Sual :İslam dini qələm və yazıya nə qədər qiymət verir?
Cavab:
“Ələq” surəsinin ilk ayələri nazil olması ilə insan həyatında yeni səhifə açıldı. Peyğəmbərin (səlləllahu əleyhi və alih) “ümmi” (dərs oxumamış) və Hicazın mühitini başdan-başa cəhalət və nadanlıq bürüməsinə baxmayraq, ilk ayələr “elm” və “qələm” məsələsindən bəhs edir. Bu isə, “yaranış və xilqət”in böyük nemətlərindən dərhal sonra xatırlanıb.
Əslində bu ilk ayələr insanın fiziki təkamülünün dəyərsiz bir maddədən – “ələqə” dən başlandığını açıqlayır, digər tətərdən isə qələm, təlim-tərbiyə vasitəsilə onun ruhani və mənəvi təkamülündən söz açır.
Bu ayələr nazil olan günlər yalnız cəhalət içində boğulan Hicaz mühitində deyil, inkişaf etmiş sivilizasiyalarda da “qələm”-ə o qədər də dəyər verilmirdi.
Bu gün isə bütün sivilizasiyaların, elm və texnikanın, hər sahədə əldə olunan nailiyyət və yeniliyinin qələm vasitəsi ilə gerçəkləşməsi hamıya məlumdur. Gerçəkdən də “alimlərin mürəkkəbi” “şəhidlərin qanından” daha yüksək qiymətləndirilir. Çünki şəhidlərin qanının fundamentini və əsaslarını məhz alimlərin qələminin mürəkkəbi təşkil edir. Əsasən insan cəmiyyətlərinin taleyi ilk növbədə “qələmin ucundan” asılıdır.
İnsan cəmiyyətlərində islahatların aparılması mömin və inanclı qələmlər vasitəsilə gerçəkləşir, fəsad, əxlaqsızlıq da zəhərli qələmlərdən doğur.
Bu üzdən Qurani-kərimin qələm və qələmlə yazılanlara and içməsi xüsusi diqqət çəkir. Bu, həm əşyaya, həm də ondan doğan məhsula and içmək deməkdir:
ن وَ الْقَلَمِ وَ ما یَسْطُرُون
«Nun. And olsun qələmə və onun yazdıqlarına!» (1)
Tarixin ən əhəmiyyətli olaylarından biri də xəttin yaranması, qələmlərin kağızlar və yaxud daşların üzərində yazmasıdır. Məhz bu hadisə tarix dövrünü tarixdən öncəki dövrandan ayırdı.
Qələmin kağız səhifəsində dolanması insan taleyində təyinedici rol oynayır, bəşəri cəmiyyətlərin qələbə və məğlubiyyətləri müəyyən edir.
“Qələm” elm və biliyin mühafizəçisi, alim və ziyalıların fikirlərinin keşikçisi, alimlərin fikri bağlılıq telləri, keçmişlə gələcək arasında körpüdür. Hətta səma və yerin əlaqəsi də “lövhə” və “qələm” üzərində qurulub. “Qələm” ayrı-ayrı zaman və məkanlarda yaşayan insanları bir-birinə bağlayır. Sanki tarix boyunca və yer üzünün hər yerində yaşayıb yaratmış bütün mütəfəkkir insanları bir kitabxanada toplaşmış görürsən.
“Qələm” insanın sirr yoldaşı, elmin xəzinədarı, əsirlərin təcrübə mənbəyidir. Quranın ona and içməsə də məhz bu üzdəndir. Belə ki, həmişə olduqca böyük və qiymətli bir şeyə and içilir.
Sözsüz ki, “qələm”, “ma yəsturun” (ما یَسْطُرُون) və yazılanlar üçün bir vasitədir. Quran onların hər ikisinə – həm əşyaya, həm də məhsula and içb.
Bəzi hədislərdə belə deyilib:
إِنَّ أَوَّلَ ما خَلَقَ اللّهُ الْقَلَمَ
“Allahın ən birinci yaratdığı şey qələm idi.”
Bu hədisi, şiə hədis alimləri İmam Sadiqdən (əleyhis-salam) nəql edib. O, məşhur bir hədis kimi əhli-sünnə kitablarında da yer alıb.
Digər bir hədisdə deyilir:
أَوَّلُ ما خَلَقَ اللّهُ تَعالى جَوْهَرَةٌ
“Allahın ən ilk yaratdığı mürəkkəb idi.”
Başqa bir hədisdə də deyilir:
إِنَّ أَوَّلَ ما خَلَقَ اللّهُ الْعَقْلَ
“Allahın hər şeydən öncə yaratdığı əql idi.”
Gördüyümüz kimi bu hədislərdə “mürəkkəb”, “qələm” və “əql”-in arasında olan xüsusi bağlılıq diqqəti cəlb edir və onların “öndə olması” mənası aydınlaşır.
Yuxarıda İmam Sadiqdən (əleyhis-salam) nəql etdiyimiz hədisdə oxuyuruq: Allah-taala qələmi yaradandan sonra ona buyurdu: “Yaz!” O da qiyamətə kimi olub-olacaqları yazdı.
Bu hədisdə “qələm” dedikdə “təqdir qələmi”, “qəza və qədər” nəzərdə tutulsa da, bəşər övladının tale və müqəddəratında qələmin ifa etdiyi rola aydınlıq gətirir.
İslam rəhbərləri neçə-neçə hədisdə öz məsləkdaşlarına öz hafizələrinə arxalanmamağı, islam hədislərini və ilahi elmləri qələmə almağı tapşırardılar ki, gələcək nəsillər üçün yadigar qalsın.
Bəzi alimlər deyiblər:
أَلْبَیانُ بَیانانْ: بَیانُ اللِّسانِ، وَ بَیانُ الْبَنانِ وَ بَیانُ اللِّسانِ تَدْرُسُهُ الاْ َعْوامُ، وَ بَیانُ الاْ َقْلامِ باق عَلى مَرِّ الاْ َیّامِ!
“Bəyan iki formadadır – dilin bəyanı və qələmin bəyanı. Dilin bəyanı zaman keçdikcə köhnəlir və aradan gedir. Qələmin bəyanı isə əbədi həkk olur.”
Həmçinin demişlər:
إِنَّ قَوامَ أُمُورِ الدِّیْنِ وَ الدُّنْیا بِشَیْئَیْنِ القَلَمِ وَ السَّیْفِ وَ السَّیْفُ تَحْتُ الْقَلَمِ
Din və dünya işləri qılınc və qələmin vasitəsilə qalar. Qılınc da qələmin altındadır.
Həzrət Peyğəmbər (s) dolğun mənalı bir hədisdə buyurur:
ثَلاثٌ تَخْرِقُ الْحُجُبَ، وَ تَنْتَهِى إِلى ما بَیْنَ یَدَىِ اللّهِ: صَرِیْرُ أَقْلامِ الْعُلَماءَ، وَ وَطْىُ أَقْدامِ الْمُجاهِدِیْنَ، وَ صَوْتُ مَغازِلِ الْمُحَصَناتِ
“Üç səs hicabları yarıb Allah dərgahına çatar: alimlərin qələmlərinin yazı səsi, cihad meydanında mücahidlərin addımlarının səsi və ismətli qadınların ip əyirən çarxlarının səsi.”
Demək, İslam dininin əsasları əvvəlcədən elm və qələm üzərində qurulub. İndi elmdə geridə qalan müsəlmanlar bir zaman elm və bilikdə o qədər inkişaf etmişdi ki, (dost və düşmənin etirafına görə) onlarn elmi bütün dünyaya intiqrasiya olunurdu. Məşhur Avropa tarixçilərinin yazdıqlarına görə məhz müsəlmanların elm və bilik çırağı orta əsrlərin Avropasının qaranlıq səhifələrinə saçmasaydı onlar mədəniyyət dövrünə daxil olmazdı.
Bu zəmində onları özləri “İslam sivilizasiya tarixi” və “İslam mədəni irsi” adları altında çox sayda kitablar nəşr ediblər.
Bu millətlə belə bir din arasında nə qədər məsafə var?! Elm və bilik meydanında geri qalıb başqaların ehtiyac duymaq, hətta onlardan asılı vəziyyətə düşmək nə qədər xoşagəlməzdir! (2)

1. “Qələm” surəsi, ayə 1.
2. “Təfsiri nümunə”, cild 24, səh. 381 və cild 27, səh.179.

 

makarem.ir


more post like this