967. Eşidən qulaqların dəyəri

3119. İmam Əli  (ə):«Əgər danışan alim deyilsənsə, qulaq asıb eşidənlərdən ol.»[1]

3120. İmam Əli (ə):«Bilin ki, ən yaxşı eşidən qulaq, öyüd-nəsihəti eşidən və qəbul edəndir.»[2]

 

968. Söz eşitməyən qulaq

Quran

«Və dedilər:«Əgər eşitsəydik ya düşünsəydik Cəhənnəm əhlindən olmazdıq.»[3]

Hədis

3121. İmam Əli (ə):«Hər qəlbi olan ağıllı, hər qulağı olan eşidən və hər gözü olan görən olmaz.»[4]

 

969. Yaxşı eşitmək

3122. İmam Əli  (ə) :«Öz qulağına yaxşı eşitməyi adət etdir və sənin islah olmağına, paklığına bir şey artırmayan sözlərə qulaq asma.»[5]

3123. İmam Əli (ə):«Allahı xatırlayanı eşidənin özü Allahı yad edəndir.»[6]

3124. İmam Əli (ə):«Kim yaxşı qulaq assa, tez faydalanar.»[7]

 

970. Qulağın vəzifələri

Quran

«Bilmədiyin şeyin ardınca getmə. Çünki qulaqdan, gözdən, ürəkdən (bunların) hamısından soruşulacaqdır.» [8]

Hədis

3125. İmam Əli (ə):«(Allah-taala) Qulağa onunla haram eşitməməyini vacib etdi.»[9]

Mizanul-hikmətin xülasəsi 1-ci cild



[1] Ğurərul-Hikəm,hədis 4090

[2] Nəhcül-Bəlağə, xütbə 105

[3] Mülk, ayə 10

[4] Nəhcül-Bəlağə, hikmət 88

[5] Ğurərul-Hikəm,hədis 6234

[6] Ğurərul-Hikəm,hədis 5579

[7] Ğurərul-Hikəm,hədis 9243

[8] İsra, ayə 36

[9] Nurus-Səqəleyn, c.1,səh. 564, hədis 628


more post like this