Sual: 82. Yoldaşım qızıl və zinət əşyaları alıb, mənə bağışlayır. Lakin bir neçə il istifadə etdikdən sonra onları satıram. Satılmış əşyaların puluna xüms düşürmü?

Cavab: İmam (r), Xamenei, Məkarim, Fazil, Təbrizi, Sistani və Vəhid: Satılmış əşyanın puluna heç bir halda xüms düşmür.

Sistani, Safi və Nuri: Alış qiyməti ilə satış qiymətinin fərqinin miqdarı ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda, ona xüms düşür.

Behcət: Əgər satılmış əşyanın pulu xüms ilindən artıq qalarsa, vacib ehtiyata əsasən ona xüms düşür.

Sual: 83. Qadının öz gəlirindən alıb bəzəndiyi zinət əşyalarına və qızıla satıldıqdan sonra xüms düşürmü?

Cavab: İmam (r): Əgər həmin ildə (alış ili) satılarsa, xüms ilindən artıq qalan pulun xümsü verilməlidir. Əgər sonrakı illərdə satarsa dərhal onun xümsünü verməlidir.

Nuri: Əgər həmin il (alış ili) satılarsa, xüms ilindən artıq qalan pulun xümsü verilməlidir. Əgər sonrakı illərdə satılarsa, onun puluna xüms düşmür.

Fazil: Əgər həmin il (alış ili) satılarsa, xüms ilindən artıq qalan pulun xümsü verilməlidir. Əgər sonrakı illərdə satılarsa (alış və satış qiymətinin fərqinin miqdarı) ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda xümsü verilməlidir.

Sistani və Safi: Əgər həmin il (alış ili) satılarsa, xüms ilindən artıq qalan pulun vacib ehtiyata əsasən xümsü verilməlidir. Əgər sonrakı illərdə satılarsa (alış və satış qiymətinin fərqinin miqdarı) ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda xümsü verilməlidir.

Xamenei və Məkarim: Onun satış puluna heç bir halda xüms düşmür.

Behcət: Satış pulu xüms ilindən artıq qalarsa, vacib ehtiyata əsasən xümsü verilməlidir.

Təbrizi: Alış və satış qiymətinin fərqinin miqdarı ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda, onun xümsü verilməlidir.

Vəhid: Alış və satış qiymətinin fərqinin miqdarı ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda, vacib ehtiyata əsasən, onun xümsü verilməlidir.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this