* Allahın Peyğəmbəri(s):«Sənin ən yaxşı qardaşın Allahın itaəti yolunda sənə kömək edən, Ona itaətsizlikdən saxlayan və sənə Onun razılığı olan şeyi əmr edəndir.»
* İmam Əli (ə):«Ən yaxşı qardaş öyüd-nəsihət verməkdə az güzəştə gedən kəsdir.»
* İmam Əli (ə):«Sənin ən yaxşı qardaşın sənə kömək edən, ondan yaxşısı sənə kifayət edən və sənə möhtac olanda səndən keçəndir.»
* İmam Əli (ə):«Ən yaxşı qardaş dostluğu Allaha görə olan kəsdir.»
* İmam Əli (ə):«Sənin ən yaxşı qardaşın o kəsdir ki, yaxşı işlər görməyə tələsir və səni də xeyirxahlığa çəkir, sənə yaxşı olmaq göstərişi verir və onun yerinə yetirilməsində sənə kömək edir.»
* İmam Əli (ə):«Sənin ən yaxşı qardaşın səni haqq yolda ən çox qəzəbləndirəndir.»
* İmam Əli (ə):«Qardaşların ən yaxşısı öz qardaşlarını başqalarına möhtac etməyən kəsdir.»
* İmam Sadiq (ə):«Qardaşlarımın ən sevimlisi eyblərimi mənə hədiyyə edən kəsdir.»

http://sualcavab.ge/


more post like this