Qohumluqları çatan ər-arvadın evliliyi nəticəsində dünyaya gələn uşaqların şikəst olduğu proqnozunun mütəxəssis və bioloqlar tərəfi ndən əsassız olduğu açıqlanmışdır və belə bir işin zərərsiz olduğu vurğulanmışdır. Qohumlararası evliliyin zərərsiz olduğu sübut edilib. Ata-ananın vücudunda hər-hansı bir şikəstlik, xəstəlik və ya (anadangəlmə) nöqsan olmadığı halda bu evlilikdən meydana gələn uşaqlarda da bu kimi çatışmamazlıqlar ola bilməz. Qohumlararası evlilik problemini araşdıran mütəxəssislər həyata keçirdikləri tədqiqatlar nəticəsində belə evliliklərin zərərsiz olduğunu açıqlayıblar. Bu sahə üzrə mütəxəssis doktor Atoklayn Berk bunları söyləyir:

“…Mən qohumlararası evliliyin problemsiz olduğunu düşünürəm. Həmçinin qohumlararasında hər hansı bir xəstəlik və ya anadangəlmə şikəstlik olmadığı halda belə evlilikdən qorxmaq lazım deyil. Bu tip evliliklərdə ata-ananın sağlamlığı çox mühümdür. Belə olduqda dünyaya gələn uşağın sağlamlığında da hər hansı bir çatışmamazlıq ola bilməz. Bunu da deyim ki, şəxsən mən özüm qohumlararası evliliyin zərərliolduğunu söyləyənlərə qarşı çıxıram…” Bəli, bu gün qohum olan şəxslərin evlilikləri nəticəsində dünyaya gələn uşaqlar arasında anadangəlmə kor, şikəst, lal və s. rast gələ bilərik. Lakin, mütəxəssislərin də təsdiq etdiyi kimi, bunun əsl səbəbi qohumluqda deyil, əksinə, ata-ananın səhlənkarlığı və xətasındadır. Belə ki, səbəbsiz yerə “bu ancaq qohumlararası evlilikdəndir” demək yersizdir. Bu sahə üzrə mütəxəssislərin bir çoxları qohumlararası evliliklərə qarşı çıxan şəxslərin fi kirlərinin əsassız olduğunu vurğulayaraq, belə deyirlər: “Biz qohumluğu çatan şəxslər arasında evlənmək istəyənlərə dostcasına evlənmədən öncə mütəxəssis bir həkimə müraciət etmələrini tövsiyə edirik. Çünki korlar məktəbində tələbələr arasında apardığımız statistik araşdırmalar nəticəsində iki yüz tələbədən ən azı yüzündə bu qüsurun səhlənkarlıqdan qaynaqlandığını müşahidə etdik.

Əgər vaxtında mütəxəssis bir həkimə müraciət olunsaydı, bu kimi xoşagəlməz hadisələr də meydana çıxmazdı…” Qohumlararası evlilik nəticəsində dünyaya gələn bir çox şəxslərin həyatlarının sonunadək fiziki və ruhi cəhətdən sağlam olduqlarının də şahidi oluruq. Bəzi mütəxəssislər qüsurlu doğulan uşaqların şikəstliklərinin səbəbini qohumlararası evlilikdə görürlər. Lakin bu, səhv bir fi kirdir. Çünki qohum olmayan insanlardan dünyaya gələn uşaqlar arasında da şikəst və qüsurlu olanlar var. Deməli, bu kimi hadisələrdə əsas səbəbkar bəzən ataananın özləri olurlar. Çünki qədim zamanlardakı və indiki ailələrin vəziyyətini diqqətlə araşdırsaq görərik ki, həm qohumluğu çatan, həm də qohum olmayan şəxslərin evlilikləri nəticəsində qüsurlu uşaqlar dünyaya gələ bilir. Bu da ortaya atılan fikirlərin əsassız olduğunu sübuta yetirən açıq bir dəlildir. Diqqət edin! Valideynlərin övladlarını evləndirərkən diqqət edəcəkləri məsələlərdən biri də ailə quran tərəfl ərin sağlam olmalarıdır.

iman.ge

/Deyerler.org/


more post like this