DİŞLӘRİN YUYULMASI
Peyğəmbər (s) buyurur:
«Cəbrail (ə) dişlərin yuyulmasını mənə o qədər tə᾿kidlə tövsiyə edərdi ki, güman edərdim bu dinin vacib olan hökmlərindəndir».
İmam Sadiq (ə) buyurur:
«Dişləri yumaq peyğəmbərlərin gözəl adət-ən᾿ənələrindəndir».
Peyğəmbər (s) buyurur:
«Әgər mənim ümmətimə çətin olmasaydı, namaz üçün dəstəmaz aldıqları zaman dişlərini yumağı onlara vacib edərdim».
Başqa bir hədisdə buyurur:
«Diş yuyulduqdan sonra qılınan namaz, dişlər yuyulmadıqdan sonra qılınan yetmiş beş namazdan daha fəzilətlidir».
Peyğəmbər (s) Әli (ə)-a etdiyi tövsiylərinin birində buyurur: «Namazdan əvvəl hər dəfə dəstəmaz aldığın zaman dişlərini yu».
Başqa bir yerdə buyurur:
«Dişləri yumaq dəstəmazın bir hissəsi, dəstəmaz isə imanın bir hissəsi deməkdir».
«Ağızlarınızla Qur᾿an qiraət etdiyiniz üçün vaxtaşırı dişlərinizi yuyun».
«Ağızlarınızı təmiz saxlayın, çünki onunla Qur᾿an qiraət edirsiniz».
Səhabələrə xitab edərək buyurur:
«Qur᾿anın yolunu təmiz saxlayın». Səhabələrdən biri Qur᾿anın yolu hansıdır?-soruşduqda buyurur: «Ağızlarınız». Daha sonra nə ilə təmizlənməsini soruşduqda buyurur: «Diş fırçaları ilə».
Başqa bir hədisdə buyurur:
«Ağızlarınız Allah yollarından biridir. Allahın ən sevdiyi, gözəl olan yollardır (ağızlardır). Elə isə bacardığınız qədər ağız və dişlərinizi təmiz saxlayın».
Peyğəmbər (s) səhabələrdən birinə müraciət edərək buyurur: «Nə üçün mənim yanıma gəldiyiniz zaman dişlərinizi qara görürəm?! Onları yumaqla təmizliyinizə diqqət yetirin».
DİŞ FIRÇASININ MÜSBӘT XÜSUSİYYӘTLӘRİ
Peyğəmbər (s) Әli (ə)-a xitab edərək buyurur: «Ey Әli! Dişləri yumağın insana on iki xeyri var: Həm sünnəmə riayət olunur, həm də ağız təmiz saxlanmaqla gözün görmə qabiliyyəti güclənir. Həmçinin Allahı razı salır, dişləri ağardır, ağızın natəmizliyini aradan aparır, damağı bərkidir, iştahanı gücləndirir, xeyirxahlığı çoxaldır və nəhayət mələklərin sevincinə səbəb olur».
Әli (ə) buyurur:
«Dişləri yumaq Peyğəmbərin (s) sünnələrindən biridir. Bu gözəl sünnəyə əməl etməklə həm Allahın razılığına nail olmaq olur, həm də ağızın təmizliyinə».
Başqa bir yerdə buyurur:
«Dişləri yumaq gözün görmə qabiliyyətini artırır».
İmam Sadiq (ə) buyurur:
«Dişlərinizi yuyun, çünki bu sinədəki vəsvəsənin aradan getməsinə səbəb olur».
İmam Riza (ə) buyurur:
«Dişləri yumaq görmə qabiliyyətinin güclənməsinə, saç və tüklərin çıxmasına və gözün sulanmasının qarşısını almağa səbəb olur».
Diş yumağın başqa bir müsbət xüsusiyyəti haqda Peyğəmbər (s) buyurur: «Dişləri yumaq fəsahətliliyi daha da artırır».
DİŞLӘRİ NECӘ YUMALI
Peyğəmbər (s) bu haqda buyurur:
«Dişlərinizi uzununa deyil, eninə fırçalayın».
Rəvayətlərdən birində deyilir: «Peyğəmbər (s) dişlərini hər gecə gündüz üç dəfə uzununa deyil, eninə fırçalayardı. O, dişlərini adətən yatmazdan əvvəl, sonra və namaz qılmazdan əvvəl təmizləyərdi».
Peyğəmbər (s) buyurur:
«Oruc tutan zaman dodaqları quruyan şəxslər səhər (azandan əvvəl) və axşam çağı dişlərini yusun.»
«Səhər çağı və dəstəmaz almazdan əvvəl dişləri yumaq ən gözəl adət ən᾿ənələrdəndir».
Başqa bir hədisdə buyurur:
«Fürsət olmadıqda belə, heç olmasa üç gündən bir dişlərinizi yumağa çalışın».
TÜKLӘRİN QISALDILIB SӘLİQӘYӘ SALINMASI
Saç və bığın qısaldılması, saqqalın dibindən qırxılmaması və başın daranması islamın tövsiyə etdiyi ədəb-ərkan qaydalarındandır.
Peyğəmbər (s) buyurur:
«Bığ və burun tüklərini qısaldıb vaxtaşırı saçlarınızı darayın. Belə etməklə öz gözəlliyinizi qoruyub saxlamış olarsınız».
İmam Sadiq (ə) buyurur:
«Burun tüklərini qısaltmaq üzün görünüşünə xüsusi gözəllik və yaraşıq verir».
«Bığ tüklərinizi uzatmayın, çünki Şeytan oranı özünə sığınacaq edir».
İmam Sadiq (ə) buyurur:
«Bığlarını qısaltmayan kəs bizdən deyildir».
Peyğəmbər (s) buyurur:
«Bığlarınızı qısaldın, saqqalınızı uzadın və özünüzü yəhudilərə oxşatmayın».
Әli ibni Cə᾿fər deyir: Qardaşımdan (həzrət imam Musa Kazim (ə)) saqqalın qısaldılması haqda soruşduqda buyurdu:
«Yanaqlardan saqqalın qısaldılmasının heç bir nöqsanı yoxdur. Lakin qarşıdan qısaldılmamalıdır».
Qeyd etmək lazımdır ki, saqqalın qısaldılıb və ya uzadılmasının da müəyyən həddi vardır. İmam Sadiq (ə) bu haqda buyurur: «Saqqalınızı əlinizə alın, ovucunuzdan çıxanını qısaldın».
Başqa bir hədisdə buyurur:
«Saqqalın əlin içindən çıxanı cəhənnəm odunda olar». (Yə᾿ni, saqqal əlin içindən çıxacaq qədər böyük olmamalıdır».
Peyğəmbər (s) buyurur:
«Gözəl tük Allahın insanlara bəxş etdiyi gözəl örtükdür, elə isə onun qədrini bilin».
İmam Cə᾿fər Sadiq (ə) buyurur:
«Baş və üzün tükünü daramaq yoxsulluğu aradan aparır və bir çox xəstəliklərin qarşısını alır».
Peyğəmbərdən (s) nəql edərək buyurur:
«Baş və üzün tükünü daramaq vəba xəstəliyinin qarşısını alır».
İmam Riza (ə) Ә᾿raf surəsinin 31-ci ayəsi (Məscidlərə getdiyiniz zaman zinət əşyalarınızı da özünüzlə götürün) haqda buyurur:
«Zinət hesab olunan şeylərdən biri də namaz qılmazdan əvvəl daranmaqdır».
İmam Sadiq (ə) buyurur: «Peyğəmbərin (s) saçı qulaqlarının ucundan çox uzanmazdı».
DIRNAQLARIN TUTULMASI
Peyğəmbər (s) buyurur:
«Hər kim cümə günləri dırnaqlarını tutarsa, Allah-taala bütün ağrı və xəstəlikləri onun barmaqlarından uzaq və onları daim sağlam edər».
Səhabələrdən biri deyir: İmam Cə᾿fər Sadiq (ə)-dan ruzinin artması üçün mənə dua öyrətməsini xahiş etdim. İmam (ə) cümə günlərində bığ tüklərimi azaldıb, dırnaqlarımı tutmağı mənə tövsiyə etdi».
İmam Cə᾿fər Sadiq (ə) buyurur:
«Cümə günü dırnaqları tutmaq, cüzam və qotur kimi qorxulu xəstəliklərin qarşısını alır».
Başqa bir hədisdə buyurur: «Cümə günü bığ tüklərini qısaldıb dırnaqlarını tutan hər bir şəxs «Bismillah və əla sunnəti Muhəmməd və ali Muhəmməd» deyərsə, tutduğu hər bir dırnağın və kəsdiyi hər bir tükün müqabilində həzrət İsmayıl (ə) övladlarından bir qul azad etmiş savabı qazanmış olar».
Әlbəttə, nəzərdən qaçırmamalıyıq ki, nəql olunmuş rəvayətlərdə cümə gününə tə᾿kid olunması həmin günün əhəmiyyətindən və təmizliyə verilən diqqətdən irəli gəlir. Yə᾿ni, tük və dırnaqlar uzandıqda onların qısaldılmasının cümə gününə tə᾿xirə salınması heç də zəruri deyildir. Bu mətləbə dəlalət edəcək rəvayətlərdən birində deyilir:
İmam Musa Kazim (ə)-ın səhabələrindən biri ona müraciət edərək deyir: Bə᾿ziləri bığ tüklərinin və dırnaqların cümə günlərində qısaldılmasına tə᾿kid edirlər. İmam Kazim (ə) təəccüblənərək buyurur:
«Allah pak və münəzzəhdir! Onları istər cümə, istərsə də qeyri günlərdə qısaldıb təmizliyinizə diqqət yetirin.»
Lakin cümə günləri bığın və dırnaqların qısaldılması, ümumiyyətlə həmin gün təmizliyə riayət etməyin daha çox savabı vardır.
İmam Cə᾿fər Sadiq (ə)-ın səhabələrindən biri cümə günü bığ tüklərinin və dırnaqların qısaldılması haqda ondan soruşduqda buyurur: «Belə bir gözəl adətə vərdiş edən şəxslər gələn cüməyədək daim təmizlikdə olarlar».
Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə də deyilir: «Cümə və cümə axşamı günlərində bığ tüklərini və dırnaqlarını qısaldan şəxslər diş və göz ağrılarından amanda qalarlar».
İmam Sadiq (ə) dırnaqların necə tutulması haqda buyurur: «Cümə günü dırnaqlarınızı tutduqda sol əlinizin kiçik barmağından başlayıb sağ əlinizin kiçik barmağında qurtarın».
SUALLAR VӘ TAPŞIRIQLAR
1. Peyğəmbər (s) diş yuyulduqdan sonra qılınan namazın dəyər və əhəmiyyəti haqda nə buyurur?
2. Peyğəmbərin (s) diş yumaq haqda sadaladığı müsbət xüsusiyyətlərdən bir neçəsini əzbərdən deyin.
3. Dişlər nə zaman və necə yuyulmalıdır?
4. Mə᾿sum imamlar (ə) baş və üz tükləri haqda nə buyurmuşlar?
5. Mə᾿sum imamlar (ə) baş və üzün daranması haqda nə kimi tövsiyələr etmişlər?
6. İslam nöqteyi-nəzərindən dırnaqlar nə zaman və necə qısaldılmalıdır?
Din təlimləri kitabından…

 

 

 

 

 

 

 

 

 

 

 
QIRX YEDDİNCİ DӘRS-SӘLİQӘ VӘ TӘMİZLİK
ӘTİRLӘRDӘN İSTİFADӘ
Nəql olunmuş rəvayətlərdə mö᾿minlərə paltar və bədənlərinin səliqə və təmizliyinə diqqət yetirmələri ilə yanaşı, gözəl ətirlərdən istifadə etmələrinə də tə᾿kid olunmuşdur. Bu məzmunda nəql olunmuş bir çox rəvayətlərdə mö᾿minlərin, ətirlərdən istifadə etməsi məsləhət görülməklə yanaşı, böyük savaba nail olacaqları haqda da danışılmışdır.
Peyğəmbər (s) buyurur:
«Gözəl iy qəlbə güc verir».
«Әtir vurmaq peyğəmbərlərin gözəl adət ən᾿ənələrindən olmuşdur».
İmam Riza (ə) buyurur:
«Peyğəmbərlərin gözəl xüsusiyyətlərindən biri də gözəl ətirlərdən istifadə etmək olmuşdur».
İmam Sadiq (ə) buyurur:
«Həqiqətən Allah gözəllik və zinətləndirməyi sevər, qəmginlik və qaraqabaqlığı xoşlamaz. Allah-taala Öz bəndəsinə ne᾿mət bəxş etdiyi zaman onun əlamətlərini Öz bəndəsində görmək istər. Onun qəmgin və qaraqabaq görməsini isə əsla istəməz. İmam Sadiq (ə)-dan bunun necə olduğunu soruşduqda buyurur: «Paltarını təmizləyib, gözəl ətirlər vurmuş olsun və evinin divarlarını ağardıb tozunu alaraq səliqə-səhmana diqqət yetirsin. Həqiqətən gün batmazdan əvvəl həyəti işıqlandırmaq həm yoxsulluğa son qoyur, həm də ruzinin artmasına səbəb olur».
Peyğəmbər (s) buyurur:
«Dünyanızda məni sevindirən iki şey var: Ailə qurub gözəl ətirlərdən istifadə etməniz, gözlərimə nur verən isə namazdır».
Peyğəmbər (s) buyurur:
«Dörd şey peyğəmbərlərin gözəl adət ən᾿ənələrindən olmuşdur: Gözəl ətirlərdən istifadə etmək, ailə qurmaq, dişləri yumaq və vaxtaşırı hənadan istifadə etmək».
Başqa bir hədisdə buyurur:
«Mələklər gözəl ətirləri iylədikləri üçün mö᾿minlər bu gözəl sünnəni tərk etməməlidirlər. Elə isə cümə günlərində ətir vurmağı unutmayın».
İmam Cə᾿fər Sadiq (ə) buyurur:
«Gözəl ətirlərə nə qədər pul xərcələsəniz israfa yol vermiş olmazsınız».
İmam Musa Kazim (ə) buyurur:
«İnsan ətir vurmağı tərk etməməlidir. Әgər gündəlik ətirdən istifadə etməyə imkanı olmazsa, iki gündən bir, buna da qadir olmadıqda, heç olmasa həftədə bir dəfə ətirdən istifadə etməlidir».
İmam Cə᾿fər Sadiq (ə) başqa bir hədisdə buyurur: «Peyğəmbər (s) ətirə çörəkdən daha çox pul xərclərdi».
Әli (ə) buyurur:
«Bu bir həqiqətdir ki, Peyğəmbərə (s) ətir və ya şirniyyat şeyləri gətirdikdə heç vaxt onu geri qaytarmazdı».
Әnəs ibni Malik deyir:
«Peyğəmbər (s) sovqat olaraq gətirilən ətirləri geri qaytarmazdı.»
Səhabələrdən biri deyir: «İmam Sadiq (ə)-dan sovqat olaraq verilən ətrin geri qaytarılmaması haqda soruşduqda buyurur:
«Belə bir böyük hörməti geri qaytarmaq yaxşı iş deyildir».
EV VӘ ӘTRAF MÜHİTİN TӘMİZLİYİ
İslam dini paltar və bədənin təmizliyinə diqqət yetirdiyi kimi, ev, ətraf mühit və məişət əşyalarının da təmizliyinə böyük əhəmiyyət verir. İstər Peyğəmbər (s), istərsə də onun sadiq davamçıları olan Mə᾿sum imamlar (ə) bədən və məişət təmizliyinə xüsusi diqqət yetirmiş və müsəlmanlara bu məsələyə ciddi yanaşmalarına tə᾿kid etmişlər.
Belə ki, istər əxlaq və davranış, istərsə də ictimai və məişət nöqteyi-nəzərindən hər bir müsəlmanın həyat tərzi başqalarına örnək və nümunə olmalıdır.
Bütün bunlarla yanaşı, təmizliyə riayət olunması haqda nəql olunmuş hədis və rəvayətlərdə natəmizliyə yol verilməməsinə və bunun nəticəsində bir çox xəstəliklərin qarşısının alınmasına xüsusi diqqət yetirilmişdir. Bunun üçün də nəql olunmuş bir çox rəvayətlərdə hər hansı bir əməlin bir çox qorxulu xəstəliklərin qarşısının alınmasına işarə olunmuşdur. Bəlkə də rəvayətlərin bir çoxunda Şeytan deyildikdə, müxtəlif virus və mikroblar nəzərdə tutulur.
Peyğəmbərin (s) buyurduğu «Bığlarınızı çox uzatmayın ki, Şeytan orada özünə yer etməsin» – hədisini buna misal göstərmək olar.
Bunun üçün də əgər hər bir müsəlman öz məişət və ictimai həyatında Peyğəmbərin (s) və Mə᾿sum imamların (ə) tövsiyələrinə əməl etsə, ətraf mühitin və özlərinin sağlamlıqlarını tə᾿min edəcək və çox nadir hallarda xoşagəlməz hadisə və xəstəliklərlə qarşılaşmış olacaqlar.
Bu dərsimizdə ilk növbədə Mə᾿sum imamların (ə) ev və şəxsi əşyaların təmizliyinə riayət olunması haqda etdikləri tövsiyələrdən söhbət açacaq, daha sonra ətraf mühitin və ümumi yerlərin təmizliyinə riayət olunması barədə nəql olunmuş hədis və rəvayətlərin bir neçəsini gətirəcəyik.
Lakin hər şeydən əvvəl nəzərdən qaçırmamalıyıq ki, hər bir müsəlman fərdi təmizliyə riayət etməklə yanaşı, ətraf mühitin və başqalarının narahatçılığına səbəb olacaq natəmizliyə və hüquqlarının taptalanmasına da yol verməməlidir.
İmam Məhəmməd Baqir (ə) buyurur:
«Evi vaxtaşırı təmizləyib süpürgələmək yoxsulluğu aradan aparır».
İmam Cə᾿fər Sadiq (ə) buyurur:
«Qabların və evin təmizlənməsi ruzinin çoxalmasına səbəb olur».
Peyğəmbər (s) buyurur:
«Şeytan özünə sığınacaq tapmasın deyə, yeməkdən əvvəl əllərinizi sildiyiniz bulaşıq dəsmalları və evi süpürdükdən sonra toz və zibili qapının arxasında saxlamayın».
Başqa bir hədisdə buyurur:
«Şeytan özünə yer etdiyi üçün, istər axşam, istərsə də gündüz atılası zibili evlərinizdə saxlamayın».
Әli (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur:
«Yağlı əl dəstmallarınızı evlərinizdə saxlamayın, çünki Şeytan orada özünə sığınacaq tapır».
Həmçinin Peyğəmbər (s) buyurur:
«Şeytanlar evlərinizdə hörümçək torlarında sakin olarlar».
Әli (ə) buyurur:
«Evlərinizi hörümçək torlarından təmizləyin, onların qalması fəqr və yoxsulluğa səbəb olur».
İmam Cə᾿fər Sadiq (ə) buyurur:
«Peyğəmbər (s) çıraq olmadan qaranlıq evlərə girməyi qadağan edərdi».
Başqa bir rəvayətdə deyilir:
«Gün batmazdan əvvəl ev və həyəti işıqlandırmaq ruzini artırır və yoxsulluğa son qoyur».
ӘTRAF MÜHİTİN TӘMİZLİYİ
Nəql olunmuş rəvayətlərdə yol (küçə, dalan), su kanallarına, meyvəli və kölgəsindən istifadə olunan ağacların dibinə, mənzil, məscid kənarına, ümumiyyətlə camaatın istifadə etdiyi və narahatçılıqlarına səbəb olacaq ümumi yerlərə sidik və nəcasət ifraz olunması qətiyyətlə yasaq olunmuşdur.
Demək, mö᾿minlər ətraf mühitin və yaşayışlarının dözülməz hala düşməsinə səbəb olacaq bu kimi xoşagəlməz işlərə yol verməməlidirlər.
İmam Cə᾿fər Sadiq (ə) atasından nəql edərək deyir: «Peyğəmbər (s) camaatı içmək üçün istifadə etdikləri quyu və çaylara, həmçinin meyvə ağaclarının dibinə nəcasət ifraz etməyə yasaq edərdi».
Başqa bir hədisdə buyurur:
«Peyğəmbər (s) buyurardı: Kölgəliklərə nəcasət ifraz edənlər, ümumi su quyularından istifadə etməyi qadağan edənlər, ümumi yolları bağlayanlar Allahın lə᾿nətinə gələrlər».
İmam Sadiq (ə) atasından nəql edərək buyurur: «Peyğəmbər (s) səhabələrə müraciət edərək buyurdu: Ey müsəlman ümməti! Allah-taala iyirmi dörd şeyi sizlərə yasaq edir. Onlardan biri də çaylara sidik və meyvə ağaclarının dibinə nəcasət ifraz etməməyinizdir.»
Bir şəxs imam Zeynəlabidin (ə)-dan soruşur: «Qərib bir insan harada dəsətəmaz alıb nəcasətini ifraz etməlidir?» İmam Zeynəlabidin (ə) sualın cavabında buyurur: Çaya, axar sulara və meyvəli ağacların dibinə və ümumiyyətlə camaatın narazılığına səbəb olacaq yerlərə sidik və nəcasət ifraz etməməlidir».
SUALLAR VӘ TAPŞIRIQLAR
1. Peyğəmbər (s) gözəl ətirlər haqda nə buyurur?
2. Әtir almaq üçün nə qədər pul xərclənməlidir?
3. Peyğəmbər (s) və Mə᾿sum imamlar (ə) yaşayış yerlərinin təmizliyi haqda nə fikirdə olmuşlar?
4. Nəcasətin ifraz olunması haralarda yasaq olunur?
Din təlimləri kitabından…

 


more post like this