Allah Təala bəşərin ilk günlərindən indiyə qədər insanları hidayət etmək üçün hədəfli bir proqrama malik olmuşdur. O, peyğəmbərləri və səma kitablarını göndərərək, bu proqramına başlamışdı. İslam Peyğəmbərinin (s) besətindən sonra səma kitablarının sonuncusu nazil oldu. Ancaq Peyğəmbərdən (s) sonra İlahi risaləti on iki İmam (ə) davam etdirməyə başladı. Ona görə də İmam (ə) təyin etməyin hədəfi insanları hidayət etmək və İslam ümmətinin rəhbərliyidir. Bəs qeybətdə olan İmam (ə) öz ümmətinə necə rəhbəlik edə bilər? İmamın (ə) məsuliyyətlərini kim icra edir?

 

Hər şeydən əvvəl bunu bilmək lazımdır ki, İmamın (ə) qaib olması onun əslində olmaması demək deyildir. Bəlkə qeyb dedikdə, İmamın (ə) gizli olması deməkdir. Hədislərə əsasən İmam Məhdi (ə.f) insanların arasında yaşayır. Əhli-beyt (ə) davamçılarının məclislərində iştirak edir, həcc zamanı isə hacıların arasında olur.

 

İmamın (ə.f) qeybdə olması o deməkdir ki, insanların əksəriyyəti İmamı (ə.f) tanımırlar, onun şəxsiyyətindən agah deyildirlər. Baxmayaraq ki, xalis Əhli-beyt (ə) davamçılarının bəzisi onu görmüş və o Həzrəti (ə.f) tanıyırlar, onunla rabitədədirlər, ancaq bu, çox az bir dəstədir.

 

Beləliklə, İmam (ə.f) insanların arasında olaraq, çoxlu bərəkət və mənəvi ab-hava yaradır. Halbuki, insanlar onu tanımırlar.

 

Əhli-beytin (ə) xalis davamçıları ki, İmamla (ə.f) görüşməyə müvəffəq olmuşdular, onun hidayət nurundan bəhrələnib, bu feyzi bizə çatdırmaqda bir vasitəyə çevrilmişdilər. Ona görə də İmamın (ə.f) qeyb zamanında da bəzi öhdəçilikləri vardır və onları yerinə yetirir.

 

Baxmayaraq ki, bu hidayət feyzini zühur zamanı olan feyzlə müqayisə emtək olmaz, çünki indiki hidayət daha məhduddur.

 

İmam (ə.f) hədislərin bir çoxunda bulud arxasında olan günəşə bənzədilmişdir. Günəş bulud arxasında da olsa da, yer nurundan bəhrələnər.

 

Cabir ibni Abdullah Ənsari Həzrət Peyğəmbərdən (s) soruşur: “Əhli-beyt (ə) davamçıları qeyb dövründə Qaim İmamdan (ə.f) bəhrələnə biləcəklərmi?”. Həzrət Peyğəmbər (s) buyurur: “Bəli, and olsun o Kəsə ki, məni peyğəmbərliyə məbus etmişdir, Əhli-beyt (ə) davamçıları qeyb zamanında Qaim İmamın (ə.f) vücudundan faydalanacaq və vilayət nurundan bəhrələnəcəklər. Necə ki, insanlar günəşdən bəhrələnirlər, baxmayaraq ki, buludlar onu örtmüşdür”.

 

Bu deyilənlərdən belə başa düşmək olur ki, İlahi peyğəmbərlərin (ə) və övliyaların bəzisi insanlardan kiçik və ya uzun bir zamanda uzaqlaşmışdılar və qeybdə olmuşdular. Baxmayaraq ki, onların peyğəmbərliyi davam edirdi. Misal üçün Həzrət Musa (ə) 40 gün ərzində Bəni-İsrayildən qaib olmuşdu. Həmçinin Həzrət Yunis (ə) bir müddət balığın qarnında giriftar qalmışdı. Ancaq qeybətdən sonra yenə ümmətinin yanına qayıdır və nübuvvət vəzifəsini öhdəsinə götürür. Ona görə də qeyb İmamı (ə) və ya peyğəmbəri (ə) öz məqamından məhrum etməz.

 

Deməli, İmam Əsr (ə.f), baxmayaraq ki, qeybdədir, ancaq biz Əhli-beyt (ə) davamçılarının arasındadır. Əhli-beyt (ə) tarixi buna çox sayda şahid gətirmişdir. Alimlərin bir çoxu bilmədikləri sualın cavabını birbaşa Həzrətdən (ə.f) almışdılar. Xəstələrin bir çoxuna İmam (ə.f) şəfa vermişdir, çarəsizlər onun vasitəsilə çarələrini tapmışdılar. Bu İmamın (ə.f) qeybdə olan zaman etdikləridir. Allah bizlərə zühuru zamanı etdiklərini də göstərsin və İmamın (ə.f) həqiqi davamçılarından qərar versin.

 

 

 

http://sualcavab.ge

 

 


more post like this