İslamtimes – Allah-taala gözəlliyə meyli insanlara verdiyindən bəzənib-düzənmə qadınlar üçün təbii istəkdir. Əgər qadın evdə öz həyat yoldaşı üçün bu işi görərsə, ailədə məhəbbət artar. Amma, qadının bəzənib küçəyə çıxması ailənin möhkəmliyini sarsıdıb,cəmiyyətimizi fitnə-fəsad pəncəsinə atır.
Islamtimes
Qadın-kişi münasibətləri Allahın adı ilə
Cəmiyyətimizdə diqqət yetirməli olduğumuz seçilmiş mövzulardan biri də qadın – kişi (naməhrəm) münasibətləri və bununla bağlı irəli gələn problemlərdir.

Dinimizdə baxmaq ,söhbət etmək,gəzintiyə çıxmaq, görüşmək,gülmək ,bir sözlə həyatın hər bir sahəsinin ayrı ayrılıqda çərçivə və hüdudları vardır.Dövrümüzdə insanlar nəinki bu qayda qanunlara riayət etmir hətta,qadın və kişi münasibətlərində həddi o qədər aşmaqdadırlar ki,bu üzdən ölkəmizdə cinayət,təcavüz,əxlaqsızlıq,intihar kimi bir çox fəsad və bədbəxtçiliklərlə dolu hadisələr gün keçdikcə artmaqdadır.

İslam şəriətindən uzaqlıq və xəbərsizliyin nəticəsidir(başlıca səbəblərdən yalnız biri budur) ki,küçələrə və uşaq evlərinə atılan qeyri-qanuni (zinadan) dünyaya gəlmiş günahsız körpələrimiz var.Əksər xoşagəlməz hadisələrin mənbəyini araşdırmağa çalışsaq kökünün naməhrəm qadın-kişi münasibətlərinə söykəndiyini görə bilərik.

Fikrimcə uzun-uzadı araşdırmağa belə ehtiyac yoxdur.Paytaxt şəhərimizdə metro stansiyalarına,gözəl parklarımıza,toy məclislərinə,dənizkənarı bulvarımıza və hətta,təhsil ocaqlarına gözucu bir nəzər salmaq kifayətdir ki,bir qism yeniyetmə və cavanların,qadın və kişilərin ürək ağrıdan,bəzən də utancverici halından xəbərdar olaq.

Əlbəttə,rayon və kəndlərimizdə də bu məsələ ilə bağlı özünəməxsus problemlər var.Məsələn: Hələ də bir çox bölgələrimizdə gəlinin qaynata yanında(qaynata məhrəm olduğu halda) başı açıq gəzməsinin böyük ədəbsizlik və günah kimi bilindiyini nəzərə alsaq,lakin naməhrəm qarşısına bəzənib düzənib çıxması heç də eyib sayılmır.Bəlkə bəziləri özünü öz məhrəmləri(ata,qardaş,qaynata və s.) arasında xürafi iffət çərçivəsinə saldığı halda,naməhrəmlər arasında bütün gözəlliklərini nümayiş də etdirir.Bir çoxlarına bu sözüm toxunsa da necə deyərlər: “Gəlin əyri oturub düz danışaq!”Görəsən yüzdən neçə xanım evdə həyat yoldaşı üçün özünə bəzək – düzək verməyi üstün tutur?Yoxsa yad və xəyanətkar baxışlar daha mühüm olub?Azdırmı evdə baxımsız qalıb,çölə çıxarkən saatlarla güzgü qarşısında dayanan qadınlar?

Allah-taala gözəlliyə meyli insanlara verdiyindən bəzənib-düzənmə qadınlar üçün təbii istəkdir. Əgər qadın evdə öz həyat yoldaşı üçün bu işi görərsə, ailədə məhəbbət artar. Amma, qadının bəzənib küçəyə çıxması ailənin möhkəmliyini sarsıdıb,cəmiyyətimizi fitnə-fəsad pəncəsinə atır. Küçədə yüzlərlə bəzənmiş qadınlarla rastlaşan kişi öz həyat yoldaşına qarşı biganə olur.

Subay insanlar isə ehtirası oyadan mənzərələrlə qarşılaşdıqda psixoloji rahatlığını itirir. Gördüyü mənzərələrdən ehtirası alovlanmış insanların bəziləri özünü cilovlaya bilir, bəziləri isə hətta cinayət yolu ilə də olsa, bu ehtirası söndürməyə çalışır. Ehtirası alovlanmış bəzi gənclər evdən qaçır, özünü öldürür, müxtəlif cinsi xəstəliklərə yoluxur.

Əbəs yerə deyil ki,dinimiz qadın və kişinin naməhrəmlərlə münasibətində daha diqqətli olmasını,İslam şəriəti çərçivəsindən kənara çıxmamağı əmr etmişdir.Doğrudur,ailə qurmaq istəyi ,iş ortamı,qohumluq əlaqələri,təhsil ocaqlarının şəraiti,bəzən də nəfsi istəklər səbəb olur ki,naməhrəmlərlə əlaqə qurulsun.Amma,bunlar münasibətləri ifrat həddinə çatdırmaq üçün dəlil olmamalıdır.

Bəşəriyyətin düz və haqq yoldan çıxmasının əsas amili onun, hansısa bir dəyərə üz tutaraq onu şişirtməsi və ona qapılmasıdır. Bu, bütün digər dəyərlərin məhv olmasına səbəb olur.Elə bu üzdən insanlar münasibətlərində də İslam şəriətindən kənara çıxmadan orta həddi tutmalı,ifrat və təfrit yolundan uzaq durmalıdırlar!

“Еy Pеyğәmbәr! Mömin kişilәrә dе ki, gözlәrini hаrаm еdilmiş şеylәrdәn çеvirsinlәr (nаmәhrәmә bахmаsınlаr), аyıb yеrlәrini (zinаdаn) qоrusunlаr. Bu оnlаrın pаklığı üçün dаhа yахşıdır. Şübhәsiz ki, Аllаh оnlаrın nә еtdiklәrindәn хәbәrdаrdır! Möminә qаdınlаrа dа dе ki, gözlәrini (hаrаm bахışlаrdаn) örtsünlәr vә аyıb yеrlәrini (zinаdаn) qоrusunlаr…Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini(boyun,sinə,saç və….),görünən (üst paltarları,əl və üz kimi)istisna olmaqla,üzə çıxarmasınlar…..”(Nur30-31)

http://www.islamtimes.org


more post like this