509. Qəm

1545. Məsih (ə) :«Çox qəmli olanın bədəni xəstə olar.»[1]

1546. İmam Əli (ə):«Qəm-kədər  qocalığın yarısıdır.» [2]

1547. İmam Əli (ə):«Qəm bədəni əridər.» [3]

1548. İmam Sadiq (ə):«Xəstəliklər bədənin naxoşluğu olduğu kimi, qəm-qüssələr də qəlbin naxoşluğudur.» [4]

 

510. Qəm gətirən amillər

1549. Allahın Peyğəmbəri (s):«Gözü xalqın əlində olan kəsin qəm-qüssəsi uzun və təəssüfü çox olar.» [5]

1550. Allahın Peyğəmbəri (s):«Nə çoxdur özündən sonra uzun qəm-qüssə qoyan bir anlıq keçici istək və ləzzətlər.» [6]

1551. İmam Əli (ə):«Kim ziyan vurmaq qüdrəti olmadığı şəxsə qəzəblənsə, qəmi uzun və özünə əzab vermiş olar.»[7]

1552. İmam Əli (ə):«Həsəd çəkən şəxs qədər məzluma daha çox oxşayan zalım görmədim. Onun canı yorğun, qəlbi narahat və qəm-qüssəsi daimidir.» [8]

1553. İmam Əli (ə):«Əməlində səhlənkarlıq edən qəm-qüssəyə düçar olar.» [9]

1554. İmam Əli (ə):«Hövsələsizlik etməkdən çəkin ki, o ümüdü kəsər, əməli zəiflədər və qəm gətirər.»[10]

 

511. Qəm-qüssəni aparan amillər

Quran

«Bilin ki, Allahın dostlarına qorxu yoxdur və onlar qəmli olmazlar.» [11]

 

Hədis

1555. Allahın Peyğəmbəri (s): «Allah öz hikmət və lütfünə əsasən rahatlığı və şadlığı yəqinlik və razılıqda,  qəm-qüssəni şəkkdə və (Allahdan) narazı olmaqda qərar verdi.» [12]

1556. Allahın Peyğəmbəri (s):«Ey insanlar! Dünya qəm sarayıdır, şadlıq sarayı deyil. Çətinlik sarayıdır, rahatlıq sarayı deyil. Beləliklə, onu tanıyan şəxs ümidlə şad və çətinliklə qəmgin olmaz.»[13]

1557. Allahın Peyğəmbəri (s):«La hövlə və la qüvvətə illa billah» cümləsi doxsan doqquz dərdə şəfadır ki, onların ən sadəsi qəm-qüssədir.» [14]

1558. İbni Abbas: «Allahın Rəsulunun (s) sözündən sonra, heç bir sözdən Əli ibn Əbutalibin (ə) mənə yazdığı məktub qədər bəhrələnmədim. O mənə yazmışdı: (Allaha həmd etdikdən sonra buyurdu) «İnsan, çata bilmədiyi bir şeyə çatmadığına görə qəmlənir və çatması mümkün olmayan bir şeyə çatdığına görə sevinir. Öz axirətindən bir şeyə çatanda şad ol və öz axirətindən bir şeyi əldən verməyinə qəmlən. Öz dünyandan bir şeyə yetişəndə sevinmə və ondan bir şeyi itirməyinə kədərlənmə. Öz qəm-qüssəndən, ölümdən sonra üçün istifadə et. Vəssəlam.» [15]

1559. İmam Əli (ə): «Yəqinlik qəm-qüssəni necə də gözəl yox edir.»[16]

1560. İmam Əli (ə): «Paltarları yumaq qəm-qüssəni aparar.» [17]

1561. İmam Sadiq (ə):«Əgər hər şey qəzavü-qədərə bağlıdırsa, onda qəm-qüssə nəyə lazım?» [18]

1562. İmam Sadiq (ə):«Peyğəmbərlərdən biri Allahın dərgahına qəm-qüssədən şikayət etdi.  Allahdan ona əmr gəldi ki, üzüm yesin.» [19]

1563. İmam Sadiq (ə):«Hər kəs özündə qəm-qüssə hiss etsə və bunun səbəbini bilməsə başını yusun.» [20]

 

512. Zahirən dəlili olmayan şadlıq və qüssənin səbəbi

1564. Əbu Bəsir:«Şiələrdən biri ilə İmam Sadiqin (ə) yanına gəldik. O Həzrətə (ə) ərz etdim:«Sənə fəda olum, ey Allah Rəsulunun övladı! Mən (bəzən) səbəbini bilmədən qəmgin və qüssəli oluram! İmam Sadiq (ə) buyurdu:«O qəm və şadlıq bizdən sizə yetişir. Əgər bizə bir qüssə və ya şadlıq üz verərsə sizə də çatar. Çünki, biz (Əhli-Beyt) və sizlər Allahın nurundanıq.»[21]

1565. «Biharul-ənvar» kitabından:«Rəvayət edirlər ki, Alimdən (ə) soruşdular:«Bir nəfər səbəbini bilmədən qəmgin olur? Buyurdu:«Əgər ona qəm yetişsə bilsin ki, qardaşının qəm-qüssəsi var. Eləcə də, səbəbsiz yerə şad olsa da bu cürdür. Buna görə, qardaşların haqlarını yerinə yetirməkdə Allahdan kömək diləyirik.» [22]

 

513. Bəyənilən qəm-qüssə

1566. Allahın Peyğəmbəri (s) :«Allah-taalaya uzun qəm-qüssə kimi (Allahın bəyəndiyi) bir şeylə ibadət olunmayıb.»[23]

1567. İmam Səccad (ə) :«Allah-taala qəmli qəlbləri sevər.» [24]

1568. İmam Sadiq (ə) :«Mömin səhərini, axşamını qəm-qüssə ilə keçirər və bundan başqa onun üçün xeyirli, məsləhətli bir şey yoxdur.» [25]

1569. İmam Sadiq (ə) :«Bizdən ötrü narahatlıq keçirən və bizə yetişən zülmə görə qəmli olan kimsənin nəfəs çəkməyi (Allaha) təsbih və bizə görə qəmlənməyi ibadətdir.» [26]

 

 

 

 

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 



[1] Əmali-Səduq, səh.436, hədis 3

[2] Tuhəful-Uqul, səh.214

[3] Ğurərul-Hikəm, hədis 1039

[4] Əd-Dəvat, səh.118, hədis 276

[5] Əlamud-Din, səh.294

[6] Əmali-Tusi, səh.533, hədis 1162

[7] Tuhəful-Uqul, səh.99

[8] Biharul-Ənvar, c.73, səh.256, hədis 29

[9] Nəhcül-Bəlağə, hikmət 127

[10] Dəaimul-İslam, c1, səh.223

[11] Yunis, ayə 62

[12] Tuhəful-Uqul, səh.6

[13] Əlamud-Din, səh.343

[14] Qorobul-Əsnad, səh.76, hədis 244

[15] Mətalebus-Suul, səh.55

[16] Biharul-Ənvar, c.77, səh.211, hədis 1

[17] əl-Xisal, səh.612, hədis 10

[18] Əmali-Səduq, səh.16, hədis 5

[19] əl-Məhasin, c.2, səh.362, hədis 2262

[20] Əd-Dəvat, səh.120, hədis 284

[21] İləlul-Şəraye, səh.93, hədis 2

[22] Biharul-Ənvar, c.74, səh.227, hədis 20

[23] Məkarimul-Əxlaq, c.2, səh.367

[24] əl-Kafi, c.2, səh.99, hədis 30

[25] Əd-Dəvat, səh.287, hədis 18

[26] əl-Kafi, c.2, səh.226, hədis 16


more post like this