İmam Məhəmməd Baqir (ə) buyurdu: Hər kəs Qaf surəsini vacibi və müstəhəbbi namazlarında oxumağı davam etdirsə, Allah onun ruhisini bol edər, Əməlnaməsini sağ əlinə verib, hesabını asan çəkər.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Qaf surəsini oxusa, Allah onun üçün ölümün çətinliyini asanlaşdırar.
Rizq və ruzinin bol olmasına xatir üç gün üzünü qibləyə tutub bu surəni oxusun çox təsiri vardır (təcrübə olunub).
Qorxu və hürkünü aradan aparmaq üçün bu surəni yazıb, yağış suyu ilə yuyub, içsin.
Rəvayət olunub ki, hər gün evdə yaxud müqəddəs bir məqbərədə Qaf surəsi oxusa, o evin ya məqbərinin sahibi həmişə dövlətli, izzətli, və xoşbəxt olar, o zillətdən qorunar. Təcrübə olunumlardandır.
Dövlətli olmaq və işlərin düyünlərinin açılması üçün bu ayəni 350 dəfə oxusun ki, təcrübə olunub.
“Qul innəl fəzlə biyədillahi yutihi mən yəşau Vəllahu zulfəzlil əzim.” (Ali-İmran-73)
Bu ayəni gündə on beş dəfə oxusun, əziz olub, ruzisi bol və cah və cəlal (məqam və mənsəb) sahibi olar.
“Ya əllahul məhmud fi kulli fialihi”
Sərvətli olmaq üçün iki rükət hacət namazını, bu niyyətlə ki, qadir Allah onun yaşayışını tənzimləyib ruzini bol edər, və elə bir nura bağlıdır ki, qiyamətə qədər işıqlanıb, qəbrini nurlandırar.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Zariyat surəsini oxusa, dünyada sən hər bir küləyin sayı qədər ona həsənə veriləcək.
Hər gün Zariyat və İnşirah surəsini oxuyan kəsin işlərinin sonu xeyrə qovuşar, özünün və ailəsinin ruzisi çoxalar. (təcrübə olunub).
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.


more post like this