsizlik məclisi idi.

… Özlərinə ikram və könüllərini xoş tutmaq üçün əshabələrini ləqəbləri ilə çağırar, ləqəbi olmayanlara ləqəb taparaq onunla xitab edərdi.

Hirslənməkdən son dərəcə uzaq və bir şeylə tez razılaşan idi.

İnsanlara qarşı insanların ən şəfqətlisi idi, insanların ən xeyirlisi insanlara xeyri toxunan, insanların ən faydalısı da insanlara faydalı olandır.”

Müsəlman kişi və müsəlman qadının ortaq xüsusiyyətləri

Əlbəttə ki peyğəmbərlərimizdən lazım olan rəftarları nümunə götürməkyalnız kişilər üçün deyil. Mömin kişi və mömin qadının əxlaqi xüsusiyyətləri və məsuliyyətləri ortaqdır. Allah bu vəziyyəti Quranda belə bildirər:

Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə surəsi, 71)

Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır! (Əhzab surəsi, 35)

Ədaləti

Peyğəmbərimiz (s.ə.v) heç bir zaman ədalətdən üz döndərməmişdir. Allahın; De ki “Allah ədaləti əmr etdi. Hər səcdə də (namaz vaxtı) üzünüzü (bütlərə deyil, Ona tərəf və ya qibləyə) tutun. Allaha qarşı səmimi olub Ona dua (ibadət) edin. Sizi (yoxdan) yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız!…” (Əraf surəsi, 29) ayəsində bildirdiyi kimi, hər dövrdə bütün insanlara nümunə olmuşdur.

Danışma üslubu

Peyğəmbər Əfəndimiz (s.ə.v)in danışmaları hər vaxt insanlara Allahı, Onun gücünü və böyüklüyünü xatırladan, daim Allaha çağıran, insanlara Allahı sevdirən və Ondan qorxub çəkinmələrinə vəsilə olan bir üslubda olmuşdur. Peyğəmbərimiz (s.ə.v)i nümunə götürən müsəlman kişilərin də hər danışmalarında Allahı unutmadıqları düşünməlidir.

Ayrıca onun sünnəsinə uyanlar onun kimi insanları xəbərdar edən və onlara müjdələr verən kəslər olmalıdırlar. Necə ki Peyğəmbərimiz (s.ə.v) də ümmətinə müjdə verənlərdən olmalarını belə buyurmuşdur:

“Asanlaşdırın, çətinləşdirməyin, müjdələyin, nifrət etdirməyin. Bir-birinizlə yaxşı dolanın, ixtilafa düşməyin.”

İnsanların bəyəndikləri və təriflədikləri nə qədər əxlaq xüsusiyyəti, davranış forması və üstünlük varsa bunların hamısı onsuz dadin əxlaqının ehtiyacıolan xüsusiyyətlərdir. Uca Allahın əmr və tövsiyələrinə uyğun gələn kimsə həm Rəbbimizin razılığını qazanar həm də ətrafındakı bütün insanların sevdiyi və saydığı bir kimsə halına gələr.

Nəzakəti və xoş rəftarı

Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v), son dərəcə incə düşüncəli, nəzakətli, səbirli, bu kəslərə xoş rəftarı ilə yaxınlaşan, səmimi və çox mədəni bir insandır. Əshabələrin bir çox rəvayətində də Peyğəmbər Əfəndimiz (s.ə.v)in nəzakətli, incə düşüncəli rəftarlarına nümunə verilməkdədir. Peyğəmbər Əfəndimiz (s.ə.v), həm peyğəmbər olması, həm də dövlət başçısı olması etibarilə, hər seqmentdən insanla daimiəlaqədə olmuş; dövlət və qəbilə rəislərindən zəngin kəslərə, kasıb, zəif, kimsəsiz yetimlərdən qadın və uşaqlara qədər hər kəslə görüşmüşdür. Bütün bu ictimai strukturları, yaşayış tərzləri, xasiyyətləri, vərdişləri bir-birindən tamamilə fərqli olan insanlarla, hər sahədə yaxşı bir dialoq qurmuş, hamısının könülünü xoş tutmuş, hər birinə qarşı nəzakətli, anlayışlı, səbirli və gözəl bir rəftar göstərmişdir.

Peyğəmbər Əfəndimiz (s.ə.v)in evində yetişən və illərcə ona xidmət edən Hz. Ənəs (r.a), Peyğəmbərimiz (s.ə.v)in bənzərsiz nəzakətini belə izah etmişdir:
“Əshabələrinə gözəl ünvanlar verərdi. Hz. Əliyə “Əbu Turab”, bir başqa əshabəsinə “Əbu Hüreyrə” kimi ləqəblər vermişdi. Onlara şərəf qazandırmaq üçün, xoşlarına gələn adla çağırardı.”

“Kimsənin sözünü kəsməzdi, danışmasını yarıda buraxmazdı. Danışdığı adam sözünü bitirmədən yaxud getmək üzrə ayağa qalxmadan söhbətinə davam edərdi.”

Hz. İbrahimin qonaqpərvərliyi

Rəbbimizin Quranda xəbər verdiyinə görə, Hz. İbrahimə insan surətində gələn mələk elçilər onun evində qonaq olmuşlar:

(Ya Məhəmməd!) İbrahimin möhtərəm qonaqlarının (mələklərin) söhbəti sənə gəlib çatdımı? Onlar İbrahimin yanına gəlib salam verdikdə İbrahim salamı alıb (öz-özünə): “Bunlar tanımadığım kimsələrdir!”-dedi..” (Zariyat surəsi, 24-25)

Həqiqətən, elçilərimiz (mələklər) İbrahimin yanına müjdə (İshaqın anadan olacağı xəbəri) ilə gəlib: “Salam”—dedilər. İbrahim də: “Salam!”—deyə cavab verdi və dərhal (gedib onlara) qızarmış bir buzov gətirdi. (Hud surəsi, 69)

Görüldüyü kimi Hz. İbrahim, gələn qonaqların fərqli kəslər olduqlarını dərhal anlamışdır və buna görə də heç tanımadığı bu qonaqlarına qarşı çox üstün bir qonaqpərvərlik nümunəsi göstərmiş, dərhal çox gözəl ikramlar etmişdir. Hz. İbrahimin tanımadığı qonaqlarına dərhal ikramda olması, onun üstün əxlaqının bir təcəllisidir. İkramın, qonaqlardan bir tələb gəlmədən edilməsi, müsəlmanların nümunə götürmələri lazım olanincə düşüncə xüsusiyyətlərindən biridir. Hz. İbrahimin göstərdiyi incə düşüncə nümunələrindən bir başqası da, bu ikramı bildirmədən hazırlamasıdır:

O bir bəhanə ilə ailəsinin yanına getdi və kök bir buzov (kəsib qızardaraq) gətirdi. Onu qonaqların qabağına qoyub: ”Bəlkə yeyəsiniz!”—dedi. (Zariyat surəsi, 26-27)

Hz. Musanın etibarlılığı

Hz. Musa, firon və qövmünü tərk etdikdən sonra, Mədyənə doğru yönəlmişdi. Mədyən suyunda heyvanlarını sulaya bilməyən iki qadın gördü.

Qadınlar çobanlardan çəkinirdilər, bu səbəblə onların yanına gedib sahib olduqları sürünü sulaya bilmirdilər. Lakin, Hz. Musanın ayələrdə izah edildiyi üzrə, son dərəcə etibarlı və sadə bir görünüşü vardı. Bu səbəblə qadınlar onunla danışmaqdan çəkinmədilər. Qadınlar Hz. Musaya heyvanlarını sulamağa özlərinin getmək məcburiyyətində olduğunu çünki atalarının yaşlı bir adam olduğunu, ancaq çobanlar olduğu üçün sürülərini sulaya bilməyəcəklərini izah etdilər. Bunun üçünHz. Musa qadınlara kömək edib onların heyvanlarını suladı:

(Musa) Mədyən kənarındakı bir quyuya çatanda onun başında (heyvanlarını sulayan) bir dəstə adam və onlardan başqa (qoyunlarını özgə heyvanlara qarışmasın deyə) geri çəkən iki qadın (qız) görüb dedi: “Sizə nə olub (dərdiniz nədir)?” Onlar: “Çobanlar (heyvanlarını) sulayıb getməmiş biz (qoyunlarımıza) su vermirik. Atamız da ixtiyar bir qocadır (buna görə qoyunları sulamağa biz gətiririk)”, – deyə cavab verdilər.

(Musa) onlar üçün (yaxınlıqdakı başqa bir quyudan su çəkib qoyunlarını) suladı, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!” (Musa yeddi gün idi ki, çöldəki otlardan başqa yeməyə bir şey tapmırdı. Buna görə də Allahdan yemək üçün bir ruzi dilədi). (Qəsəs surəsi, 23-24)

Burada Hz. Musanın nəzakətli, incə düşüncəli və kömək sevər xarakterinin bir nümunəsini görürük. Diqqət yetirilsə bu hadisədə Hz. Musa, heç tanımadığı iki adamla gedərək onlarla dialoq qurmuş, onlara köməkçi olmuş və hörmətlərini qazanmışdır. Digəryandan ayədə “çobanlar” olaraq təyin olunan kəslərin isə Hz. Musanın tam əksi istiqamətdə bir rəftar göstərdikləri aydın olur. Qadınlar, Hz. Musa ilə dialoq qura bilmələrinə baxmayaraq, bu kəslərin yanına belə yaxınlaşmamışlar. Haqqında danışılan kəslər; xarici görünüşünə görə etibarsızşəxslər ola bilər. (Ən doğrusunu Allah bilir).

Demək ki, bir müsəlmana yaraşan rəftar, ayədə “çobanlar” olaraq təsvir edilən bu kəslərə bənzər rəftarlardan tamamilə uzaq olmaq, digəryandan Hz. Musanı nümunə alaraq çox nəzakətli, incə düşüncəli, haldan anlayan, sadə, hər kəsin dərhal etibar edəcəyi, üslub və rəftar göstərməkdir.

Hz. Süleymanın estetika (gözəllik) anlayışı

(Bir gün) axşamüstü ona cins (bir ayağını dırnağı üstünə qoyub, üç ayağı üstündə duran), çapar atlar göstərildiyi zaman O dedi: “Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən (Tövratdan) dolayı sevirəm (çünki Allahın dinini qüvvətləndirmək üçün bir cihad vasitəsi kimi onların tərifi Tövratda mövcuddur). Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi. (Və ya: bu atlara olan məhəbbəti məni Rəbbimin zikrindən yayındırdı. O qədər onlara tamaşa etdim ki, ikindi namazı qıla bilmədim)”. (Sad surəsi, 31-32)

Din əxlaqının gətirdiyi gözəlliklərdən uzaq olan insanların çoxu, içinə bağlı, ətrafındakı hadisələrə və varlıqlara qarşı laqeyd yanaşaraq, əhəmiyyətli hesab etməz bir xarakter göstərərlər. Halbuki Hz. Süleymanın xarakterində açıqca görüldüyü kimi, müsəlman, ətrafındakı gözəlliklərə qarşı son dərəcə həssas, gözəllik, estetik və sənətdən zövq alan, incə düşüncəli bir insandır. Allahın nemətlərini dərk edir və bunlardan zövq alıb şükür etməyi bilər.

İman etməyən bir cəmiyyətdə kişi xarakteri

Lağ edən, incidici və sadə zarafatlar.
Hikmətsiz və boş danışmalar.
Soyuq və donuq danışma üslubu.
Müzakirəçi və davakarbir quruluş.
Səmimiyyətsiz, süni mimikalar.
Həmişə özündən bəhs etmə, özünü tərifləmə.
Pessimist, şikayətçi üslub.
Nəfsinin istəklərinə boyun əyən.
Ədaləti öz mənfəətləri ölçüsündə güdən .
Aqressiv və əsəbi hərəkətlər.
Kobud, mədəniyyətsiz, güvən verməyən rəftarlar.
Məsuliyyətsiz və şüursuz davranışlar.
Eqoist, mənfəətçi, qarşılıq gözləyən bir anlayış.
Qürurlu, eqoist.
Qadınları bir əşya kimi görmə və alçaltma.
Tənqidə və dəyişməyə bağlı.
Estetik anlayışdan məhrum, təmizlikdən uzaq.

Mömin kişi xarakteri
Qarşılıqlı zarafatlar, tərifləyici sözlər.
Allahı xatırladan faydalı danışmalar.
Gülərüzlü, səmimi üslub.
Birlik və sülhsevərquruluş.
Təbii mimikalar.
Başqalarını tərifləmə.
Ümidvar, müjdələyici üslub.
Vicdanla hərəkət edən.
Hər vəziyyətdə ədalətli olan.
Sakit və ölçülü hərəkətlər.
Nəzakətli, incə düşüncəli, inam verici rəftarlar.
Məsuliyyətli və şüurlu davranışlar.
Fədakar, qarşılıqsız yaxşılıq edən bir anlayış.
Təvazökar və mülayim.
Qadınlara dəyər vermə və hörmət etmə.
Tənqidə və dəyişməyə razı olan.
Estetik, müasir.
Təmizkar insan.

NƏTİCƏ

Dünyanın əmin-amanlıq və sülhü üçün vacibolan, Peyğəmbərlərin əxlaqıyla inanclı və gözəl xasiyyətli nəsillər yetişdirməyə cəhd göstərmək lazımdır. Bu məqsədlə yeniyetməlik çağında olan uşaqlara başda Peyğəmbərimiz (s.ə.v) olmaq üzrə bütün Peyğəmbərləri Quranda izah edilən üstünlükləri ilə tanıtmaq, Quran əxlaqının ehtiyacıolan gözəl davranışları nəsihət etmək lazımdır. Bu mövzuda ailələr başda olmaq üzrə, təlimçilər, jurnalistlər, yazıçılar və televiziyaçılara əhəmiyyətli məsuliyyətlər düşməkdədir. Müasir, inanclı, vətənpərvər, əxlaqlı, dürüst nəsillərin yetişməsi həm cəmiyyətlərin həm bütün dünyanın rifahı üçün mütləq zərurətdir.

http://meqaleler.blogspot.com/


more post like this