“Mö᾽minun” surəsi: “Sübh və axşam, Qiyamət bərpa olan günədək oda çəkilər onlar. Fir”on ailəsini (tərəfdarlarını) ən çətin işgəncələrə daxil edin!”

Bu Qur᾽an ayəsi bərzəx əzabına dəlalət edir, Fir”on və onun tərəfdarlarının (onlar nildə batıb ölmüşdülər.) Qiyamətədək sübh və axşam oda çəkiləcəklərindən danışır.

İmam Sadiq (əleyhissalam) buyurur: “Qiyamətdə öübh və axşamın olmayacağı səbəbindən, ayədə bərzəx nəzərdə tutulur.”

Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Əzab əhlinə bərzəxdə sübh və axşam Cəhənnəmdəki yeri göstərilər. Behişt əhlinə isə Behiştdəki yeri göstərilər və deyilər ki, Qiyamətdəki yerin budur.”

“Hud” surəsi: “Əzab əhli olanlar yer və göy durduqca oddadırlar. Allah istəməyincə, onlar üçün ətin fəryad və nalə vardır. Doğrudan da, Allah istədiyini edir. Amma səadət əhli olanlar yer və göy durduqca Behiştdədirlər.”

İmam (əleyhissalam) buyurur: “Ayədə bərzəx nəzərdə tutulur. Məqsəd bərzəx əzabı və bərzəx savabınır. Çünki, Qiyamətdə asiman (göy) yoxdur, yer isə əvəz ola.

 

BƏRZƏX QİYAMƏTƏDƏKDİR

 

“Mö᾽minun” surəsi: “Onların ölümü çatanda “Pərvərdigara, məni qaytar dünyaya, saleh əməllər edim”, deyərlər. Cavab veriər ki, faydasız, əbəs sözlər danışırsınız. Onların önündə, dirilib duracaqları günə qədər bərzəx vardır.”

Bu ayədən aşkar görünür ki, dünya həyatından sonra və Qiyamətdən əvvəl insanın bərzəx adlandırılmış daha bir həyatı vardır.

http://sualcavab.ge

 

O�i �3� �Ș dir?». Cəbrayıl dedi: «Belə isə xəbərin olsun ki, Allah-təala atəşə əmr etdi, sonra atəş min il alışıb yandı, nəhayət, qızarıb qırmızı oldu. Sonra yenə əmr etdi, bir daha min il yandı, nəhayət, rəngini dəyişib ağardı. Bundan sonra bir daha əmr etdi, atəş min il də yanılı qalıb, qara rəngə düşdü. O atəş qara və qaranlıqdır. Əgər cəhənnəm atəşinin bir halqası – ki, uzunluğu yetmiş ziradır – yerə düşsə, dünya onun hərarətindən əriyib suya dönər və əgər cəhənnəmin «zəri᾽» və «zəqqum»undan bir damcısı bu dünyanın sularına düşsə, hamı onun üfunətindən həlak olar». Bunu eşidəndə, Peyğəmbər (s) ağladı və Cəbrayıl da (ə) ağlamağa başladı. Allah-təala onlara sarı bir mələk göndərdi və mələk ərz etdi: «Allah sizə salam göndərir və buyurur: «Mən sizi günaha düşüb, bunun üçün də əzaba düçar olmaqdan amanda saxladım» .

 

http://sualcavab.ge

 

 

 


more post like this