801. Sileyi-rəhm (Qohumluq əlaqələrini saxlamaq)

2535. Allahın Peyğəmbəri (s):«Sileyi-rəhmin savabı istənilən digər xeyir əməlin savabından tez çatar.»[1]

2536. Allahın Peyğəmbəri (s):«Sileyi-rəhmi yerinə yetirmək üçün (hətta əgər olubsa) bir illik yolu qət et.»[2]

 

802. Sileyi-rəhmin səmərələri

2537. Xanım Fatimeyi Zəhra (ə):«Allah-taala sileyi-rəhmi şəxslərin saylarının artması üçün qərar vermişdir.»[3]

2538. İmam Hüseyn (ə):«Kim ölümünün tə‘xirə salınmasını və ruzisinin artmasını istəyirsə sileyi-rəhmi yerinə yetirsin.»[4]

2539. İmam Baqir (ə):«Sileyi-rəhm əməlləri və var-dövləti artırar, bəlanı qaytarar, Qiyamət gününün hesabını asanlaşdırar, ölümü tə‘xirə salar.»[5]

2540. İmam Baqir (ə):«Sileyi-rəhm əxlaqı və xasiyyəti gözəlləşdirər, əli açıq edər, ruhu paklaşdırar, ruzini artırar, əcəli yubadar»[6]

2541. İmam Hadi (ə):«Allah-taala Musa ibn İmranla (ə) danışanda Musa (ə) ərz etdi:«Sileyi-rəhm edənin mükafatı nədir?» Allah buyurdu:«Ey Musa! Onun ölümünü tə‘xirə salaram, can verməyin çətinliklərini onunçün asanlaşdıraram.»[7]

 

803. Əlaqəni kəsən ilə əlaqə yaratmaq

2542. Allahın Peyğəmbəri (s):«Qohumun səninlə əlaqəni kəssə də, sən onunla əlaqəni qırma.»[8]

2543. İmam Hüseyn (ə) :«Hamıdan çox sileyi-rəhm edən şəxs, əlaqəni kəsən qohumu ilə əlaqəni bərpa edəndir.»[9]

 

 

 

804. Qohumluq əlaqəsini kəsməkdən çəkindirmək

Quran

«Əgər hakimiyyətə yetişsəniz, yer üzündə fəsad törədib qohumluq əlaqələrini kəsərsinizmi? Bunlar Allahın Lənətlədiyi və qulaqlarını kar, gözlərini kor etdiyi kəslərdir.»[10]

Hədis

2544. Allahın Peyğəmbəri (s):«Allahın rəhməti, aralarında qohumluq əlaqəsini kəsən şəxs olan xalqa nazil olmaz.»[11]

2545. İmam Əli (ə):«İnsanlar sileyi-rəhmi kəsdikdə sərvətlər fəsad törədənlərin əlinə keçər.»[12]

2546. İmam Sadiq (ə):«Ölümü və məhvi tezləşdirən günahlardan biri də sileyi-rəhmi kəsməkdir.»[13]

 

805. Sileyi-rəhmin ən az həddi

2547. Allahın Peyğəmbəri (s):«Bir salamla olsa da, sileyi-rəhmi yerinə yetirin.»[14]

2548. İmam Sadiq (ə):«Hətta, əgər bir qurtum su içirtməklə olsa da, qohumuna sileyi-rəhm et. Ən yaxşı sileyi-rəhm qohumu incitməməkdir.»[15]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] əl-Kafi, c.2,səh.152 , hədis 15

[2] Biharul-Ənvar, c.74,səh.103 , hədis61

[3] Biharul-Ənvar,səh. 94 , hədis23

[4] Biharul-Ənvar,səh. 91 , hədis15

[5] əl-Kafi, c.2,səh. 150 , hədis4

[6] əl-Kafi, c.2,səh. 152 , hədis12

[7] Əmali-Səduq,səh.173 , hədis8

[8] əl-Kafi, c.2,səh. 347, hədis6

[9] Biharul-Ənvar, c.74,səh.94 , hədis41

[10] Muhəmməd, ayə 22,23

[11] Kənzul-Ummal,hədis 6998,

[12] əl-Kafi, c.2,səh. 348 , hədis8

[13] Biharul-Ənvar, c.74,səh. 94 , hədis23

[14] Tuhəful-Uqul,səh. 57

[15] əl-Kafi, c.2,səh.151 , hədis9


more post like this