(Tebyan saytına istinadən)

 

Əmanətdarlıq, adil rəftar və ayrı-seçkilikdən uzaq olmaq – imanın nişanəsidir. Hədislərin birində oxuyuruq: “İnsanların uzun rüku və səcdələrinə baxmayın, bəlkə onların düz danışmaqlarına və əmanətdarlıqlarına baxın”.

 

Cəmiyyətin xoşbəxtlik açarı onun başında layiqli və adil insanın olmasıdır. İctimai nizamsızlığın səbəbi zalım hakimiyyətin olmasıdır.

 

Həzrət Əmirəlmöminin (ə) buyurur: “Hər kim cəmiyyətdə ondan da layiqli insanların olduğunu bildiyi halda özünü başqasından üstün bilərsə, rəhbər olarsa – şübhəsiz ki, o, Allaha, Peyğəmbərinə (s) və möminlərə xəyanət etmiş olar”.

 

Əmanətə xəyanət etmək – elmi gizlətmək, insanların malına xəyanət etmək, Allahsız bir rəhbərə itaət etmək və əxlaqsız bir həyat yoldaşı seçmək deməkdir.

 

İmam Baqir (ə) və İmam Sadiq (ə) buyurur: “Allahın əmr etdikləri və qadağan etdikləri İlahi əmanətdir”. İmam Sadiq (ə) buyurur: “Allah əmr etmişdir ki, yanında olan hər bir əmanəti özündən sonrakı İmama tapşırsın”.

 

Əmanət üç cür olur:

 

1. İnsanla Allah arasında (insanlara təyin edilmiş vacibatlar).

 

2. İnsanla başqaları arasında (insanların yanında olan mal və sirləri).

 

3. İnsanla özü arasında (elm, ömür bizim əlimizdə olan əmanətdir).

 

 

 

Qiyamətin sualları:

 

Qiyamət günü bir neçə şeydən sual olunacaqdır.

 

1. Nemətlərdən: Vilayət və rəhbərlik də nemət sayılır.

 

2. Qurandan və Əhli-beytdən (ə). Peyğəmbər (s) buyurur: “İnsanlarlardan soruşulacaqdır ki, Mənim Quranım və əhli-beytimlə (ə) necə rəftar etmisən?”

 

3. Rəftar və əxlaq haqqında.

 

4. Əza və bədən üzvləri haqqında.

 

5. Peyğəmbərləri (ə) qəbul edib-etmədiyindən.

 

6. Ömrünü və cavanlığını necə keçirtmişdir.

 

7. Gəlirindən. Hədislərin birində oxuyuruq: “Qiyamət günü insan dörd şeydən xüsusilə sorgu-sual olunacaqdır: ömrünü və cavanlığını necə keçirtmişdir, malını necə əldə etmişdir və hansı yolda xərcləmişdir”. (deyerler)

 

http://sualcavab.ge

 

 

 

 

 


more post like this