Məsələ 39: Qadınlar övrəteyn istisna olmaqla, digər qadınların bədəninin hər bir yerinə baxa bilərlər, bu şərtlə ki, ləzzət və reybə qəsdi olmasın.
İmam, Fazil, Məkarim: “Ürvə”, “nikah”, məsələ: 28; “Ürvə”, “sətr və satir”, 1-ci məsələdən qabaq istifadə edilməklə.
İmam: “Tovzihul-məsail”, məsələ: 2436.
Bəhcət: “Tovzihul-məsail”, məsələ: 1940.
Təbrizi: “Tovzihul-məsail”, 2445 və 2447-ci məsələlərdən istifadə etməklə.
Xamenei: İstifta
Sistani: “Minhacus-salehin”, “nikah”, məsələ: 12.
Fazil: “Tovzihul-məsail”, məsələ: 2506.
Məkarim: “Tovzihul-məsail”, məsələ: 2085.

* NƏTİCƏDƏ:
Hamamlarda, hovuzlarda (baseynlərdə), idman salonlarında, airobika, dərzi salonlarında və s. kimi yerlərdə qadın başqa qadının bədəninə, yaxud da onun üzünə və əllərinə ləzzət qəsdi ilə baxsa, yaxud fəsada düşmək qorxusu olsa, onun bu cür baxışı caiz deyildir, istər baxan şəxs o qadını tanısın, istərsə də tanı­masın, istər o qadın cavan olsun, istərsə də qoca, istər gözəl olsun, istərsə də çirkin.
İmam, Xamenei, Sistani, Fazil: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.
İmam: “Tovzihul-məsail”, məsələ: 2438.
Məsələ (Sual) 40: Qadınların övrəteyninə baxmaq başqa qadınlar üçün də haramdır, yalnız zərurət halı istisna olunur.
İmam, Fazil və Məkarim: “Ürvə”, “sətr və satir”, 1-ci məsələdən qabaqkı.
İmam: “Tovzihul-məsail”, məsələ: 2436.
Bəhcət: “Tovzihul-məsail”, 1938 və 1942-ci məsələlərdən istifadə etməklə.
Təbrizi: “Tovzihul-məsail”, 2445-ci məsələdən istifadə etməklə.
Xamenei: İstifta
Sistani: “Tovzihul-məsail”, 2445 və 2450-ci məsələlərdən istifadə etməklə; “Minhacus-salehin”, “nikah”, məsələ: 12 və 20.

* NƏTİCƏDƏ:
Uşaqlığın yollarının bağlanmasında istifadə olunan aparatlardan istifadə etmək, kanalların bağlanması və s. kimi əməllərdən istifadə olunması hamiləliyin qarşısını almaq məqsədi ilə olduqda və övrətə baxmağa səbəb olarsa, haramdır. Yalnız zərurət məqamı istisna olunur. Hamiləliyin özünün qarşısını almaq, əgər başqasının insanın övrətinə nəzər salmasına səbəb olmayacaqsa, işkalı yoxdur. Bu şərtlə ki, bu iş qadını əbədi olaraq sonsuz etməsin və istədiyi hər vaxt hamilə ola bilsin.
Məsələn: Bir qadının həyat yoldaşı həkim olsa və bu üslublarından istifadə etməklə həyat yoldaşının hamiləliyinin qarşısını ala bilsə, işkalı yoxdur.
Diqqət:
Hamiləliyin qarşısının alınması əgər haram işə səbəb olmazsa, eybi yoxdur, əgər haram işə səbəb oarsa, caiz deyildir və diqqət yetirmək lazımdır ki, hamiləliyin qarşısının alınma üslublardan bəziləri aşağıda qeyd olunan üç haram işə gətirib çıxarır ki, sonrakı bölmələrdə qeyd olunacaqdır:
1-Zərurət məqamından başqa hallarda qadının başqa qadının övrətinə baxmasına səbəb olmaq.
2-Zərurət məqamından başqa hallarda həkim üçün övrəti açmaq (örpək bölməsində qeyd olunacaqdır).
3-Zərurət məqamından başqa hallarda övrətə toxunmaq (təmaslar bölməsində qeyd olunacaqdır).
Məsələ (Sual) 41: Salam, siz AY-YU-Dİ-dən istifadə etməyin caiz olması ilə əlaqədar cavabınızda belə qeyd etmisiniz: “Əgər bu cihazdan istifadə etmək (Ay-Yu-Di) haram toxunmağa, yaxud nəzərə səbəb olarsa, caiz deyildir. Buyurun görək qadının bətninə AY-YU-Dİ qoymaq həkimlə əlaqədar işlərdən sayılırmı və həkim, yaxud qadın maması və zərurət halında kişi həkimi bu əməli yerinə yetirə bilərmi? Necə ki, sair xəstəliklərdə adi qaydadır, yaxud bu məsələ həkimlərdən qeyrisinə aid olan işlərdəndirmi, belə ki, yalnız ərinin vasitəsilə bu cihaz qoyula bilər?
Cavab: Bu əməlin özü əgər uşağın saldırılmasına, yaxud ananın sonsuz olmasına səbəb olmazsa, işkalı yoxdur və toxunmaq və nəzər etməyin haramlığı da öz hökmündə qalır, bu barədə heç bir zərurət yoxdur, çünki digər yollarla hamiləliyin qarşısını almaq olar.
İmam: İstifta
Bəhcət: “Tovzihul-məsail”, müxətəlif məsələlərin 11-cisindən istifadə etməklə.
Təbrizi: “Siratun-nəcat”, 873 və 874-cü suallardan istifadə etməklə.
Fazil: “Cameul-məsail”, 2-ci cild, 1037-ci sualdan istifadə etməklə.
Xamenei, Sistani və Məkarim:
Xamenei: Bu əməlin öz-özlüyündə işkalı yoxdur və toxunmağın və nəzər etməyin haramlığı öz qüvvəsində qalır və bu barədə heç bir zərurət yoxdur. Çünki başqa yollarla hamiləliyin qarşısını almaq olar. İstifta.
Sistani: Caizdir ki, qadın hamiləliyin qarşısını alan AY-YU-Dİ cihazından və başqa şeylərdən, mühüm zərəri olmayacağı təqdirdə, istifadə etsin. Lakin bu cihazın qoyulması, onun bədəninə və toxunulması caiz olmayan müəyyən bir hissəsinə baxmağı və ya toxunmağı lazım tutmamalıdır. Buna əsasən caiz deyildir ki, ərdən başqası bu işi yerinə yetirsin, yalnız zərurət halı istisna olunur. Məsələn: Qadının hamilə olması zərərli olarsa, yaxud adətən dözüləsi mümkün olmayan məşəqqətə və ağrıya səbəb olarsa. Başqa yollarla müyəssər olmazsa, yaxud o yollar zərər, yaxud çətinliyə səbəb olarsa. Bu, o haldadadır ki, həmin dəstgahın nütfəni bağlandıqdan sonra onu siqt etməsi (aradan aparması) məlum olmazsa, əks halda, ehtiyata əsasən bu iş tərk olunmalıdır
“Tovzihul-məsail”, əlavələrdə 71-ci məsələ.
Məkarim: Əgər zərurət olsa, həkim müalicəsinin sair hallarının hökmünə malikdir. İstifta.
Cəmiyyətdə kişi-qadın münasibətlərinin ŞƏRİ HÖKMLƏRİ – Seyyid Məhəmməd Məsud Məsumi,

 


more post like this