1447. Qeyrətin təqdir olunması.

4924. Allahın Peyğəmbəri (s): «Həqiqətən, qeyrət imanın bir hissəsidir.»[1]

4925. Allahın Peyğəmbəri (s): «Babam İbrahim (peyğəmbər) qeyrətli idi və mən ondan daha qeyrətliyəm. Allah qeyrəti olmayan müsəlmanın burnunu yerə sürtər.[2]

4926. Allahın Peyğəmbəri (s): «Həqiqətən, Allah qeyrət göstərir və mömin (də) qeyrət göstərər. Allahın qeyrət göstərməsi, möminin Allahın ona haram etdiyi işi gördüyü yerdədir.»[3]

4927. Allahın Peyğəmbəri  (s): «Cənnətin rayihəsi beş yüz illik məsafədən burunlara çatar, ancaq naxələf övlad və dəyyus insana çatmaz.» Ərz edildi: «Ey Allahın Peyğəmbəri! Dəyyus kimdir?» Buyurdu: «Arvadı zina edən və bundan xəbəri olan kişi.»[4]

4928. İmam Əli (ə): «Kişinin dəyəri onun himməti qədərdir….Onun şücaəti abır həya etməsi (alçaqlıq və zəlilliyi qəbul etməməsi), iffəti isə onun qeyrəti qədərdir.»[5]

4929. Allahın Peyğəmbəri (s): «Qeyrətli insan heç vaxt zina etməz.»[6]

4930. Allahın Peyğəmbəri (s): «Həqiqətən, Allahın möminə qarşı qeyrəti var. Belə isə qeyrətsiz şəxs də qeyrətli olsun. Çünki qeyrətsiz adamın ürəyi tərsinədir.»[7]

4931. İmam Sadiq (ə): «Allah-taala qeyrətlidir və hər bir qeyrətli insanı sevər. Gizlində və aşkarda çirkin işləri haram buyurması da Onun qeyrətli olmağındandır.»[8]

 

1448. Yersiz təəssüb  və qeyrətin pislənilməsi.

4932. Allahın Peyğəmbəri (s): «Elə qeyrət var ki, Allah onu sevər, eləsi var ki, xoşlamaz. Xoşladığı qeyrət ittiham və bədgümanlıq içində göstərilən qeyrətdir. Xoşlamadığı qeyrət isə arada ittiham və bədgümanlığın olmadığı yerdə qeyrət göstərməkdir.»[9]

4933. İmam Əli (ə) (Övladı Həsənə (ə) tövsiyyəsindən):–«(qadınlara qarşı)Yersiz qeyrətdən çəkin ki, bu sağlam qadınları xəstəliyə, iffətliləri bəd- gümanlığa (və günah işlərin fikrinə) salar. Onlara qarşı işini möhkəm tut. Nəsə eyb gördünsə, kiçik və böyük cəza verməkdə ləngimə.»[10]

4934. Allahın Peyğəmbəri (s): «Qadının qeyrəti küfr, kişinin qeyrəti isə imandır.»[11]

4935. İmam Baqir (ə): «Qadınların qeyrəti paxıllıqdandır və  paxıllığın kökü küfrdür. Qadınlar qeyrət və qısqanclıq çəkəndə qəzəblənərlər. Qəzəbləndikdə isə küfrə meyl edərlər, yalnız müsəlman qadınlardan başqa.»[12]

4936. İmam Sadiq (ə): «Halalda qeyrət və təəssüb yoxdur…»[13]

Mizanulhikmətin xülasəsi kitabı – I I cild

 

 



[1] Mən la Yəhzuruhul Fəqih, c.3, səh. 44, hədis 4541

[2] Biharul-Ənvar, c.103, səh. 248, hədis 33

[3] Kənzul-Ummal, hədis 7072

[4] Mən a Yəhzuruhul Fəqih, c.3, səh. 444, hədis 4542

[5] Nəhcül-Bəlağə, hikmət 47.

[6] Nəhcül-Bəlağə, hikmət 305.

[7] əl-Məhasin, c.1, səh. 204, hədis 355

[8] əl-Kafi, c.5, səh. 353, hədis 1

[9] Kənzul-Ummal, hədis 7067

[10] Biharul-Ənvar, c. 77, səh. 214, hədis 1

[11] Nəhcül-Bəlağə, hikmət 124

[12] əl-Kafi, c.5, səh.505, hədis 4

[13] əl-Kafi, c.5, səh.557, hədis 1


more post like this