Möhkəm bir ailə həyatı davamlı və minnətsiz məhəbbətdən, dostluqdan, geniş təşəkkürdən, bir- birlərinə səmimi rəftardan və bir- birlərinin hüququna riayət etməkdən ibarətdir. Müqəddəs İslam dini ailələri kiçik bir ictimaiyyət sayaraq onların möhkəm və davamlı olması üçün hər iki tərəf üçün müəyyən qanunlar nəzərdə tutulmuşdur. Çünki, Allah Taala bütün hüquqlar üçün müəyyən vəzifələr də təyin etmişdir. Sualı nəzərə alaraq qadının qadınların şəri baxımdan ərlərinin müqabilində olan vəzifələrini və kişilərin qadınlarının üzərində olan hüquqlarını aşağıda qeyd edirik:
1). Kişinin ailə başçılığını qəbul etmək:
Əgər ailədə hər hansı bir problem yaranarsa nəhayət onu kişi həll etməlidir. Əlbəttə kişinin bu hüququ ona bundan sui istifadə etməyə icazə vermir. Əksinə kişi bütün çətinliklərin müqabilində öz səbrini və gözəl əxlaqını əldən verməməlidir.
2). Qadın kişinin müqabilində daha təmkinli olmalıdır:
Qadın öz ərinin bütün cinsi və şəhvət istəklərini fiziki və pisixi hazırlığını nəzərə alaraq sözsüz adəməlidir. Əgər qadının xüsusi bir problemi olarsa (Heyz, xəstəlik və sair) bu məsələdə üzürlü hesab olunur.
3). Qadın kişinin harada məskunlaşdığını nəzərə almayaraq ona tabe olaraq onunla getməlidir.
Əgər kişi bu məsələ qadına seçim ixtiyarı verərsə, kişinin məskunlaşdığı yer qadının iffətinə xələl gətirərsə, qadının ictimai imicinə xələl gətirərsə, qadına fiziki və psixi təsir göstərərsə bu zaman qadın ixtiyar sahibidir. Kişinin bu vəziyyətdə onu məcbur etmək hüququ yoxdur.
4). Evdən çıxmaq və evə kimisə dəvət etmək məsələsində kişinin icazəsinin şərt olması:
Qadın bu məsələdə bir- başa kişinin ixtiyarındadır və ondan icazəsiz heç bir addım ata bilməz. Amma əgər dini vəzifəsini yerinə yetirmək üçün və ya (məsələn: həccə getmək və sair) həkimə getmək üçün ərindən icazə alması qalması onun canına, iffətinə və şərafətinə xələl gətirərsə, qadın evi ərindən icazəsiz tərk edə bilər.
5). Qadın işləmək istədiyi kollektiv üçün ərindən icazə almalıdır.
Əgər kişi icazə verməsə qadının işləmək hüququ yoxdur.


more post like this