Məsələ 44: Qadının naməhrəm kişilərin bədəninə baxması üzü, əlləri və kişilərin adətən örtmədiyi miq­dar istisna olunmaqla, digər yerlərinə baxmaq haramdır.
İmam: “Ürvə”, “nikah”, 31-ci məsələdən istifadə etməklə; “Təhrir”, “nikah”, məsələ 19; “Tovzihul-məsail”, 2433-cü məsələ; İstifta
Xamenei: İstifta
Məkarim: “Tovzihul-məsail”, məsələ: 2080.
Bəhcət: Qadının naməhrəm kişinin bədəninə baxması ehtiyat-vacibə görə haramdır. Amma qadının naməhrəm kişinin bədəninin bəzi yerlərinə – başı kimi əksər hallarda görünən yerlərə baxmasının caizliyi işkallı deyildir, amma əgər bu baxış məsiyətə səbəb olarsa, bu istisnadır. “Tovzihul-məsail”, məsələ: 1933.
Təbrizi: Qadınların naməhrəm kişilərin bədəninə – kişilərin adətən örtmədikləri hissələrə, o cümlədən baş, boyun, əllər baxması ləzzət məqsədilə olmazsa, eybi yoxdur. Ehtiyata əsasən ondan qeyri yerlərə baxılmasın, hətta ləzzət məqsədi ilə olmasa da belə. “Minhacus-salehin”, “nikah” kitabı.
Sistani: Qadının naməhrəm kişinin bədəninə şəhvət və harama düşmək qorxusu ilə olduğu halda baxması haramdır, hətta ehtiyat-vacibə görə gərək bunlarsız da baxmasın, yalnız bədənin adətən kişilər tərəfindən örtülməyən hissəsi, o cümlədən, baş, əllər, ayağın saqı (dizdən aşağı) istisna olunur ki, qadın bunlara şəhvətsiz və harama düşmə qorxusu olmadan baxsa, işkalı yoxdur. “Tovzihul-məsail”, məsələ: 2442.
Fazil: Qadının naməhrəm kişinin bədəninə baxması – üzü və əlləri istisna olmaqla – haramdır.
“Ürvə”, “nikah”, məsələ: 31; “Tovzihul-məsail”, məsələ: 2501.

* NƏTİCƏDƏ:
Naməhrəm kişilərin başının saçı, üzü, biləyə qədər əlləri, çıxıntıya qədər ayaqları və boynuna baxmağın qadınlar üçün işkalı yoxdur, bu şərtlə ki, ləzzət və reybə qəsdi ilə olmasın. Həmçinin qadınlar kişilərin kifayət qədər örtüyü olmadığı idman yarışlarında üzgüçülük, güləş, ağırlıq qaldırma, futbol və sair kimi yerlərdə, idman salonlarına gedə bilməzlər.
Məsələ 45: Münasib olmayan paltar geydikləri halda naməhrəm kişilərin biləklərinə, yaxud sinələrinə, yaxud digər yerlərinə baxmaq – belə ki, qısa qollu paltar geymiş olsalar, yaxud öz yaxalarını açıq qoysalar, yaxud bədəni göstərən nazik paltar geyinsələr və s. (kişilər adətən belə şeylər geyinir – hətta əgər (bu baxış) ləzzət və reybə qəsdi olmazsa, haramdır.
İmam, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: Əvvəlki məsələnin mənbəsindən istifadə etməklə.
Bəhcət: Ehtiyat-vacibə görə caiz deyildir.
“Tovzihul-məsail”, 1933-cü məsələdən istifadə etməklə.
Məsələ (Sual) 46: Bəzi mömin kişilər məktəblərdə, yaxud başqa yerlərdə müsəlman qadınlara dərs verir və təbii olaraq kişi dərsi lövhədə yazmaq məcburiyyətində qalır, qadınlar da adət üzrə ustadın üzünə və əllərinə baxırlar. Əlbəttə, ləzzət və reybə qəsdi olmadan. Onların belə baxışları caizdirmi?
Cavab: Kişilərin adət üzrə örtmədikləri yerlərə, o cümlədən üzünə, əllərinə və başqa yerlərinə ləzzət və reybə qəsdi olmadan baxmalarının işkalı yoxdur.
İmam, Fazil, Məkarim: “Ürvə”, “nikah”, 51-ci məsələdən istifadə etməklə.
İmam: “Təhrir”, “nikah”, 19-cu məsələdən istifadə etməklə; “Tovzihul-məsail”, məsələ: 2433; İstifta
Təbrizi, Xamenei, Sistani: İstifta
Sistani: “Tovzihul-məsail”, 2442-ci məsələdən istifadə etməklə.
Bəhcət: Qadının naməhrəm kişinin bədəninə bax­ması ehtiyat-vacibə görə haramdır. Amma qadının naməh­rəm kişinin əksər hallarda açıq olan bədən yerlərinə, o cüm­lədən baş, bunun və s. baxmasının caizliyi müm­­kündür, amma bu cür baxmaq məsiyətə səbəb olsa, caiz deyildir.
Məsələ 47: Qadınların naməhrəm kişilərin bədəninin həcminə paltar altından baxmaları, əgər öz ardınca fəsad gətirməzsə, ləzzət və reybə qəsdi olmazsa, işkalı yoxdur.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: İstifta
Məsələ (Sual) 48: Qadınlar ləzzət qəsdi olmadan iynə vurdurmaq, yaxud digər həkim işlərini yerinə yetirmək üçün naməhrəm kişinin bədəninə baxa bilərmi?
Cavab: Zərurət məqamı istisna olmaqla caiz deyildir.
İmam, Təbrizi, Fazil və Məkarim: “Ürvə”, “nikah”, 35-ci məsələdən istifadə etməklə.
Xamenei: İstifta
Sistani: “Tovzihul-məsail”, 2442-ci məsələdən istifadə etməklə.
Bəhcət: Ehtiyat-vacibə görə zərurət məqamından başqa caiz deyildir. “Tovzihul-məsail”, 1933 və 1942-ci məsələlərdən istifadə etməklə.
Məsələ 49: Naməhrəmin bədəninə baxmaq, hətta üzünə və əllərinə ləzzət qəsdilə, yaxud fəsada düşmək qorxusu olduğu halda haramdır.
İmam, Fazil və Məkarim: “Ürvə”, “sitr və satir”, 1-ci məsələdən qabaq.
Xamenei: İstifta
Bəhcət: “Tovzihul-məsail”, 1932-ci məsələdən istifadə etməklə.
Təbrizi: “Tovzihul-məsail”, məsələ: 2442.
Sistani: “Tovzihul-məsail”, məsələ: 2442.
Fazil: “Tovzihul-məsail”, məsələ: 2501.
* Diqqət:
Naməhrəm kişilərin bədəninə baxmağın caiz olma­ması ilə kişinin örtüyünün vacib olması arasında heç bir səbəbiyyət (qarşılıqlı bağlılıq) yoxdur: yəni kişi­lərin öz bədənini örtməsi vacib olmasa da, amma qadın­ların baxmamaları vacibdir.
Cəmiyyətdə kişi-qadın münasibətlərinin ŞƏRİ HÖKMLƏRİ – Seyyid Məhəmməd Məsud Məsumi,

 


more post like this