Getmisən gözümdən uzağa qardaş

Bu geniş dünyada tənhayam, qardaş

Gözlərimdə oldun qurumayan yaş

Niyə sən getdin uzağa, qardaş

ay mənim gözümün işığı qardaş

Qəlbimin yarası, ağrısı qardaş

Sənin ölümünlə yalqız qalmışam

Qayıt gözlərimin işığı, qardaş

Kimsə bilməyir ki, Ruhum nə edir?

Sən yanımdasan, qoxun mənlədir

Sənin lal şəkilinlə söhbət edirəm

Kaş sənli günlərim olaydı, qardaş

Həyatda arxadı, dayaqdı qardaş

şirin bir nemətdi, gözəldi qardaş

Vətənə oğuldur, düşmənə savaş

Atanın yanında bir dağdı qardaş…

http://sayt.ws/eshqem


more post like this