1420.Qəflətdən çəkinmək.

4828. İmam Əli(ə): «Qəflət azğınlıqdır.»[1]

4829. İmam Əli (ə): «Əfsuslar olsun hər bir qafilə ki, ömrü əleyhinə hüccət olar və günləri onu bədbəxtliyə sürükləyər.»[2]

4830. İmam Əli (ə): «Ey eşidən! Öz məstliyindən ayıl, qəflət yuxusundan oyan və tələskənliyini azalt.»[3]

4831. İmam Əli (ə): «Digərlərinin sizin işlərinizdən qafil olmadığı insanlar! Ey (Allahdan və onun əmrlərindən) üz döndərmiş və nəyi (canı, malı və övladı) varsa əlindən alınacaq adamlar! Nə olub ki, Allaha arxa çevirdiyinizi və ondan geyrisinə üz tutduğunuzu görürəm.»[4]

4832.İmam Əli (ə): «Parçanı geymək üçün toxuyan, ancaq ona kəfəni olan, yaşamaq üçün ev tikən, ancaq qəbri olan qafil nə qədər  də çoxdur?»[5]

4833. İmam Sadiq (ə): «Əgər şeytan düşməndirsə, qəflət nəyə görə düşmən olmasın?»[6]

4834. Allahın Peğəmbəri (s): «Ey Əbuzər! Yaxşı iş görə bilməsən də yaxşı iş görə bilməyi niyyət et ki, qafillər zümrəsində yazılmayasan.»[7]

4835. İmam Əli (ə): «Daima Allahı xatırlamaqla qəflət pərdəsi kənara çəkilər.»[8]

4836. İmam Əli (ə): «Kim vaxtı tanıdısa, (axirətə) tədarük görməkdən qafil olmaz.»[9]

4837. İmam Baqir (ə): «Vacib namazlara əhəmiyyət verən və onu vaxtında qılan hər bir mömin qafillərdən deyil.»[10]

 

 

 

 

1422.Qafil şəxsin nişanələri.

4838. Loğman (ə) (Övladına nəsihətindən):–«Oğlum! Hər şeyin onu tanıtdıran, mövcudluğunu təsdiqləyən bir nişanəsi var. Qafilin üç nişanəsi var: səhvi, başının qarışıq olması və unutqanlığı.»[11]

4839. İmam Həsən (ə): «Qəflət odur ki, (namaz qılmaq üçün) məscidi tərk edəsən və pozğun adama tabe olasan.»[12]

 

1423.Qəflətin nəticələri.

4840. İmam Əli (ə): «Qafilliyi uzun çəkənin ölümü sürətlənər.»[13]

4841. İmam Əli(ə): «Qəflət kimə üstün gələrsə, onun qəlbi ölər.»[14]

4842. İmam Əli(ə): «Qəflətin davam etməsi bəsirət gözünü kor qo­yar.»[15]

4843. İmam Əli(ə): «Qəflətdən və möhlətə (ömürə) aldanmaqdan çəkin. Çünki qəflət işləri korlayır.»[16]

 

1424 . Özünü qafilliyə və görməzliyə vurmağın təqdiri.

4844. İmam Əli(ə): «Ağıllı insanın yarısını dözüm və səbr, digər yarısını isə göz yummaq təşkil edir.»[17]

4845. İmam Əli(ə): «Comərd insanın şəxsi rəftarlarının ən yaxşısı bildiklərindən (camaatın səhvləri və pislikləri) bəzilərini görməməzliyə vurmasıdır.»[18]

4846. İmam Sadiq (ə): «Həqiqiətən, ictimai həyat və ünsiyyətin vəziyyəti ağzına qədər dolu bir qaba bənzər ki, onun üçdə ikisi diqqət və ayıqlıq, üçdə biri isə göz yummaqdır.»[19]

Mizanulhikmətin xülasəsi kitabı – I I cild



[1] Ğurərul-Hikəm, hədis 196

[2] Nəhcul Bəlağə, xütbə 64

[3] Nəhcul Bəlağə, xütbə 153

[4] Nəhcul Bəlağə, xütbə 175

[5] Biharul-Ənvar, c.77, səh. 401, hədis 26

[6] Biharul-Ənvar, c.78, səh.190, hədis 1

[7] Məkarimul-Əxlaq, c.2, səh.378, hədis 2661

[8] Ğurərul-Hikəm, hədis 4269

[9] əl-Tovhid, səh. 74, hədis 27

[10] əl-Kafi, c. 3, səh. 270, hədis 14

[11] əl-Xisal, səh. 121, hədis 113

[12] Biharul-Ənvar, c. 78, səh. 115, hədis 10

[13] Ğurərul-Hikəm, hədis 8318.

[14] Ğurərul-Hikəm, hədis 8430.

[15] Ğurərul-Hikəm, hədis 5146.

[16] Ğurərul-Hikəm, hədis 2717.

[17] Ğurərul-Hikəm, hədis 2378.

[18] Nəhcül Bəlağə, hikmət 222

[19] Tuhəful-Uqul, səh.359

an><9J lHMo �”o yle=’font-size:9.0pt;font-family:”A3 Times AzLat”‘>.504, , hədis 3

 

[19] Biharul-Ənvar, c.78, səh.356, hədis 11


more post like this