1-Şöhrət libası
Məsələ 149: Şöhrət paltarı geymək istər kişi, is­tər­sə də qadın üçün, ehtiyat-vacibə görə, caiz deyildir. Libasın materialı, yaxud tikilmə qaydası, yaxud biçimi, yaxud rəngi, yaxud onun geyilmə qaydası və yaxud onların hər biri ilə qarışıq olması səbəbinə olsa belə.
İmam, Fazil, Məkarim: “Ürvə”, namaz qılanın paltarının şərtləri, məsələ 42.
Xamenei: İstifta.
Fazil: “Tovzihul-məsail”, məsələ 856.
Məkarim: Tozmihul-məsail, məsələ 770.
Bəhcət: Şöhrət paltarı geymək haramdır. “Tovzihul-məsail”, məsələ:711.
Təbrizi və Sistani: Hörmətin aradan getməsinə və xarlığa səbəb olan təqdirdə onu geymək haramdır.
Təbrizi və Sistani: “Tovzihul-məsail”, məsələ 853.
Məsələ 150: Şöhrət paltarı dedikdə məqsəd nədir?
Birinci Cavab: parçası, yaxud rəngi, yaxud tikilmə qaydası, yaxud onun geyilmə qaydası onun geymək istəyən şəxslər üçün adi olmayan paltardır.
İmam və Fazil: “Ürvə”, namaz qılanın paltarının şərtləri, məsələ42.
İmam: “Tovzihul-məsail”, məsələ 845.
Bəhcət: “Tovzihul-məsail”, məsələ 711.
Fazil: “Tovzihul-məsail”, məsələ 856.
İkinci Cavab: Müəyyən xüsusiyyətlərə malik olduğuna görə camaatın diqqətini cəlb edən və barmaqla göstərilən paltarlara deyilir.
İmam: “Əhkami banovan” kitabının istiftası, səh.36.
Təbrizi və Sistani: Şöhrət libası o paltara deyilir ki, onun parçası, yaxud rəngi, yaxud tikiliş qaydası onu geymək istəyən şəxs üçün adi qayda olmasın və onun hörmətinin aradan getməsinə, xar olmasına səbəb olsun. Sistani və Təbrizi: “Tovzihul-məsail”, məsələ 853.
Xamenei: Şöhrət libası o paltara deyilir ki, onun geyilməsi rənginə, yaxud tikiliş qaydasına, yaxud köhnəlməsinə, yaxud başqa səbəblərə görə şəxs üçün münasib olmasın. Belə ki, əgər onu camaatın qarşısında geyərsə, onların diqqətini özlərinə cəlb edər və barmaqla göstərilər. “Əcvibətül-İstiftaat”, cild, 2, sual 282.
Məkarim: Şöhrət libası dedikdə məqsəd o paltardır ki, riyakarlıq məqsədinə malik olsun və onun vasitəsilə misal üçünk özünün zahidlik, tərki-dünyalığını göstər­mək istəsin, parça, yaxud rəng, yaxud tikiliş baxımından olsa belə. Amma əgər doğrudan da onun məqsədi sadə geyinmək olsa, riyakarlıq məqsədi olmasa, nəinki onun geyilməsi caizdir, üstəlik çox yaxşı bir əməldir.
“Tovzihul-məsail”, məsələ 770; “Ürvə”, namaz qılanın paltarının şərtləri, məsələ 42.

* NƏTİCƏDƏ: Əvvəla, hər şeyə geyilmə aid edilə bilirsə, bu hökmə şamil olur. Buna görə də şöhrət libası adı verilə bilən ayaqqabı, papaq, köynək, yubka, baş örtüyü, məqnə, corab, şalvar, manto və sair kimi şeylərin hamısı bu hökmə şamildir.
İkincisi: Şöhrətin nəyə görə olması da fərq etmir, istər paltarın materialı baxımından olsun, istərsə də onun rəngi baxımından. Misal üçün çox xoşagəlməz rəngə malik olan paltar, yaxud tikiş qaydasına əsasən, misal üçün, “panklara” aid olan paltarlar, yaxud da geyilmə qaydasına görə olsun.
2-Xüsusi paltar
Məsələ 151: Kişilərə məxsus olan paltarın qadınlar üçün geyilməsi və qadınlara məxsus olan paltarın kişi­lər üçün geyilməsi ehtiyat-vacibə görə caiz deyildir.
İmam və Fazil: “Ürvə”, namaz qılanın paltarının şərtləri, məsələ42.
İmam: “Tovzihul-məsail”, məsələ 846.
Bəhcət, Xamenei, Sistani, Məkarim.
Məsələ 152: Kişilərə məxsus olan paltar dedikdə məqsəd o paltarlardır ki, adətən yalnız kişilər onu geyir, qadınlara məxsus olan paltar dedikdə məqsəd o paltarlardır ki, adətən qadınlar onu geyinir.
İmam, Bəhcət, Xamenei, Sistani, Fazil, Məkarim:
Məsələ 153: Məxsus libas dedikdə, məqsəd hər o şeydir ki, ona paltar aid edilə bilsin, istər geyinəndən sonra görünsün, misal üçünk çadra, yubka, məqnə, yaxud uzun corab – kişilər üçün, yaxud qadınlar üçün pencək, şalvar, kişi ayaqqabısı və s. istərsə də geyinəndən sonra görünməsin, misal üçün: kişilərin alt paltarı qadınlar üçün, yaxud qadınların alt paltarı kişilər üçün.
İmam və Fazil: İstifta.
Bəhcət: Əgər qadına məxsus olan paltarı kişi geyinsə, yaxud kişiyə məxsus olan paltarı qadın geyinsə, ona şöhrət libası deyilərsə haramdır, əks halda ehtiyat-vacibə görə onu geyinməkdən çəkinmək lazımdır. “Tovzihul-məsail”, məsələ 711.
Xamenei: Onu özü üçün libas seçməyincəyə qədər işkalı yoxdur. İstifta.
Sistani: Əgər kişi qadın paltarı və qadın kişi paltarı geyinsə, əgər bunu özlərinin şəni qərar versə və özlərini bir-birinin formasına salsalar, ehtiyat-vacibə görə haramdır. “Tovzihul-məsail”, məsələ 854
Məkarim: Geyinəndən sonra görünməyən, başqasına məx­sus paltarı geymək (alt paltarları kimi) işkalsız­dır. İstifta.
Məsələ 154: Müctehidlərin dediyi ehtiyat-vacibə görə kişinin qadın paltarı geyməsi fətvası ilə əla­qədar aşağıdakı suallar yaranır:
a) Bu cür geyinmə cəmiyyət arasında nəzərdə tutulur, yoxsa xəlvət olan yerlərdə də işkalı vardır?
b) İşkal olduğu fərz edilən halda qadınlara məxsus olan şəpiklərin geyilməsi kişilər üçün işkallı­dır­mı?
“a” bəndinin cavabı: Cəmiyyət arası ilə xəlvətdə olmağın arasında heç bir fərq yoxdur.
“b” bəndinin cavabı: Əgər məxsus libas hesab olunsa, əhvətə (ən çox ehtiyata) görə caiz deyildir (ehtiyat-vacib).
İmam: “Əhkami banovan” kitabının istiftaatı, səh.36.
Fazil: İstifta.
Bəhcət:
“a” bəndinin cavabı: Ehtiyat-vacibə görə, xəlvətdə də caiz deyildir.
“b” bəndinin cavabı: Əgər camaat arasında geyim he­sab olunursa, caiz deyildir. Əks halda, şəpik kimi geyin­məyin işkalı yoxdur. İstifta.
Xamenei:
“a” bəndinin cavabı: Cəmiyyətlə xəlvətin arasında heç bir fərq yoxdur.
“b” bəndinin cavabı: İşkalı yoxdur. İstifta.
Sistani:
“a” bəndinin cavabı: Əgər kişi və ya qadın özünü bir-birinin formasına salarsa, ehtiyat-vacibə görə, hətta xəlvətdə də caiz deyildir.
“b” bəndinin cavabı: Sadəcə şəpik geyilməsinin işkalı yoxdur. İstifta.
Məkarim:
“a” bəndinin cavabı: Xəlvətdə başqasına məxsus olan libası geyməyin işkalı yoxdur.
“b” bəndinin cavabı: İşkalı yoxdur. İstifta.
Məsələ 155: Məxsus paltarın geyilməsi ehtiyat-va­cibə görə haramdır, istər xəlvətdə olsun və bir kəs in­sanı görməsin, istərsə də cəmiyyətdə olsun və bu halda hök­mün haramlığı baxımından görən şəxsin kişi, ya qadın, məhrəm, ya naməhrəm olması arasında heç bir fərq yoxdur.
İmam: “Əhkami banovan” kitabından istifadə etməklə, səh.36.
Bəhcət: Xəlvətdə onun haramlığı məhəlli-təəmmüldür (sübuta yetməmişdir). İstifta.
Xamenei: Qadın və kişidən hər biri digərinin paltarını özü üçün paltar qərar versə ehtiyat-vacibə görə caiz deyildir və bu məsələdə cəmiyyətlə xəlvətin arasında fərq yoxdur. İstifta.
Sistani: Əgər kişi və ya qadın özünü bir-birinin formasına salsa, ehtiyat-vacibə görə, caiz deyildir və bu məsələdə yuxarıda qeyd olunan halların arasında heç bir fərq yoxdur.
Məkarim: Bu ehtiyat, vacib deyildir. İstifta.
Məsələ 156: Müştərək, yəni camaat arasında həm kişilərin, həm də qadınların geydiyi paltarlar (şalvar, yaxud bəzi köynəklər və sair) paltarları geyinməyin kişi və qadın üçün işkalı yoxdur.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta.
Diqqət: Paltarların kişi və yaxud qadın paltarı olması adı o paltarı onlardan birinə məxsus etmir, əksi­nə onun işlədilməsi yalnız kişilərin vasitəsilə, yaxud təkcə qadınların vasitəsilə olduqda məxsus paltar ad­lanır. Misal üçün, evdə camaat arasında həm ki­şi­lərin, həm də qadınların istifadə etdikləri şə­pik­lər onların hər biri üçün işkalsızdır, hətta o şəpiklər qadın şəpiyi, yaxud kişi şəpiyi adlansa belə. Amma əgər şəpiklər elə bir növdən olsa ki, camaat arasında yalnız qadınlar onu geysə (əvvəlki sualda fərz olunan halda qeyd olunan şəpiklər kimi) kişilərin ondan istifadə etməsi, hətta bir anlığa, yaxud aşpazxanadan bir şeyi gətirmək üçün olsa belə, caiz deyildir.
Məsələ 157: Birinə (ya qadına, ya da kişiyə) məxsus olan paltarı geymək hər bir məqsədlə olsa caiz deyildir, ehtiyat-vacibə əsasən, yoxlamaq üçün olsun, istərsə də teatr, kino yerlərində rol oynamaq üçün, istər özünü göstərmək üçün və sair olsa belə.
İmam və Fazil: İstifta.
Bəhcət: Qadınlara məxsus olan paltarların kişilər üçün, həmçinin kişilərə məxsus olan paltarın qadınlar üçün geyilməsi haramdır. Lakin haram olmaq şöhrət paltarına daxil olmayınca məhəlli-təəmmüldür (sübuta yetməmişdir): “Tovzihul-məsail”, məsələ 711 və İstifta.
Xamenei: Teatr və kino-klublarda fəsada səbəb olmazsa, caiz olması uzaq nəzər deyil. İstifta.
Sistani: Hər bir məqsədlə qadın və ya kişi özünü digərinin heyətinə və formasına salsa, ehtiyat-vacibə görə, caiz deyil. İstifta.
Məsələ (Sual) 158: Kişilər qadınlara məxsus olan bəzək əşyalarından, o cümlədən üzük, saat, bilərzik, kəmərbənd, boyunbağı, qayış və s. istifadə edə bilərmi? Bunu da nəzərə alaq ki, qadınlara məxsus olan paltarların kişilər üçün geyilməsi caiz deyildir?
Bəhcət: Kişi və qadının hər birinin digərinin zinəti ilə bəzənməsi haramdır. “Tovzihul-məsail”, məsələ 711.
Xamenei: Əgər qızıl cinsindən olsa, yaxud istifadəsi yalnız qadınlara məxsus olan şeylərdən olsa, kişilər üçün onlardan istifadə etmək caiz deyildir. İstifta.
Sistani: Əgər sarı qızıldan olsa haramdır, əgər qızıl olmasa, ehtiyat-vacibə görə caiz deyildir.
Fazil: Əgər qadının özünü kişiyə, yaxud kişinin özünü qadına oxşatması sayılsa caiz deyildir. “Camiül-məsail”, cild, 2, sual 1071.
Məkarim: Əgər qızıl olmazsa və fəsada da səbəb olmazsa işkalı yoxdur.
Məsələ 159: Qadının öz saçını qısaltması və nəticədə kişiyə oxşaması, yaxud kişilərin öz saçlarını uzadıb qadına oxşatmasının hökmü nədir?
Bəhcət və Fazil: Əgər qadının özünü kişiyə oxşatması, yaxud kişinin özünü qadına oxşatması hesab olunarsa, caiz deyil.
Məkarim: İşkallıdır. İstifta.
Bəhcət: İstifta.
Fazil: “Camiül-məsail”, cild, 2, sual 1071.
3-Təhrikedici libas
Məsələ 160: Camaat arasında (şəhvəti) təhrik edən və naməhrəmlərin diqqətini cəlb edən paltarların geyil­məsi haramdır. İstər qadın üçün, istərsə də kişi üçün.
İmam: “Əhkami banovan” kitabının istiftasından istifadə etməklə, səh.37.
Bəhcət, Xamenei, Sistani: İstifta.
Fazil: “Camiül-məsail”, cild, 2, sual 1067.
Təbrizi: Əgər qadın zinət hesab olunan bir paltar geyərsə o libası da naməhrəmdən örtməlidir. İstifta.
Məkarim: İnsanın abır-heysiyyətinin getməsinə səbəb olan, yaxud fəsad mənşəyi olan paltarların geyilməsi işkallıdır. “Tovzihul-məsail”, məsələ 771.
Məsələ 161: Paltarın təhrikedici olması istər rən­ginə görə olsun, istər moduna (dəbinə) görə, istərsə də libasın materialına görə, yaxud hər hansı digər şeyə görə olsa da, fərqi yoxdur. Buna görə də bəzən mümkündür ki, yaylıq, manto, məqnəə, yaxud ayaqqabı qadın üçün bir for­mada olsun ki, naməhrəmlərin nəzərini cəlb və (şəh­vət hissini) təhrik etsin. Bu halda onu geymək caiz deyildir.
İmam, Bəhcət, Sistani, Xamenei, Fazil, Məkarim: Əvvəlki məsələlərin mənbələrindən istifadə etməklə.
İzah: Təhrikedici dedikdə, ayrı-ayrı fərdlər deyil, ümumiyyətlə növ nəzərdə tutulur. Yəni camaat arasında təhrikedici olması nəzərdə tutulur ki, onun geyilməsi caiz deyildir. Ola bilsin ki, bir, yaxud bir neçə nəfər bu işdən təhrik olmasın.

* NƏTİCƏDƏ: Bəzi tor əlcəklər, çadralar, yaxud nazik tordan ibarət olan baş örpəkləri geymək, yaxud gül və sair kimi şeyləri paltara vurmaq, yaxud bəzi zinət alətlərini asmaq, o cümlədən zər tikmək, baş örpəyinə tordan olan bəzi şeylər tikmək, yaxud çadraya, yaxud mantoya və sair, paltarın xüsusi yerlərində müəyyən düymələr qoymaq, paltarın düymələrini açıq saxlamaq, hətta onun altında paltar olsa belə və s. – bütün bunlar əgər təhrikedici olsa və naməhrəmlərin diqqətini cəlb etsə, haramdır və onları geyməkdən çəkinmək lazımdır.
4-Qəsbi paltar
Məsələ 162: Qəsbi paltarı geymək caiz deyildir və şərən haramdır, onunla qılınan namaz batildir.
İmam: “Ürvə”, namaz qılanın paltarının şərtləri, 2-ci şərt.
İmam: “Tovzihul-məsail”, məsələ 815.
Bəhcət: “Tovzihul-məsail”, 686-cı məsələdən istifadə etməklə və İstifta
Xamenei: İstifta.
Sistani: “Minhacus-salihin”, “səlat” bölməsi, məsələ 521.
Təbrizi: Əgər hal-hazırda satir olan paltar qəsbi olar­sa, namaz onunla batildir. “Minhacus-salihin”, 521-ci məsələdən qabaq.
Fazil və Məkarim: Qəsbi paltarı geymək haramdır və ehtiyat-vacibə görə onunla namaz qılmaq batildir.
Fazil: “Tovzihul-məsail”, məsələ 821k “Ürvə”, namaz qılanın paltarının şərtləri, 2-ci şərt.
Məkarim: “Tovzihul-məsail”, məsələ 746k “Ürvə”, Namaz qılanın paltarının şərtləri, 2-ci şərt.
Məsələ 163: Əgər paltar qəsbi pulla alınmış olsa qəsbi paltar hökmünə malikdir və onu geymək caiz deyil­dir.
İmam, Bəhcət, Fazil, Məkarim: “Ürvə”, namaz qılanın paltarının şərtləri, 2-ci şərtdən istifadə etməklə.
Təbrizi: Əgər camaat arasında qayda olan kimi paltarı külli (ümumi) bir qiymətə alsa və qəsbi pul malın qiymətini ödəmək ünvanı ilə verilsə, bu paltarda təsərrüf etməyin işkalı yoxdur və onunla qılınan namaz səhihdir. Hərçənd malın qiymətini ödəmək üçün verdiyi qəsbi pula zamindir və onu sahibinə qaytarmalıdır.
İstifta.
Sistani: “Minhacus-salihin”, səlat bölməsi, məsələ 521.
Məsələ 164: Əgər paltarın bir hissəsi qəsbi olsa da onu geymək caiz deyildir, hətta əgər onun bir sapı, yaxud bir düyməsi, yaxud zamoku, yaxud astarı da olsa belə.
İmam, Fazil, Məkarim: “Ürvə”, namaz qılanın paltarının şərtləri, 2-ci şərtdən istifadə etməklə.
Bəhcət: “Tovzihul-məsail”, 688-ci məsələdən istifadə etməklə.
Sistani: “Minhacus-salihin”, “səlat” bölməsi, məsələ 521.
Məsələ 165: Xums borcu olan şəxslərin xumsu verilməmiş pulun eyni ilə aldıqları hər bir libas qəsbidir və onu geymək caiz deyildir. Onunla qılınan namaz da batildir. Yalnız şəriət hakimindən, yaxud onun nümayəndəsindən icazə aldığı hallar istisna olunur.
İmam, Fazil, Məkarim: “Ürvə”, namaz qılanın paltarının şərtləri, məsələ 9.
Bəhcət: “Tovzihul-məsail”, məsələ 691.
Təbrizi: Əgər xumsunu vermədiyi pulun eyni ilə paltar alsa, onunla namaz qılmağın hökmü qəsbi paltarda namaz qılmağın hökmüdür. “Tovzihul-məsail”, məsələ 828.
Sistani: Amma əgər malı xumsu verilməmiş pulun eyninin müqabilində almasa, əksinə bir malı pul ödəmək müqabilində alsa, əgər alıcı pulu xumsu verilməmiş puldan versə, müamilə səhih və işkalsızdır. İstifta.
5-Kafirlərə məxsus olan Paltarlar
Məsələ 166: Yalnız kafirlərin istifadə etdiyi paltarları geymək haramdır.
İmam, Fazil: İstifta.
Bəhcət: Əhvət kafirlərə oxşatmaqdan çəkinməkdir. İstifta.
Xamenei: Ümumi şəkildə, qeyri-müsəlman paltarı he­sab olunan paltarların geyilməsi, yadların azğın mədə­niy­yətlərinin yayılmasına səbəb olarsa, caiz deyildir. Əcvibətül-İstiftaat, cild, 2, sual 300 və istiftadan istifadə etməklə.
Sistani: Əgər küfrün şüarı və məxsus əlaməti hesab olunarsa, caiz deyildir. İstifta.
Məkarim: Kafirlərin mədəniyyətinin yayılmasına səbəb olan təqdirdə caiz deyildir, bundan qeyri hallarda eybi yoxdur.

* NƏTİCƏDƏ: Pankilərə məxsusluğu ilə məşhur olan paltarlar, yaxud keşişlərin və rahiblərin paltarı, yaxud hinduların və bə’zi kafir qəbilələrinin məxsus paltarı olmaqla məşhur olan paltarların hamısı bir müsəlman şəxs üçün istər kişi olsun, istərsə də qadın, caiz deyildir.
Məsələ 167: Müsəlmanlarla kafirlər arasında müş­tərək olan paltarları geyməyin işkalı yoxdur.
İmam, Bəhcət, Təbrizi Xamenei, Sistani, Fazil, Məkarim: İstifta.
Məsələ (Sual) 168: İslam nəzərində qalstuk taxmağın hökmü nədir?
Bəhcət: Özünü yadlara oxşatmaq ehtiyatın əksinədir. İstifta.
Təbrizi: Mömin şəxs üçün layiq deyildir ki, onu möminlərin şənindən çıxaracaq paltarlar geysin. İstifta.
Xamenei: Ümumi şəkildə qalstuk, yaxud qeyri-müsəlmanlara məxsus olan paltar sayılan şeyləri geymək, belə ki, onların geyilməsi yadların azğın mədəniy­yət­lərinin yayılmasına səbəb olarsa, caiz deyildir.
Əcvibətül-İstiftaat, cild, 2, sual 300 və istiftadan istifadə etməklə.
Sistani: Öz-özlüyündə onun haramlığına heç bir dəlil yoxdur. İstifta.
Fazil: Qalstuk məsihilərə aiddir və onların şüarıdır. Buna görə yaxşı olar ki, müsəlmanlar ondan çəkinsinlər. Baxmayaraq ki, onun müsəlmanlar arasında yayılması nəticəsində bu yöndən xaric olmuşdur.
“Camiül-məsail”, 253 və 2237-ci məsələlər.
Məkarim: Bizim ölkə kimi mühitlərdə qalstukdan istifadə etmək işkallıdır, lakin ümumi və adi bir paltar hesab olunan ölkələrdə eybi yoxdur. İstifta.
Cəmiyyətdə kişi-qadın münasibətlərinin ŞƏRİ HÖKMLƏRİ – Seyyid Məhəmməd Məsud Məsumi,

 


more post like this