İslam dini qonaqpərvər olmağa xüsusi əhmiyyət verən bir dindir. Həzrət Peyğəmbər (s) buyurur: “Qonaqlar, behişt yolunu göstərənlərdir”.
Qonağa ehtiram göstərmək o qədər əhəmiyyətlidir ki, səma hədiyyəsi kimi tanıdılmışdır. Peyğəmbər (s) buyurur: “O zaman ki, Allah bir topluma yaxşılıq etməyə iradə edər, onlara bahalı hədiyyə göndərər”. Soruşdular: “Nə hədiyyə?”. Buyurur: “Qonaq, öz ruzisi ilə gələr. Ailənin günahını özü ilə aparar”.
Ancaq qonağı necə qarşılamalıyıq? İslam dini bu sahədə təmtəraqdan qaçmağı tövsiyə edir. İslam dini sadə olmağı məsləhət görür. Buyurur ki, ev sahibi olanlarını qonaqdan əsirgəməməlidir və qonaq da ondan artığının intizarını çəkməməlidir.
Salman Farsi Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Qonağımıza görə malik olmadığımız şeylər üçün sıxıntı keçitrməyək və olanları da əsirgəməyək”.
Qonaq Allah tərəfindən bir hədiyyədir və Peyğəmbərin (s) bizə göndərdiyi bir sovqatdır. Ona görə də onu əziz tutub, ona hörmət etmək lazımdır. Həzrət Peyğəmbər (s) buyurur: “Qonağın haqqı budur ki, onu evin qapısına qədər ötürəsən”.
Bəzən qonaqlarımız utancaq insanlar olurlar. Ona görə də İslam dini bizə əmr verir ki, onlardan yemək haqqında soruşmayaq. Bəlkə yemək süfrəsi açıb, onu süfrəyə dəvət edəsən. Əgər meyli olsa, yesin. İmam Sadiq (ə) buyurur: “O zaman ki, qardaşın evinə gələr, ona bu gün yemək yediyi haqqında sual vermə. Nəyin var, onun üçün hazır et. Çünki həqiqi səxavət sahibi o kəsdir ki, nemətdən nəyi varsa, əsirgəməsin”.
Qonağın isə vəzifəsi budur ki, ev sahibinin hazırladığı yeməyi pisləməsin və təhqir etməsin. Çünki Allahın neməti hər nə olarsa, əziz və möhtərəmdir.
İmam Sadiq (ə) buyurur: “Qonaq qardaşının hazırladığı şeyi kiçik hesab edərsə, yolunu azmışdır. Həmçinin o qonaq ki, yanında hazırlanan şeyi kiçik hesab edərsə, yolunu azmışdır”.
Ev sahibinin qonağa görə məsuliyyətləri olduğu kimi qonağın da məsuliyyəti vardır. Qonaq ev sahibinin dediklərinə əməl etməlidir. Misal üçün oturmağa haranı münasib bilsə ona əməl etməlidir.
İmam Sadiq (ə) buyurur: “O zaman ki, sizlərdən biriniz müsəlman qardaşın evinə daxil olarsınız, ona harada oturmağı təklif etsə, orada otursun. Çünki ev sahibi öz mənzilinin vəziyyətinə və aşkar olmasını istəmədiyi yerlərə daha çox tanışdır”.
Beləliklə, deyə bilərik ki, qonaq Allahın hədiyyəsidir, ona görə də onu əziz tutaq və hörmət edək. Evimizdə olan nemətləri qarşısına qoyub, ona qulluq edək.

http://sualcavab.ge/


more post like this