1438. Peyğəmbər, Allahın təlimi ilə qeybdən xəbər verdi.

4898. İmam Sadiq (ə): «Təbuk döyüşündə Allahın Peyğəmbərinin (s)  dəvəsi itir. Münafiqlər deyirlər: «Bizə qeybdən danışır, ancaq dəvəsinin yerini bilmir.» Cəbrayıl Peyğəmbərə (ə) nazil olub münafiqlərin dediklərini Həzrətə çatdırdı və dedi: «Dəvən filan dərədədir və cilovu iri bir ağaca ilişib.» Sonra Allahın Peyğəmbəri (s) camaatı namaza çağırdı. Camaat yığışdı. Həzrət buyurdu: «Ey camaat! Mənim dəvəm filan dərədədir.» Camaat həmin dərəyə doğru tələsdi və dəvəni tapdılar.»[1]

1439. İmam qeyb elmi.

4899. «Nəhcül-Bəlağə»: «Əmirəl-mömininin (ə) (Kəlb qəbiləsindən olan) səhabələrindən biri Həzrətə ərz etdi: «Ya Əmirəl-möminin! Qeyb elmi sənə verilmişdir.» Həzrət güldü və buyurdu: «Ey Kəlb qəbiləsindən olan kişi! Bu qeyb elmi deyil, sahibindən elmi öyrənməyin təsiridir. Qeyb elmi qiyamət gününü bilmək elmidir. Allah-taala onları sayaraq buyurmuşdur:  «Həqiqətən, qeyb elmi Allahın yanındadır. Yerə yağış göndərər və qadınların uşaqlıqlarında olanı bilər.» [2]

4900. İmam Sadiq (ə) İmam qeybi bilirmisualına cavabından):– «Yox. Ancaq, nəyisə bilmək istəyəndə, Allah həmin şeyi ona öyrədir.»[3]

4901. İmam Kazim (ə) Siz qeybi bilirsinizmideyə soruşan bir iranlı kişiyə verdiyi cavabdan):–«(İlahi) Elm bizim üçün açıq olduqda bilirik, üzümüzə bağlandıqda isə bilmirik.» Sonra buyurdu: «Elm, izzət və cəlallı Allahın sirridir və onu Cəbrayılla bölüşmüşdür. Cəbrayıl onu Məhəmmədlə (s), Məhəmməd isə istədiyi kimsə ilə bölüşdü.»[4]

Mizanulhikmətin xülasəsi kitabı – I I cild

 

 

 



[1] Qəsəsul-Ənbiya, səh.308, hədis 408

[2] Nəhcül-Bəlağə, hikmət128.

[3] əl-Kafi, c.1, səh.257, hədis4

[4] əl-Kafi, c.1, səh.256, hədis 1


more post like this