Deyilənlərdən aydın oldu ki, qadın həyatında ən mühüm məsələlərdən biri ağıl və hiss arasında uyğunluq yaratmaqdır. Əgər qadın öz vücudunda bu uyğunluğu yarada bilməsə, təbii olaraq, sırf emosional varlığa çevriləcəkdir. Belə bir hal həyati məsələlərin həll və kamillik yolunda bir çox problemlər yaradır. Beləcə, qadının ailə həyatı sağlam və müvəffəq olmur. Xanımların agahlıq və mücahidə ilə ağıl və hisslərdən paralel şəkildə faydalanması, ağılın yerini hissə, hissin yerini ağıla verməməsi zəruridir.
Qadın və kişinin müştərək həyatında ağıl və məntiq hakim olduqda, hər iki tərəf öz qərarlarını məntiq əsasında çıxardıqda bir çox müvəffəqiyyətlər əldə olunur, eləcə də, ixtilaflara yer qalmır. Hisslərini cilovlamaq təcrübəsinə malik olmayan qadın üçün qeyd olunmuş şərtlərə əməl etmək asan deyil. Ailə rabitələrində, adətən, ixtilaflar o zaman yaranır ki, tərəflər qarşılıqlı qəbul olunmuş me`yarlardan faydalanmır. İxtilafları yaradan, sabit ağıl və məntiq me`yarları əvəzinə hisslərə tabeçilikdir. Ağıl və məntiqi bir kənara qoyub hisslərə tabe olmaqla müsbət bir nəticə əldə etmək olmur. Ağıllı xanımlar müştərək həyatın davamı və xoşbəxtliyi üçün düşüncəyə üstünlük verir, öz hərəkətlərinin zərər-ziyanını müəyyənləşdirir, ailənin məsləhətini nəzərə alır, öz qəlb istəyini ailənin xoşbəxtliyinə fəda edir.
Məntiq və uzaqgörənlik yolunu seçmək tərbiyəli xanımların ən böyük imtiyazıdır.
Məntiq və ağıl əsasında rəftar əksər qadınların rastlaşdığı bir çox problemləri hansısa həddə həll edir. Bu problemlərdən biri də qeyri-sabit, dəyişkən haldır. Hisslərə əsaslanan həyat heç vaxt sabit olmur. Daim dəyişən psixoloji durum qadın həyatının böyük problemidir. Bu hal hisslərini cilovlaya bilməyən əksər adamlarda müşahidə olunur. Əksinə, insanın qərarları imkan həddində ağıl və düşüncəyə əsaslandıqda, hisslər insan həyatına hakim kəsilmədikdə bir çox dəyişkənliklər aradan qalxır, insan yersiz emosiyalardan azad olur.

________________________________________
[1] “İstiftaat”, c. 2, s. 29.
[2] “Vəsailüş-şiə”, Əbvabul-muhur, b. 5, h. 8.
[3] Bax: Mürtəza Mütəhhəri, “İslamda qadın haqları”.
[4] İtaliyanın tanınmış həkim və alimi madam Lembrozo “Qadının ruhu” kitabında qadının psixoloji xüsusiyyətlərini gözəl şəkildə sadalamışdır. O bildirir ki, bu kitabı yazmaqla əsrarəngiz qadın dünyasını kişilərə tanıtdırmışdır. Müəllif bütün kitab boyu qadının daxili sirlərindən söz açır, onun fərqli xüsusiyyətlərini qeyd edir. V. Dorant “fəlsəfənin ləzzətləri” kitabının bir fəslini bu mövzuya həsr etmişdir. Ustad Mütəhhəri “İslamda qadın hüquqları” kitabında uyğun məsələ ilə bağlı araşdırmalar aparır.
[5] Professor Aron Teybek, “Eşq heç vaxt bəs deyil”, s. 38.


more post like this