Sual : “Qeyb elmi” dedikdə nə nəzərdə tutulur?
Cavab:
Quran ayələrində bu məsələyə vurğulayır ki, “qeyb” və “şühud” Allaha üçün aydındır. Əslində “qeyb və şühud”, elm və varlığı məhdud olan mövcudat üçün iki nisbi anlayışdır. Məsələn, görmə, eşitmə və digər hissiyyat orqanlarımızla dərk etdiklərimiz bizim üçün “şühud”-dur. Hissiyyatımız xaricində olanlar isə bizim üçün qeybdir. Məsələn, görmə qabiliyyətimiz qeyri-məhdud olsaydı, əşyaların daxili və batinini, eləcə də dünyanın zərrələrini də görə bilsəydi, hər şey bizim üçün şühuda çevrilərdi. Allahın pak zatından başqa bütün varlıqlar məhdudur. Bu üzdən onların hamısı üçün “qeyb” və “şühud” var. Lakin Allahın pak zatı qeyri-məhdud (sərhədsiz) olduğuna görə O, hər yerdədir. Ona görə də hər şey Onun üçün şühuddur və Onun üçün “qeyb” anlayışının mənası yoxdur.
Allah-taala barəsində “alimul-ğeybi və şəhadə” ifadəsinin mənası budur ki, bizim üçün qeyb və şühud sayılanlar onun üçün birmənalı şühuddur.
Məsələn, işıqlı məkanda ovcumuzun içinə baxsaq onun içində olanlardan xəbərsiz ola bilərikmi? Varlıq aləmi Allahın elmi qarşısında bundan daha bəsit və daha aşkardır. (1)

1. “Təfsiri nümunə”, cild 10, səh. 166.

makarem.ir


more post like this