Kamal Zabratlı

Qanə, Hüseynim, Əsğərin ətşan boyansa da,

Üstündə zalim at çaparaq lovğalansa da,

Torpağı Şümrü udmadığıyçun utansa da,

Mənzil ki, oldu sən kimi mövlayə Kərbəla,

Var ixtiyarı naz edə dünyayə Kərbəla.

 

Vurduqca zərbə dininə yağı, inildədi,

Dəydikcə nəşinə at ayağı, inildədi,

Zeynəblə birgə söylədi ağı, inildədi,

Səs verdi xeymədən gələn ah-vayə Kərbəla.

Layla deyirdi sanki, Rüqəyyayə Kərbəla.

 

Həqqin ki, tapdayır bu qədər bihəya, rəzil,

Dözməz, gələr dilə, ona susmaq rəva deyil,

Vacibdi, heyrət eyləmə, ey dil, açarsa dil,

Söylərsə rast olub necə sevdayə Kərbəla.

Qərq eyləyərsə aləmi mənayə Kərbəla.

 

Gün görmürük, bizim kimi qövmə cihad gərək,

Ağlatma, Rozəxan, bizi ağlatma gün görək.

Onsuz da xeyli ağlamışıq, bəlkə hay verək?!

İllərdi səsləyir bizi təqvayə Kərbəla,

Təqvalılar qiyamını bərpayə Kərbəla.

 

Burdan məbada olsa sözün Turu çək misal,

Nisbət verərmi Turu bu səhrayə əhli-hal?!

Almışdı qoynuna elə bir nuru, ey Kamal,

Duymurdu ehtiyac günəşə, ayə Kərbəla,

Salmışdı turun hörmətinə sayə Kərbəla.

canderyasi.com


more post like this