Həzrət Əmirəl-möminin (ə) buyurur: “Xoş olsun o insanlara ki, Qiyaməti və qayıtmağı yada salarlar. Hesab üçün iş görərlər. Ruzilərinə qənaət edərlər, Həzrət Haqqdan razı olarlar”.
Qənaət – imandan və sərvətin köküdür
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Qənaətli insan dünyanı öz məbudu və ya bütü qərar verməz. Əksinə, bu cür insan hər növ dini fəaliyyətlərin ardınca olar. Qənaətcil insan bir an belə Allahdan qafil olmaz, insanların haqqını tapdalamaz. Qənaət həqiqətdə haramla insanın arasında olan hasardır.
Qənaət əhli dünyanı axirət üçün tarlaya çevirərlər. Qənaətcil insan qazandığı puldan ailəsinin və özünün ehtiyacı olan qədərini istifadə edər və qalanının xüms və zəkatını verər. İnfaq etməkdən çəkinməz. Qənaət əhli alış-verişlə məşğul olan zaman Allahı yaddan çıxartmazlar. Gecə və gündüz Haqqın xidmətində olarlar.
Qənaətcil insanın evi məscid kimi olar. Nəfəsləri və sözləri təsbih, gecə və gündüzləri isə nur lütfünə, İlahi rəhmətə qərq olar. “(Bu ilahi nur) Allahın (ad, məqam və binalarının) ucaldılmasına və orada Öz adının çəkilməsinə icazə verdiyi evlər (məscidlər və məsumların məqbərələrin)dədir. Həmin evlərdə səhərlər və axşamlar Onu pak sifətlərlə mədh edərlər”. (“Nur” 36).
“Hər kim kişi yaxud qadın imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. (“Nəhl” 97). Bu ayədə adı çəkilən pak həyat haqqında Həzrət Peyğəmbərə (s) sual verəndə buyurur: “Təyyibə həyat dedikdə məqsəd – qənaət, Allah ətasına razılıq göstərməkdir”. İmam Əli (ə) buyurur: “Təyyibə həyat – qənaətdir”.
Həzrət Əmirəl-möminin (ə) buyurur: “Xoş olsun o insanlara ki, Qiyaməti və qayıtmağı yada salarlar. Hesab üçün iş görərlər. Ruzilərinə qənaət edərlər, Həzrət Haqqdan razı olarlar”.

İmam Əli (ə) buyurur:

“Qənaətli insanın vəziyyəti necə də gözəldir”.

“Hərisliyindən qənaətlə intiqam al, necə ki, düşmənindən qisasla intiqam alırsan”.

“Ən şükür edən insan – qənaət edənidir. Naşükürləri isə nemətlərə qarşı tamahkarlıq edənlərdir”.

“Padşahlıq qənaətdədir”.

“Necə gözəldir o insan ki, azla qənaətlənər”.

“Nəfsin izzəti – qənaətlədir”.

“Qənaət elə bir qılıncdır ki, kütləşməz”.

“Ən gözəl ümmətim – qənaətli, ən pisi isə tamahkarlardır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Qənaət elə bir sərvətdir ki, bitməz”.

“Qənaət ehtiyacsız edəndir”.

“Qənaət edin ki, ehtiyacsız olasınız”.

“Qənaətcil ehtiyacsızdır, baxmayaraq ki, ac və paltarsızdır”.

“Qənaət – sərvətin köküdür”.

“Qənaət kimi ehtiyacsız edən sərvət yoxdur”.

“Qənaətin meyvəsi – izzət və abırdır”.

http://www.abna.ir


more post like this