İslam maarifi qadına belə dəyər verir! Ki, əgər ailə və həyat yoldaşına xidmət etsə Mücahid fi səbilillahdır. Amma qadın bilməlidir ki, ailə həyatında əgər bəzi əməlləri və xüsusiyyətiləri özündən uzaq etməsə Allah eləməmiş ailə və həyat yoldaşını incitmiş olar. O xüsusiyyətlər ki, ailə mühitinə mənfi təsir edir İbarətdirlər:
1. Ərinə əziyyət vermək.
Qadın ərinə əziyyət verəndə, kişi də müvafiq reaksiyalar verir. Bu keşməkeşdə səbir etmək və güzəşt etmək çox çətindir. Belə olan zaman məhəbbət və itaət, yerini nifrətə və itaətsizliyə verər. İmam Sadiq (ə) buyurur: “O qadın ki, dünyada ərini incidər, (ərinin) behişt hurilərindən olan həyat yoldaşı deyər: “Allah səni öldürsün! Onu incitmə! Çünki o, sənin yanında qonaqdır və tezliklə səni tərk edəcək və bizim yanımıza gələcəkdir”.

2. Ərinə təşəkkür etməmək.
Qadının ərinin sevgisinə ehtiyacı olduğu kimi, kişinin də qadının təşəkkürünə ehtiyacı vardır. Ona görə də o zaman ki, qadın ərinə təşəkkür etməz, bu, onların arasında olan rabitəni sındırar. Qadın əgər deyinən və gileylənən olarsa, kişi daha çox əziyyət çəkər. Hədislərin bir çoxu belə qadınları məzəmmət edir. “Allah o qadına ki, ərinə təşəkkür etməz, (lütf və rəhmətlə) baxmaz”. Yaxud: “O qadın ki, ərinə deyər: “Mən heç bir zaman sənə görə xeyir görməmişəm” – əməlləri bada gedər””.

3. Həyat yoldaşından yersiz şeylər istəmək.
Kişi ailənin rəhbəri kimi həmişə onun əsas ehtiyaclarını ödəməyə çalışar. Ancaq o zaman ki, kişi iqtisadi cəhətdən əziyyət çəkər və evə lazım olan qədər qazanc gətirməzsə, pis vəziyyətdə qalar. Bəzən belə bir ailədə yaşayan qadınlar ərlərinin vəziyyətini bildikləri halda, onlardan mümkün olmayan bir şey istəyirlər. Belə bir qadın əgər istəklərini azaltsa və ərinə dəstək olsa, vəziyyəti yüngülləşdirə bilər. Əks halda isə bu hal ailənin süqut etməsinə səbəb olar. Hədislərin nəzərində qadın kişini gücü çatmadığı şeylərə vadar etməməlidir: “O qadın ki, ailə xərclərinə görə ərinə təzyiq göstərər və gücündən artığına məcbur edərsə, Allah ondan nə tövbə qəbul edər, nə kəffarə. Məgər o halda ki, tövbə edər və qayıdar və ondan bacardığı qədərini istəyər”.

4. Ərinə minnət qoymaq.
O qadınlar ki, sərvətləri və ya ailə vəziyyətlərinə görə ərinə minnət qoyarsa, bilməlidir ki, bu işi şirin ailə həyatını acı edər. Hədislərdə bu qeyri-əxlaqi əməl şiddətlə pislənmişdir: “Əgər qadın yer üzündəki bütün qızıl və gümüşü ər evinə aparsa, sonra günlərin bir günü onun üzünə vurarsa və deyərsə ki: “Sən kimsən? Bu, mənim malımdır” – əməlləri bada gedər. Baxmayaraq ki, ən abid insan olsa belə. Məgər o halda ki, tövbə edər və ərindən üzr istəyər”.

5. Ərlə mehriban olmamaq.
Bəzən ərin rəftar və əməlləri xanımı tərəfindən qəbul olunmur. Ancaq onların bu rəftarını islah etməyin yolu – mülayimlik və mehribançılıqdır. Bu işi bir gündə və bir ayda etmək mümkün deyildir. Bu iş səbir istər və qadın gərək siyasətlə ərini bu rəftardan çəkindirə bilsin. Lakin hər bir insan kimi, qadın da ərinin tez dəyişməsini istəyər və buna nail olmayan zaman münaqişələrə başlayar və bu da ailə bağlarını qırar. İmam Əli (ə) buyurur: “Ən pis həyat yoldaşı – o qadındır ki, uyuşmaz”.

6. Ərindən başqası üçün bəzənmək.
Bir qadının başqaları üçün bəzənməsi ailəyə ziyan vuran ən mühüm amillərdəndir. Həzrət Peyğəmbər (s) buyurur: “Heç bir qadına halal deyildir ki, biləyini və ayağını ərindən başqası üçün aşkar etsin. Nə zaman belə etsə, davamlı olaraq Allahın lənətinə səbəb olar. Allah ona qəzəblənər və mələklər ona lənət edər. Onun üçün ağrılı əzab hazırlayarlar”. Allah Təala bütün xanımları mübarək dinimizin tövsiyələrinə əməl edənlərdən qərar versin. Deyerler.org/

sualcavab.ge/tf


more post like this