islamic mənbələri

    1. home

    2. article

    3. Qorxaqlıq

    Qorxaqlıq

    Qorxaqlıq
    Rate this post

     

    322.Qorxaqlıq

    1044.İmam Əli (ə):«Qorxaqlıq çatışmazlıqdır.»[1]

    1045.İmam Əli (ə):«Qorxaqlıq, hərislik və simiclik eyb və nöqsan kimi sifətlərdən pak, uzaq olan Allaha qarşı bədgümanlıqdan yaranan pis xislətlərdir.»[2]

    1046.İmam Əli (ə):«Qorxaqlıqdan uzaq olun ki, o, ar və nöqsandır.»[3]

    1047.İmam Əli (ə):«Çox qorxaq olmaq ruhun acizliyi və yəqinin süstlüyündəndir.»[4]

    1048.İmam Həsən (ə) «qorxaqlıq nədir?» sualının cavabında: «Dosta qarşı cəsarətli olmaq və düşmənin qabağından qaçmaq.»[5]

     

    323.Qorxaq müharibə

    1049.Allahın Peyğəmbəri (s): «Qorxağın iki əcr və savabı var.»[6]

    1050.İmam Əli (ə):«Tez qaçacağına görə qorxağın müharibəyə getməsi rəva deyil. Əksinə, nə ilə vuruşmaq istəməsinə baxmalı və onu başqasının ixtiyarına verməlidir. Belə olan halda həmin döyüşçünün əcr və savabı qədər savab qazanar və onun (döyüşçünün) əcrindən də heç nə azaldılmaz.»[7]

     

     

     

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     



    [1] Nəhcül-Bəlağə, hikmət 3

    [2] Ğurərul-Hikəm, hədis 1837

    [3] Ğurərul-Hikəm, hədis 2582

    [4] Ğurərul-Hikəm, hədis 5773

    [5] Tuhəful-Uqul, səh.225

    [6] Kənzul-Ummal, hədis 11298

    [7] Biharul-Ənvar, c.100, səh.49, hədis 16