Kamal Zabratlı

Qəlb ismin əzizlər, necə ki, mavi dənizlər

Sahildəki boz qumları oxşar və əzizlər.

 

Naməhrəmə baxmaq da, vurulmaq da günahdır,

Ancaq, bu günah qəlbə çökər, ruhu təmizlər.

 

Hicran uzun olduqca, gözəl qız, bizim evdə

Üst-üstə şeirlər yığılır, sizdə cehizlər.

 

Gəzsən çəməni valeh olar hüsnünə güllər,

Əlvan kəpənəklər səni kölgən kimi izlər.

 

Sevdim, yaxın oldu o qədər ruhuna ruhum,

Bundan yaxın olmur ana bətnində əkizlər.

 

Qəlbimdə bütün sadə olanlar qəliz oldu,

Ömrümdə isə sadələşib getdi qəlizlər.

 

Dərk eylə, Kamal, birdəfəlik diz çökəcəksən

On yeddi dəfə dəyməsə hər gün yerə dizlər.

canderyasi.com


more post like this