İmam Baqir (ə) buyurdu: Bir kəs “La uqsimu” (Qiyamət) surəsini oxumağı davam etdirib, ona əməl etsə, Allah onu qəbirdən Rəsulu (s.ə.v.v) ilə çox gözəl çöhrədə qaldırar. Ona müædə və muştuluq verər, üzünə təbəssüm edib axırda onu sirat körpüsündən və mizan tərəzidən keçirər.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs Qiyamət surəsini oxusa, Qiyamətdə mən və Cəbrail (ə) onun üçün şəhadət verərik ki, həqiqətən o Qiyamət gününə iman gətirmişdir. Çöhrəsi başqasının sifətindən çox gözəl olan halda gələr.
Bu surəni oxumaq qəlbin qüvvətlənməsinə səbəb olar.
Həzrət Sadiq (ə) buyurdu: Qiyamət surəsini oxumaq qəlbi kövrəldər, insanı iffətli olmağa cəlb edib onu günahdan qoruyar. Hər kəs onu oxusa, padşahdan qorxmaz. Gecə və gündüz bəlalardan qorunar.


more post like this