Cavab: Mərcəyi-təqlidlərin dəftərxanalarından aşağıdakı cavablar gəlmişdir:
“Qeyri-İslam ölkələrində yaşayan qeyri-müsəlmanların mal-dövlətini qəsb edib onlara sahib çıxmaq əgər müsəlmanlarla müharibə şəraitində olmasalar, caiz deyildir və əgər müsəlmanlarla müharibə şəraitində olsalar, yaxşı olar ki, müsəlmanlar belə işi görməsinlər.”
Həzrət Ayətullah Fazil Lənkəraninin (r) dəftərxanasından yazılı cavab
“Əgər kafirlər müsəlmanlarla müharibə şəraitində olarsa, bu işin eybi yoxdur, lakin bundan (müharibə şəraitindən) qeyri hallarda caiz deyildir; sülh şəraitində onların əmlakı möhtərəmdir.”
Həzrət Ayətullah Behcətin (r) dəftərxanasından yazılı Cavab
“(Bu iş ) o zamana qədər caiz deyildir ki, onların mal-dövləti hüdnə (sülh) ilə möhtərəm olsun. Yalnız müharibə şəraitində icazə verilir. Belə ki, bu halda şəriət hakiminin xüsusi icazəsi ilə, yaxud ümumi elan vasitəsi ilə bu işin eybi yoxdur.”
Həzrəti Ayətullah Məkarim Şirazinin dəftərxanasından yazılı Cavab
“Bu işin törətdiyi mənfi təsirlərə – islamın və müsəlmanların (başqa millətlərin nəzərində) süstləşməsinə (gözdən düşməsinə) səbəb olmasına diqqət yetirməklə caiz deyildir.”


more post like this